Könüllülər üçün "İstedadını Göstər" Müsabiqəsi

26 yanvar 2017

Əziz dostlar!

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə İş Komandası könüllülər arasında "İstedadını Göstər" Müsabiqəsini elan edir.

Müsabiqənin keçirilməsində məqsəd Bakı 2017 Könüllülük Proqramına qoşulan və istedadı olan könüllüləri müəyyən etmək, onların bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaq və yaradıcılığa olan maraqlarını inkişaf etdirməkdir. Odur ki, aşağıdakı sahələr üzrə istedadı olan könüllülər bizə müraciət edə bilərlər:

• Mühəndislik • Elm və Texnologiya • Rəqs • Musiqi (oxumaq, çalğı alətlərində ifa) • Yaradıcı əl işləri • Rəssamlığın müxtəlif növləri (qum animasiyası və s.) • Heykəltaraşlıq • Dizayn • İncəsənət (aktyorluq və s.) • Fotoqraflıq • İdman • Toxuma

Müsabiqədə iştirak etmək istəyən namizədlər mütləq aşağıdakı keçidə daxil olaraq ərizə formasını doldurub qeydiyyatdan keçməlidirlər.

www.goo.gl/mt2QUD

Qeydiyyat üçün son tarix: 28 yanvar

Müsabiqənin şərtləri:

1. Yarışda yalnız Bakı 2017 Könüllülük Proqramına qeydiyyatdan keçən namizədlər iştirak edə bilər; 2. Qeydiyyat zamanı iştirakçının adı, soyadı, ata adı, telefon nömrəsi və e-poçt ünvanı qeyd edilməlidir. Bunun üçün aşağıdakı keçidə daxil olub, ərizə formasını dolduraraq müraciət edə bilərsiniz;

www.goo.gl/mt2QUD

3. Ərizə formasını tamamlayarkən öz istedadınız haqqında ətraflı məlumat verməlisiniz; 4. Namizədlər münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər; 5. Müsabiqədə 3 yer üzrə qalib seçiləcək; 6. Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək; 7. İlk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, seçilən namizədlərlə əlaqə saxlanılacaq və məkan barədə məlumat veriləcək.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR