Bakı 2017 Könüllülərinə təşəkkür edirik

26 yanvar 2017

Əziz könüllülər, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramı üçün qeydiyyat 11 dekabr 2016-ci il tarixində başa çatıb! Bakı 2017 Könüllülük Proqramının qeydiyyatından keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.

Qeydiyyatdan keçən hər bir şəxs müsahibəyə dəvət olunacaq. Müsahibəyə dəvət hər bir namizədin qeydiyyatdan keçdiyi elektron poçt ünvanına göndəriləcək.

Müsahibədə iştirak edən namizədlər arasında seçim mərhələsi baş tutacaq və bu mərhələnin nəticələri fevral-mart aylarında açıqlanacaq. Seçim mərhələsini uğurla keçmiş könüllülər üçün 2017-ci il fevral ayından etibarən təlimlər keçirilməyə başlanacaq. Təlimlərdən əvvəl, iştirakınızla bağlı bütün məlumatlar (iştirakınız tələb olunan məşqlər, məkanlar) sizə bildiriləcək.

Könüllülər əsasən Ümumi təlim, Rol və Məkan üzrə təlim və vəzifədən asılı olaraq Liderlik təlimində iştirak edəcəklər. Ümumilikdə könüllülərin orta hesabla hər biri 2 saat olmaqla üçdən çox təlimdə iştirakı lazım ola bilər.

Təlimlərdən başqa, könüllülər eyni zamanda ingilis dili biliklərini artırmaq üçün Könüllülər Mərkəzində təşkil olunan kurslarda da iştirak edə bilərlər.

Bakı 2017 Könüllüləri vəzifələrinin icralarına 12 – 22 may tarixləri arasında, yəni, Oyunlar zamanı başlayacaqlar. Ancaq bəzi könüllülər vəzifələrindən asılı olaraq Oyunlardan öncə fəaliyyətə başlaya bilər.

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramına qoşulan bütün könüllülər Oyunlar zamanı aşağıdakı iş sahələrində çalışma fürsəti əldə edəcək:

• Gəliş və gediş • Akkreditasiya • Mərasimlər • Media Əməliyyatları • Tamaşaçı xidmətləri • İdman • Texnologiya • Nəqliyyat • Məkanın idarə edilməsi • Atletlər kəndi • İşçi qüvvəsi • Milli Olimpiya Komitələri • Təhlükəsizlik • Protokol

Könüllülərin çalışacağı iş sahəsi və iş qrafiki 2017-ci il aprel-may aylarında məlum olacaq.

Bakı 2017 Könüllüsü olaraq may ayında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları zamanı siz unudulmaz təcrübə və Azərbaycanı beynəlxaq arenada ən gözəl şəkildə təmsil etmək imkanı qazanacaqsınız.

Bakı 2017 Könüllülük Proqramına qoşulduğunuz üçün Sizə minnətdarıq!

Əgər hər hansı bir sualınız yaranarsa, bizimlə əlaqə saxlayın:

Telefon: (012) 525 11 11

Elektron poçt: volunteers@baku2017.com

Facebook: http://www.facebook.com/Baku2017Volunteers

Instagram: https://www.instagram.com/baku2017volunteers/

Twitter: http://www.twitter.com/Baku2017Vols

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR