100 günün hökmü!

2 fevral 2017
MA_46376_final_website.jpg MA_45956.jpg MA_46247.jpg MA_46255.jpg MA_46545.jpg MA_46734.jpg

22 May 2017-ci il tarixlərində Bakıda keçiriləcək və 300-dən artıq oyun təşkilatçısını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunlarına  bu gündən etibarən 100 gün vaxt qaldı.
Azərbaycanı təmsil edəcək layihə məhz 100 gün ərzində bütün dünyanın və İslam ölkələrinin diqqətini çəkəcək. Belə möhtəşəm tarixi qeyd etmək üçün İslam Həmrəyliyi Oyunlarının könüllüləri bu günə fləşmob hazırlamışdılar.
Oyunların açılış mərasiminə qədər qalan  bu əlamətdar günü qeyd etmək məqsədi ilə Bakı Kristal zalında 300 könüllü bir araya gəldi və onlar xareoqrafın yardımı ilə 100  rəqəmini yaratmağı bacardılar. Hər bir əməkdaş və könüllü  100 gün müddətində öz işini sevə-sevə görəcəyini söylədi.

Fləşmobun məqsədi gənc və fəal insanları bir araya toplamaq və qısa müddət ərzində sürətlə və həvəslə çalışmağı göstərməkdir .

Tədbirdə islam Həmrəyliyi Oyunlarının direktoru və könüllülərin səfiri Elçin Səfərov da iştirak edirdi.

“Biz 100 gün ərzində yüksək səviyyədə iş ərsəyə gətirməliyik.
100  gün ərzində biz tamamilə hazır olmalıyıq. Çünki layihənin ən önəmli hissəsi könüllülərə düşəcək.
Birinci işimiz könüllülərlə bağlı seçim və təlim işlərini başa çatdırmaqdır. İkinci məsələ stadionların hazır vəziyyətə gətirmək, daha sonra akreditasiya, nəqliyyat və biletlərin satılması işləridir. Bilirsiniz ki, bu layihənin ən həssas məqamlarıdır.
Saymaqla bitməyən işlərimiz 100 günə bitirməliyik. Ölkəni təmsil edəcək, daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. Biz 100 gün ərzində yüksək səviyyədə iş ərsəyə gətirməliyik. Buna bizim gücümüz yetər deyərdim.”
Bu sözləri müsahibəsində Elçin Səfərov bildirmişdir .

Könüllülərimiz də ələxsus layihəyə hazırlaşırlar.

Aysel Nağıyeva - “Mən İslam Oyunlarının könüllüsüyəm. Tələbəyəm, ölkəmizi təmsil edəcək layihədə mənim də bir az əməyim olacaqsa, buna çox sevinərəm. Təbii ki, özümü bu layihədə təsdiq edəcəm, çünki bu, karyeram üçün başlıca səbəb olacaq.
 100 günlə bağlı Kristal zalda keçirilən tədbirdə Respublikanın əməkdar artisti Tünzalə Ağayeva və könüllülərin səfiri aparıcı Hacı Nuran iştirak edirdi .

Tünzalə Ağayeva könüllüləri salamlayıb və onlar üçün bir neçə mahnı da ifa edib .

“Bir işə könüllü yanaşmaq özü böyük ürək tələb edir. Könüllülərimiz  bu gün hər hansı bir işi ürəklə sevərək görürlərsə deməli, onlar üçün hələ böyük işlər irəlidədir.
Mən sevinirəm ki, həqiqətən vətənimizin belə övladları var. Qürur duyuram ki, Azərbaycanımız üçün hər kəs əlindən gələni edir. İdman yarışı zamanı İslam ölkələri həmin gün bizim uğurumuza şahid olacaqdır.”
Bu sözləri öz müsahibəsində Respublikanın Əməkdar artisti Tünzalə Ağayeva söyləyib.



Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png