Azərbaycan güləşçilərindən uğurlu finiş

21 may 2017
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services

Azərbaycan bazar günü qadınlar arasında keçirilən güləş yarışlarında əlavə səkkiz medal qazandı və bunların da dördü qızıl oldu.

Elis Manolova (69 kq), Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kg), Tetiana Omelçenkonun (60 kq) qələbəsi sayəsində Azərbaycan Respublikasının dövlət himni Heydər Əliyev Adına İdman Arenasında dörd dəfə səsləndi.

Bundan başqa, Natalya Sinişin (55 kq), Sabira Əliyeva (75 kq) və Alyona Kolesnik (58 kq) gümüş,  Elmira Qəmbərova isə (63 kq) bürünc medallar qazandılar.

Ötən beş gün ərzində Azərbaycan güləş üzrə 23 medal qazandı və bunların on ikisi qızıl medaldır.

Qəmbərova kamerunlu Berte Emilien Etane Nqolleyə məğlub olaraq Azərbaycanın ilk bürünc medalını qazandı.

Blessinq Oborududu sonrakı mərhələrdə öz gücünü toplayaraq 2013-cü il Avropa çempionatının bürünc medalçısı türkiyəli Hafizə Şahinə qalib gəldi və nəticədə Nigeriyanın ilk qızıl medalına sahib çıxdı.

Manolova 69 kq çəki dərəcəsində qazaxıstanlı Cəmilə Bakberqenovaya qalib gələrək qızıl medalla mükafatlandırıldı, türkiyəli Buse Tosun və banqladeşli Şerin Sultana isə bürünc medallara layiq görüldülər.

Mariya Stadnik 48 kq çəki dərəcəsində türkiyəli Evin Demiphanı məğlub edərək Azərbaycanın ikinci qızıl medalını qazandı, əlcəzairli Kera Caima Yahiaou isə bürünc medala layiq görüldü.

Leyla Qurbanova 53 kq çəki dərəcəsində türkiyəli Burcu Kebicə və qazaxıstanlı Aygül Nuralimə müvafiq olaraq 5:4 və 8:3 hesabları ilə qalib gələrək asanlıqla Azərbaycanın hesabına növbəti qızıl medalı yazdırdı.

55 kq çəki dərəcəsində Odunayo Folasade azərbaycanlı Şinişinə qalib gələrək Nigeriyanın ikinci qızıl medalına imza atdı, türkiyəli Bediha Gün isə bürünc medalla mükafatlandırıldı.

58 kq çəki dərəcəsində qırğızıstanlı Aysulu Tinibəkova gümüş medal qazanan azərbaycanlı Alyona Kolesnikə qalib gələrək yarışın qalibi oldu. Türkiyəli Dərya Bayhan isə bürünc medala layiq görüldü.

Tetyana Omelçenko 60 kq çəki dərəsində türkiyəli Qəmzə Nura qalib gələrək Azərbaycanın gün ərzində qazanılan dördüncü qızıl medalının sahibi oldu.

Günün son final qarşılaşmasında türkiyəli Yasəmən Adar 75 kq çəki dərəcəsində azərbaycanlı Sabirə Əliyevaya və qırğızıstanlı Mədət Kiziyə qalib gələrək fəxri kürsünün ən yüksək oilləsinə qalxdı.

AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR