Xəzərdən başlanan səyahət

Xəzərdən başlanan səyahət

"Xəzər dənizindən başlayan Səyahət" Bakı 2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan ərasizində təşkil olunacaq tədbirlərin proqramıdır.

Olimpiya Oyunları, o cümlədən, Bakı 2015 Birinci Avropa Oyunları başlamazdan əvvəl məşəl müqəddəs atəşlə alovlandırılmış və ev sahibliyi edən ölkənin hər bir guşəsinə oyunların ruhunu və həyəcanını gətirmək üçün bütün ölkə ərazisində daşınmışdır. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində məqsədimiz dəyişməz olaraq qalır. Lakin bu dəfə Səyahətimiz od deyil, su ünsürünə həsr olunur.

İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən biz Oyunlar ərəfəsində Su ünsürünü bayram kimi qeyd etməyi seçmişik.

2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in İlkin Təqdimat Mərasimi keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edəcəkdir. Daha sonra "Xəzər dənizindən başlayan Səyahət" adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparacaqlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.

Səyahət davam etdirilir. Səyahət müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 km-dən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. Hər bir rayon Su Mərasiminə və axşam saatlarında keçiriləcək Su Festivalına ev sahibliyi edəcəkdir. Axşam saatlarında təşkil olunan Su Festivalları ictimai tədbir hesab olunduğundan burada iştirak ödənişsizdir. Festivallarda yerli ifaçı qruplarının çıxışları, Azərbaycanın dünyaca məşhur "Mirvari" rəqs qrupunun rəqs ifaları, gözoxşayan su şousu və möhtəşəm atəşfəşanlıq qonaqları heyran edir.

İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra Səyahət Bakı Olimpiya Stadionunda başa çatacaqdır. Bu heyrətamiz şəhərin bütün guşələrindən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Açılış Mərasiminin tərkib hissəsi hesab olunmaqla, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcəkdir.

Cədvəl

Xəritə #Tarix
Su festivalı
01Çərşənbə 5 aprel
Bakı: Başlanğıc mərasimi
02Cümə 7 aprel
Naxçıvan
03Bazar 9 aprel
Astara
04Çərşənbə axşamı 11 aprel
Şirvan
05Cümə axşamı 13 aprel
Sabirabad
06Şənbə 15 aprel
Ağcabədi
07Bazar ertəsi 17 aprel
Horadiz şəhəri, Füzuli
08Çərşənbə 19 aprel
Gəncə
09Cümə 21 aprel
Şəmkir
10Şənbə 23 aprelMingəçevir
11Çərşənbə axşamı 25 aprel
Qax
12Cümə axşamı 27 aprel
Qəbələ
13Şənbə 29 aprel
Qusar
14Bazar ertəsi 1 may
Quba
15Çərşənbə 3 may
Qaradağ
16Cümə 5 may
Sumqayıt

Cümə 12 may
Bakı: Açılış mərasimi


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png