Azərbaycan Cüdo Federasiyasının Baş katibi ilə müsahibə

31 yanvar 2017

Azərbaycan Cüdo Federasiyasının Baş katibi, Elmar Babanlı ilə müsahibə


- Elmar müəllim, Cüdo Federasiyasının son bir ilki uğurlarından danışaq.


Bildiyiniz kimi Cüdo Federasiyada dəyişikliklər oldu, hal hazırda Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, vitse prezidentləri isə Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədlidir.

Grand Slam Rioya lisenziya qazandıran son turnir idi və ondan sonra idmançılarımızın uğurları da danılmazdır. Rüstəm Orucov, Elmar Qasımov kimi idmançılarımızın olimpiadadakı çıxışları hər birimizi sevindirdi. O nəticələrdən yenə gözləyirik təbii ki.


- Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir, hazırlıq necə gedir, hansı prossesdə irəliləyir?

Hər hansı böyük yarışlara hazırlaşmaq üçün bəlli bir turnirlərdən yarışlarda hazırlıq görülür. İslam Oyunlarına kimi bir neçə yarış turnir keçiriləcək.

Təlim məşq toplanışları başlayır və artıq bir neçə yarışa hazırlaşırıq.

Grand Slam turniri növbəti 4 ildə yenə Bakıda keçiriləcək və artıq bu haqqda danışıqlar yekunlaşıb Onu da qeyd edim ki, Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsi Nasir Əl Xamimi Bakıda keçirilən 

Böyük dəbilqə・ turnirində iştirak etmiş və turnirdən öz məmnunluğunu bildirmişdi.

Çalışırıq ki, qalibiyyətimiz davamlı olsun.


- Nəticə olaraq, 4-cü İslam Oyunlarından qalibbiyyət gözləyirsinizmi?

Əlbəttə mütləq şəkildə qalibiyyət gözləyirik, çünki hər çəki dərəcəsində qalib olacaq idmançılarımız var. Uğurlarımız bizə stimul verir.


- Zədəli olan idmançı varmı?

Xeyr, əsas elə səbəb odur ki, zədəli idmançımız yoxdur, ancaq bu, yarış və turnirlərdən sonra daha dəqiq bəlli olacaq.

Fevral ayında İtaliyanın Roma şəhərində Açıq Avropa turniri keçiriləcək.

Oyunlara kimi lisenziya qazanmaq üçün belə yöndə yarışlar olacaq.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR