HİF Bakı 2017-nin Oyunlar öncəsi inkişafını alqışlayır

26 yanvar 2017
1.jpg 2.jpg

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 1-ci vitse prezidenti və İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının sədri polkovnik Hamad Kalkaba Malboum Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq istiqamətində apardığı işləri yüksək qiymətləndirib. İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclasında o, çıxışı zamanı demişdir: “4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyinə hazırlıq istiqamətində AİHOƏK-in nail olduğu inkişafdan son dərəcə mütəəssirik.”

“Bu gün şahid olduğumuz təqdimatlar Bakı 2017-nin möhtəşəm şəkildə baş tutacağından və bütün İslam dünyası xalqları üçün qürur mənbəyi olacağından xəbər verir. Növbəti altı ay ərzində Oyunların həyəcanı yaxınlaşdıqca, biz AİHOƏK-dəki həmkarlarımız ilə işi sıx əməkdaşlıq əhval-ruhiyyəsində davam etdirmək əzmindəyik.” Bu fikirlərə cavab olaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri və AİHOƏK-in baş icraçı direktoru Azad Rəhimov bildirmişdir: “12 may 2017-ci ildə baş tutacaq açılış mərasimi zamanına doğru yaxınlaşdıqca hələ görüləsi işlərimiz çoxdur. Bununla belə, indiyə kimi əldə etdiyimiz inkişafın İHİF tərəfindən müsbət qarşılanmasından məmnunuq. 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir mühüm mərhələ olacaq və İslam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq. Bu, nəinki bizim ən gözəl xüsusiyyətlərimizi üzə çıxarmağın bir yolu, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.”

Tədbir zamanı İHİF-i təmsil edən nümayəndələr AİHOƏK-in yüksək vəzifəli əməkdaşları tərəfindən verilən, tədbir məkanları, idman proqramı, açılış və bağlanış mərasimləri, Oyunlar üzrə xidmətlər, digər təşkilati və əməliyyatlara dair irəliləyişlər daxil olmaqla, Oyunların bütün aspektləri barədə ətraflı son məlumatları ehtiva edən bir sıra təqdimatlarda iştirak etmişdir.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png