5 Mart - İdman günü qeyd olunur

5 mart 2017

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bədən tərbiyəsi və idman gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya idman kompleksləri inşa olunmaqdadır.

Azərbaycanda idmanın inkişafını Olimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar. 1996-cı ildə Atlanta Olimpiadasında Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında idmançılarımız 7 medal qazanıblar və nəticədə Azərbaycan dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutub. İdmançılarımız 2012-ci ildə London Olimpiadasında 10 medal qazanıblar. Olimpiyaçılarımız ötən il Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında rekord sayda – 18 medala sahib olub.

Rio Paralimpiya Oyunlarında da Azərbaycan atletləri yüksək nəticələr göstəriblər. Paralimpiyaçılarımız Braziliyadan Vətənə 11 medalla qayıdıblar.

2015-ci il Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Oyunlara hazırlıq üçün cəmi 2,5 il vaxt ayrılmasına baxmayaraq, Azərbaycan dünyanı heyran qoyaraq qısa müddətdə ən müasir standartlara cavab verən, bir-birindən möhtəşəm idman arenalarını inşa etməklə, yarışa yüksək səviyyədə keçirməklə Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mühüm uğuru Azərbaycan idmançılarının qələbələri daha da zirvəyə çatdırdı. Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.

Ötən il ölkəmiz ilk dəfə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi edib.

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Təkcə cari ildə Azərbaycanda dünya miqyaslı üç böyük yarış təşkil olunacaq. Hazırda ölkəmiz mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına, iyunda təşkil olunacaq Formula-1 Azərbaycan Qran-pri yarışına, sentyabr-oktyabrda qadın voleybolçular arasında Avropa çempionatına ciddi hazırlaşır.

Bütün bu uğurlar onu göstərir ki, Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.


Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR