Bakı 2017 “Feel closer” adlı son tədbirini ADA Universitetində keçirdi

27 fevral 2017
IBRL2378.jpg IBRL2312.jpg IBRL2345.jpg IBRL2409.jpg

20 fevral tarixində Bakı 2017 Oyunları "Grassroots Proqramı" çərçivəsində  “Feel closer”adlı layihə tədbirini ilk olaraq Azərbaycan Dillər Universitetində keçirdi. Layihənin məqsədi ictimaiyyətə elan olunmuş İdmançı Səfirlərin tələbələrlə görüşünü təşkil etmək,  İslam Oyunlarının dəyərlərini (Sülh, Hörmət, Birlik və Mükəmməllik) təbliğ etmək idi.

24 fevral tarixində “Feel closer” layihəsinin son tədbiri isə Azərbaycan Diplomatik Akademiyasında (ADA) baş tutdu. İdmançı səfirlərin çıxışı tələbələr tərəfindən çox maraqla qarşılandı. Onların çıxışlarından bəzi məqamları diqqətinizə çatdırmağı özümüzə borc bilirik:

İlham Zəkiyev: “İslam oyunları sülh, hörmət, birlik və mükəmməllik dəyərlərini özündə birləşdirən oyundur. Hər birimiz buna riayət etməliyik. Oyunlarda 50-dən  çox ölkə bir amal altında birləşəcək”.

Rüstəm Orucov:  “Birlik hər zaman gərəklidir, bütün müsəlmanlar bir olsa, heç kəsin  bizə gücü çatmaz”.

Fəridə Əzizova: “Mükəmməl idmançı olmaq üçün rəqibi hər zaman özümüzdən aşağı və yuxarı görməməliyik”.

Radik İsayev: “İslam oyunlarının 4 dəyəri var və mən  sülhü seçirəm, hər zaman sülh olmasını istəyirəm”.

Ruslan Abışov:“Hörmət faktorunu qeyd edərdim, hər hansı işdə oluruqsa olaq, həm mükəmməliyi, həm hörməti, həm də birliyi aşılamış oluruq”.

Yeri gəlmişkən, “Feel closer” layihəsi bundan əvvəl Azərbaycan Dillər Universitetində, Azərbaycan Neft Akademiyası, Bakı Dövlər Universiteti, Azərbaycan İqtisad Universitetində baş tutmuşdur.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png