Azərbaycan çay mədəniyyəti

16 mart 2017
tea image-website.jpg

Azərbaycana səyahət edən hər bir kəs mütləq ənənəvi çay mərasimində iştirak etməlidir. Çay Azərbaycanda ən məşhur içki növü olmaqla yanaşı, çay mədəniyyəti həm də hər bir azərbaycanlı üçün həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanda istənilən bir evə qonaq olsanız, ilk olaraq sizə qonaqpərvərlik əlaməti kimi çay təqdim ediləcək. Çay əsasən müxtəlif növ mürəbbələrlə təqdim olunur. Çaya xüsusi tam və ətir vermək üçün isə müxtəlif ədviyyatlardan istifadə edilməsi geniş yayılıb. Bu ədviyyatlardan darçın və qərənfili xüsusilə qeyd etmək lazımdır.

Çayın təqdim edilməsi mərasimi də Azərbaycan mədəniyyətinin çox mühüm tərkib hissələrindən biridir. Ənənəvi çay stəkanı olan armudu stəkan müxtəlif materiallardan hazırlanır. Stəkanın adı isə onun formasından götürülüb. Bu stəkanın aşağı və yuxarı hissələrinin geniş, ortasının isə getdikcə daralan formaya malik olması çayın içiləcək qisminin içməli, aşağı qisminin isə isti qalmasını təmin edir.

Çayın hazırlanmasında əsas məqam onun dəmlənməsi üçün istifadə olunan qab və suyun qaynadılma texnikasıdır. Bu mənada samovarda hazırlanan isti samovar çayının dadı bir aləmdir və öz unikallığı ilə digər çaylardan seçilir.

Azərbaycanlılar günün istənilən vaxtı çay içirlər. Çay hər bir yerdə içilir və bu hər bir tipik azərbaycanlının sosial həyat tərzinə çevrilib.

Azərbaycanın hər bir guşəsində çay evləri və ya çayxanalar görmək mümkündür. Çayxana çayın ən çox içildiyi ictimai bir məkandır və bu mədəniyyət çox qədim və nadirdir.

Azərbaycanda çay hər bir mərasimdə və şənlikdə təqdim olunur. Oğlan və onun ailəsi qız istəməyə gedəndə də belə çay mütləq təqdim edilir. Şirinçay onu bildirir ki, qız və ailəsi evliliyə razılıq verirlər.

Azərbaycanda çay mədəniyyəti qonaqpərvərlik və dostluqla əlaqələndirilir. Odur ki, bu nadir ləzzəti dadmaqla zövq alın.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png