Ağır Atletika Federasiyasının Baş katibi ilə müsahibə

16 yanvar 2017
3A3A3610.JPG 3A3A3571.JPG 3A3A3603.JPG 1.JPG

Rizvan Rəsulov: "İstedadlı, bacarıqlı, çalışqan idmançılarımız yetəri qədər vardır ki, bunun da nəticəsi yaxşı olacaq".

IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalıb. Belə mötəbər yarışda iştirak etmək hər bir idmançının arzusudur, ona görə də idmançılar ciddi şəkildə bu Oyunlara hazırlaşırlar. Ağır Atletika Federasiyası Oyunlara hazırlaşması barədə bizə Federasiyasının baş katibi Rizvan Rəsulov öz müsahibəsində məlumat verdi.

- Son günlər Federasiyanızda müsbət tərəfdən dəyişikliklər oldu. Dəyişikliklərin nəticəsi sizi qane edirmi?

- Federasiyanın inkişaf etməyi üçün hər zaman dəyişikliyə ehtiyacı var. Federasiyanın Rəyasət heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilmişdir. Keçirdiyimiz iclasda yığma komandaların yeni heyəti səsvermə yolu ilə müəyyən edildi. Komandalarımız kişilərdən, qadınlardan, yeniyetmə və gənclərdən ibarətdir. Ümumilikdə 12 məşqçimiz var. Onların 10 nəfəri kişi, yeniyetmə və gənclər, 2 məşqçimiz isə qadın idmançılardan ibarətdir.

- Son illər ölkəmizdə idmanın inkişafı göz önündədir. Sizin Federasiyada hansı inkişaf prosesi gedir?

- Ağır Atletika Federasiyası inkişafını artıq son illərdir ki, hər biriniz görürsünüz. Biz ancaq irəliyə doğru, inkişafa doğru addım atırıq.

- Azərbaycan 12-22 May tarixində İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Hər bir Federasiya bu layihəyə hazırlaşır. Sizin hazırlıqlar necə gedir?

- Biz artıq keçən ildən özümüzü Oyunlara kökləmişik və Federasiya olaraq çalışırıq. Məşqçilərimizin proqramı mövcuddur və o proqramla məşqlərini davam edirlər. Artıq Oyunlarda iştirak etmək üçün bir neçə turnir və yarışlardan yaxşı nəticə verməliyik, hal hazırda ona hazırlaşırıq. Gələn həftə artıq Ukraynada keçiriləcək təlim məşq toplanışına yola düşməyə hazırlaşırıq.

- Kimlərin çıxış edəcəyi bəllidirmi?

- Onu hələ demək çox tezdir. Biz onu qatıldığımız yarışlardan, keçdiyimiz turnirlərin nəticəsindən biləcəyik. Ümid edirəm ki, yaxşı nəticəmiz olacaq. İstedadlı, bacarıqlı, çalışqan idmançılarımız yetəri qədər var. Ümüd edirəm ki, bunun da nəticəsi yaxşı olacaq.

- Yaş fərqi varmı?

- Yox, bizim idman növündə yaş fərqi qətiyyən yoxdur. Ola bilsin 15 yaşlı bir yeniyətmə dünya rekordçusu olacaq ki, bunun qarşısını yaşa görə kəsə bilmərik!

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png