5 mart münasibətilə turnir keçirildi

5 mart 2017

Martın 4-də Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşları, idmançılar, kütləvi informasiya vasitələrinin nümayəndələri və tanınmış estrada ulduzları arasında peyntbol idman yarışı keçirilmişdir.

Yarış GİN və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilib və 5 Mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuşdur.

GİN-in sektor müdiri Aydın Məmmədov tədbir haqda danışarkən demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artırılmışdır. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı çox qısa bir vaxtda öz müsbət nəticəsini vermişdir. Təsadüfi deyil ki, Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdikləri bu diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirilir.”

Xatırladaq ki, bu tarix Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman gününün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən tərbiyəsi və idman gününün martın 5-də qeyd olunması da təsadüfi deyildir. Məhz 1995-ci ilin martın 5-də ulu öndərimiz Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.


Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
“El-1” İdman Klubunda Bakı 2017 mövzusunda tədbir
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR