Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır

26 yanvar 2017

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs bu mötəbər yarışla bağlı AZƏRTAC -a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xanım Pirs, Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının təbliğini necə qurmaq fikrindəsiniz?

- Bu gün AZƏRTAC ilə IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında rəsmi media tərəfdaşlığı barədə müqavilənin imzalanması Oyunların təbliği istiqamətində mühüm başlanğıc oldu. Biz milli media tərəfdaşı olaraq, AZƏRTAC ilə birgə işləməkdən məmnunuq. Oyunların təbliğinə gələn ilin yanvarından başlayacağıq. Belə ki, Oyunlar üçün biletlərin satışı elan olunacaq. İnsanlar biletləri necə əldə edə bilərlər? Biz onlara İslam Həmrəyliyi Oyunlarının necə bir hissəsi olmağın yollarını aşılayacağıq. Media akkreditasiya prosesinə yenidən başlayacağıq. Oyunları işıqlandırmaq istəyən hər bir yerli və beynəlxalq media nümayəndəsinin üzünə qapılarımız açıq olacaq. Mətbuatın akkreditasiyası gələn il yanvarın ortalarından başlayacaq və aprelə qədər davam edəcək.

- İslam Həmrəyliyi Oyunlarında idmanın hansı növləri üzrə yarışlar keçiriləcək? - Biz IV İslam Həmrəyliyi Oyunlarında idmanın 20 növü üzrə yarışların keçirilməsini planlaşdırırıq. Azərbaycan üçün xoş xəbərlərdən biri odur ki, ölkənizdə çox məşhur olan idman növləri üzrə də yarışlar keçiriləcək. Belə ki, güləş, cüdo, ağırlıqqaldırma, futbol azarkeşləri Oyunlarda idmanın bu növləri üzrə maraqla yarışları izləyə biləcəklər. Əlbəttə, Oyunların proqramına beynəlxalq səviyyədə məşhur olan idman növləri də daxil edilib.

Beləliklə, biz İslam dünyasında Azərbaycan barədə məlumatlılığı daha da artıra biləcəyik. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idmansevərləri olduqca maraqlı yarışlar gözləyir.

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR