Nəqliyyat

Oyunlar zamanı Bakı şəhərinin yol şəbəkəsi çox məşğul olacağından, şəhər həyatına minimal dərəcədə təsir edən səmərəli nəqliyyat xidmətlərinin təmin edilməsi ilə əlaqədar olaraq artmış tələbatın qarşılanması üçün nəqliyyatla əlaqədar müəyyən tədbirlər görüləcək. Bununla bağlı olaraq Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunlarının Nəqliyyat üzrə İşçi Qrupu yaradılıb. Nəqliyyat üzrə işçi qrupu məlumat mübadiləsinin asanlaşdırılması, planlaşdırma və əməliyyat proseslərinin inteqrasiya edilməsi, Oyunlarla əlaqədar nəqliyyat problemlərinin müzakirə edilməsi və hər hansı məsələnin həllinin təmin edilməsi məqsədi ilə Azərbaycanın əsas nəqliyyat agentliklərini bir araya gətirir. Oyunların keçirildiyi müddətdə nəqliyyatın idarəedilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçiriləcək.

Səyahətə çıxmazdan öncə aşağıdakı məsləhətlərə nəzər salmağınız israrla tövsiyə edilir:

  • Oyunlarla əlaqədar tədbirlər bəzi yollara daha çox təsir göstərəcəyindən, nəqliyyatın pik həddə olduğu vaxtlarda və yerlərdə yola çıxmamaq üçün səyahətinizi əvvəlcədən planlaşdırın. Bu yollar haqqında məlumatınız olsun
  • Şəxsi avtomobilinizlə yola mümkün qədər az çıxın, əvəzində ictimai nəqliyyatdan istifadə edin. Oyunların keçirildiyi müddətdə ictimai nəqliyyatın (metro və avtobuslar) fəaliyyət göstərdiyi saatlar artırılacaq
  • Yola çıxmaq zərurətini mümkün qədər azaldın
  • Şəhərdə avtomobilinizi qeyri-qanuni yerlərdə dayandırmayın, bununla yolların xidmət imkanlarını artırmağa və nəticə etibarilə tıxacların azalmasına kömək edə bilərsiniz
  • Açılış və Bağlanış Mərasimlərinin keçirildiyi günlərdə Bakıda xüsusi tədbirlər görüləcək. Müvafiq tövsiyələrə riayət etməyinizi israrla tövsiyə edirik
  • Daha ətraflı məlumat üçün Tamaşaçılar üçün səyahət prinsiplərinə nəzər salın
  • Yol təhlükəsizliyi qaydalarına riayət edin, avtomobilinizi təhlükəsiz şəkildə idarə edin, digər sürücülərə və piyadalara hörmət edin
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR