Obyektin Təhlükəsizliyi

Obyektin Təhlükəsizliyi

Tamaşaçılar

  • Obyektin Davranış qaydalarına riayət etməlidirlər
  • Bütün tamaşaçılara, obyektin işçi heyətinə və idmaçılara qarşı nəzakətli, ədəbli və ehtiramlı olmalıdırlar  
  • Obyektin bütün işçi heyətinin və polisin verdiyi təlimatlara əməl etməlidirlər 
  • Hər hansı əşya və ya şəxsə zərər yetirməməlidirlər
  • Etibarlı şəxsiyyət vəsiqəsi hər zaman üzərilərində olmalıdır

İtirilmiş və tapılmış əşyalar

  • Ayıq-sayıq olmalı və şəxsi əşyalar nəzarətdə saxlanılmalıdır
  • Təhlükəsizlik yoxlanışından keçəndən sonra əşyalarınızı götürməyi unutmayın
  • İtmiş əşyalar barədə ən yaxındakı formalı heyət üzvünə və ya Polisə məlumat verilməlidir 
  • Tərk edilmiş və ya şübhəli əşya tapdıqda ən yaxındakı formalı heyət üzvünə və ya Polisə məlumat verilməlidir

İtirilmiş və ya tapılmış insanlar

  • Uşaq (və ya yardıma ehtiyacı olan şəxs) itdikdə ən yaxındakı formalı heyət üzvü ilə əlaqə saxlamaq və vəziyyəti bildirmək lazımdır.  
  • AISGOC heyəti itmiş şəxslərin tapılması prosesində köməklik edəcək və cavabdeh orqanları məlumatlandıracaq. 
  • Qrupunuzdan ayrı düşmüşsünüzsə, qrupunuzdan ayrıldığınız yerdə dayanın. 
  • Oyunlardan əvvəl uşaqlara və yardıma ehtiyacı olan şəxslərə bildirin ki, onlar itdikdə və ya ayrı düşdükdə formalı heyət üzvü və ya Polis ilə əlaqə saxlasınlar. 
  • Tapılmış uşaqlar və yardıma ehtiyacı olan böyüklər ayrı düşdükləri şəxslərə təhvil verilənə kimi formalı heyət üzvü və ya İctimai Təhlükəsizlik Personalı tərəfindən müşayiət edilməlidir.

Obyektdə fövqəladə hallar

Bakı 2017 Obyektlərindən hər hansı birində fövqəladə hal baş verən zaman ən yaxındakı formalı heyət üzvünə və ya Polisə məlumat verilməlidir. Bütün obyektlərdə fövqəladə hallar zamanı dərhal cavab tədbiri görmək üçün təyin edilmiş şəxlər var. 

Piyada Yoxlanış Sahələri

Bakı 2017 Oyunları Obyektinə daxil olmazdan əvvəl bütün tamaşaçılar və işçilər təhlükəsizlik yoxlanışından keçiriləcək. 

Bu prosesin rahat keçməsi üçün aşağıdakıları etmək lazımdır: 

  • Sahədə istifadə edilməsi qadağan olunmuş və məhdudlaşdırılmış əşyaların siyahısı ilə (aşağıda) tanış olun
  • Yarış sessiyası üçün etibarlı biletə malik olmalısınız 
  • Yalnız ehtiyacınız olan ləvazimatları götürməlisiniz, ehtiyacınızdan əlavə heç nə götürməyin 
  • Çanta və ya pul kisəsi götürməlisinizsə, axtarılması asan olan kiçik ölçülü çanta və ya pul kisəsi götürün.
  • Formalı heyət üzvlərinin və Polisin verdiyi bütün işarələrə və şifahi təlimatlara əməl edin. 

Obyektdə spirtli içkilər

Bakı 2017 Oyunları Obyektlərində spirtli içkilərin satışına icazə verilmir.

Təhlükəsizlik haqqında ümumi məlumat

Azərbaycanda cinayət səviyyəsi ümumilikdə aşağıdır, amma istənilən şəhər kimi müvafiq ehtiyat tədbirləri görmək və dünyanın istənilən yerindəki kimi eyni ehtiyatlılıq səviyyəsini nəzərə almaq etmək vacibdir. Cinayət haqqında məlumat vermək istəyirsinizsə, bunu yerli polis məntəqəsində və ya 102 nömrəsinə zəng etməklə edə bilərsiniz. Telefonda sizə azərbaycan və ingilis dillərində danışa bilən operatorlar cavab verəcəklər. Amma polis məntəqəsində cinayət haqqında məlumat vermək istəyərkən sizinlə azərbaycan dilində danışa biləcək bir nəfərin olması tövsiyyə olunur.   

Bakı 2017 Oyunları obyektindən kənarda olduqda fövqəladə hal baş verərsə, Azərbaycanda aşağıdakı telefon nömrələrindən istifadə olunur:
101 Yanğınsöndürmə və Xilasetmə 
102 Polis
103 Təcili Tibbi Yardım

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR