Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir

26 yanvar 2017

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.

MOK-lərdən olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.

Azərbaycan MOK・nin vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyası・nin 2-ci vitse-prezidenti Dr.Çingiz Hüseynzadə bildirdi:

"Bakı 2017 üçün bu cür müstəsna əhəmiyyətli həftədə Bakıya gələn çoxsaylı qonaqları qarşılamaqdan məmnun olduq. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına artıq bir ildən də az vaxt qalmışdır və mən əminəm ki, MOK-lər öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldılar və biz gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminik."

Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.

Redaktorlar üçün qeydlər

IV İslam Həmrəyliyi Oyunları 12 – 22 may 2017-ci il tarixində Bakıda keçiriləcək İslam dünyasını birləşdirən, çoxnövlü maraqlı idman tədbirdir.

Bütün dünyadakı islam dövlətlərindən 5,000 nəfərə qədər idmançı Bakıda 16 müasir yarış məkanında tərkibinə 24 növün (Atletika və Para atletika, Su idmanı – Suya tullanma, Su idmanı – Üzgüçülük, Su idmanı – Su polosu, Basketbol 3x3, Futbol, Bədii gimnastika – Ritmik gimnastika, Uşu, Stolüstü tennis, Həndbol, Cüdo və Para cüdo, Yunan-Roma güləşi – Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo və Ağır atletika) daxil olduğu 20 fərqli idmandan ibarət 12 günlük yarışda öz ölkələrini təmsil edəcəklər.

2013 – cü ilin iyulunda Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasında Oyunların Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Təşkilat Komitəsi yaradılmış və Təşkilat Komitəsinə rəhbərlik Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya həvalə edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) Oyunları İHİF ilə əməkdaşlıq edərək təşkil edəcək və keçirəcək.

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR