AZƏRTAC “Bakı 2017” Oyunlarının rəsmi tərəfdaşı oldu

26 yanvar 2017

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqavilə AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov tərəfindən imzalanıb.

Müqavilnin nəticəsi olaraq, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və video materiallarında istifadə etmək və yayımlamaq hüququ əldə etdi. Agentlik IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün özünün ən təcrübəli əməkdaşlarını, o cümlədən müxbir, fotomüxbir və operatorlarını cəlb edəcək və Oyunlarla bağlı xəbərlər oxuculara 7 dildə təqdim olunacaq. Bundan əlavə, agentliyin azərbaycan və ingilis dillərində videoxəbərlər və idmançılar haqqında xəbərlər hazırlaması da nəzərdə tutulur. Oyunlarla bağlı bütün xəbərlər saytın “Bakı-2017” bölməsində yerləşdiriləcək.

İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.

AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov sualları cavablandıraraq deyib: “AZƏRTAC-ın IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırması və təbliğ etməsi üçün “Bakı-2017”nin rəsmi media tərəfdaşı olması ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalanmasından böyük məmnunluq duyur və buna görə Əməliyyat Komitəsinə minnətdarlığımı bildirirəm. Dünyanın 130-dan çox ölkəsinin xəbər agentlikləri ilə səmərəli əməkdaşlıq əlaqələri quran AZƏRTAC ötən aydan Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına – OANA-ya sədrlik edir. AZƏRTAC-ın sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəyliyi Oyunlarının dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq və IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq üçün əlindən gələni edəcək”.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov öz növbəsində jurnalistlərin suallarnı cavablandıraraq deyib:

“AZƏRTAC nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə etibarlı xəbər mənbəyi kimi tanınır və agentliyin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olmasından məmnunluğumu bildirirəm. Qeyd edim ki, bu əməkdaşlıq “Bakı-2017”nin, həmçinin Oyunların Azərbaycana verəcəyi faydaların təbliği baxımından möhtəşəm platforma olacaq. Azərbaycanın İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi Avropda kifayət qədər tanınan Azərbaycanın həm də islam ələmində tanınmasına səbəb olacaq. Bundan əlavə bu kimi böyük idman tədburlərinin teçirilməsi nəinki idman sahəsinin, eləcə də turizm və iqtisadiyyatımızın inkişafına töhvə verəcək və ədəniyyətimizi dünyaya yayacaqdır”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları gələn il mayın 12-22-də Bakıda keçiriləcək.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR