Azərbaycanın ikiqat qızıl fırtınası

21 may 2017
PATRICK BAZ / Baku 2017 / AFP-Services
PATRICK BAZ / Baku 2017 / AFP-Services

Azərbaycan bazar günü kişilər və qadınlar arasında keçirilən basketbol yarışlarını qələbə ilə başa vuraraq ümumi medallar cədvəlində liderliyini davam etdirdi.

Ev sahibi kişilər arasında basketbol yarışlarında 13:9 hesabı ilə Qətəri, qadınların basketbol yarışlarında isə 13:7 hesabı ilə Malini məğlub etdi.
Bununla da, Azərbaycanın qızıl medallarının sayı 73-ə çatdı və bu, ikinci yerdə qərarlaşan Türkiyənin qızıl medallarından altı ədəd çoxdur.

Amerika əsilli Marşal Moze kişilər arasında keçirilən basketbol yarışlarının finalında Azərbaycana iki xal qazandırdı, Əbdürrəhman Saad isə dəqiq atışla cavab verdi.

Azərbaycan komandasının üçlüyü Moze, Həmzəyev və Orxan Hacıyev komandanın üstünlüyünü 12:3-ə çatdırdı.

Qətər sonrakı qalan vaxtda ciddi müqavimət göstərsə də, məğlubiyyətdən yaxa qurtara bilmədi və Azərbaycan 13:9 hesabı ilə oyunların qalibi oldu.
Qadınlar arasında keçirilən final yarışlarında amerikalı Marsedes Volker oyunun ulduzu idi və onun yüksək ustalığı sayəsində Azərbaycan Mali üzərində qələbə qazandı.

Valker ev sahibinə 5:0 xal qazandırdı, lakin sonradan afrikalılar iki xal qazandılar. Ardınca Valker əlavə üç xal qazandı və hesab 8:2 oldu.

Oyunun sonrakı gedişində də Valker öz sözünü dedi və son Azərbaycan 13:7 hesabı ilə qalib gəldi.

Azərbaycan hal-hazırda medallar cədvəlində birinci yerdədir.

Türkiyə ev sahibinə məğlub olsa da, onlar Basketbol Arenasını əliboş tərk etmədilər  və bürünc medal uğrunda mübarizədə Türkmənistana qalib gəldilər.

AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR