Akif Əliyev: Arxayınlaşmaq idmançını geri aparır

3 mart 2017
IMG_1382.jpg

Bunu hal-hazırda  Türkiyənin İstanbul şəhərində təlim məşq toplantısında olan Yunan-Roma güləşi üzrə baş məşqçi Akif Əliyev  AİHOƏK İctimai Əlaqələr Şöbəsinin jurnalisti Nərmin Kazımovaya verdiyi müsahibədə vurğulamışdır.  O, Yunan-Roma güləşi üzrə idmançılarımızın qarşısında duran yarışlara hazırlıqdan bəhs etmişdir:

“11 fevral tarixindən 2 marta kimi İstanbulda təlim məşq topanışında olmuşuq.  3- 5 martda isə Türkiyədə Yunan-Roma güləşi üzrə Vehbi Emre  və Hamit Kaplan beynəlxalq turniri keçiriləcək. Hal-hazırda ona hazırlıqlar gedir. Həm Azərbaycanın, həm də Türkiyənin Yunan Roma güləşçiləri ikili məşq toplantısı təşkil edəcəklər. Bu yarışdan sonra Dünya kubokuna hazırlıqlara başlayacağıq.  Iranin Abadan şəhərində keçiriləcək dünya çempionatına, Bolqarıstanda keçiriləcək Avropa çempionatına ciddi hazırlıqlar gedir.

Ən başlıcası Azərbaycanımızın ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına daha məsuliyyətlə hazırlaşırıq. Vətəndə keçirilən idman yarışları daha məsuliyyətli, daha qürürvericidir. O üzdən güləşçilərimiz daha məsuliyyətlə çalışırlar.

İdmanda zədədən qaçmaq olmur, təəssüf ki, zədələnmiş idmançılarımız var.  Düzünü desəm, Bakı 2017 Oyunlarında hansı idmançının iştirak edəcəyi hələ dəqiq  bilinmir. Açığını deyim ki,  idmançıların arxayın olmasını istəmirəm. Çünki, arxayınlaşmaq idmançını geri aparır.  Məşq yarışları nəticələrindən sonra möhtəşəm Bakı 2017 Oyunlarında vətənimizi təmsil edəcək idmançıların adı məlum olacaq və bu barədə federasiyamız açıqlama verəcək”. 

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png