Media akkreditasiyası

Media akkreditasiyası

IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət prosesi 2017-ci il yanvar ayının 16-dan mart ayının 31-nə qədər davam edəcək. Ərizə formasını düzgün doldurmaq üçün zəhmət olmasa təlimatı diqqətlə oxuyun. Müraciət forması sona qədər doldurulmalı və göndərilməlidir. Natamam müraciət formalarını göndərmək və ya yadda saxlamaq mümkün deyil. (Rəsmi yayım hüququna malik təşkilatda işləyən şəxslərdən akkreditasiyadan keçmək üçün öz təşkilatlarındakı akkreditasiya üzrə əlaqələndirici şəxs vasitəsilə müraciət etmələri tələb olunur. AİSGOC internet səhifəsi vasitəsilə yayım hüququna malik təşkilatdan daxil olmuş akkreditasiya müraciətlərinə baxılmayacaq).

Müraciət formasını doldurmağa başlayarkən elektron formatda fotonuz və şəxsiyyət vəsiqəniz yanınızda olsun.


Media Akkreditasiyaya müraciət etdikdən sonra şəxsiyyət vəsiqənizi və ya hər hansı digər şəxsi məlumatlarınızı dəyişərsinizsə pressoperations@baku2017.com email ünvanı vasitəsilə Media Əməliyyatları şöbəsini məlumatlandırmağınız mütləqdir. Əks təqdirdə akkreditasiya müraciətiniz təsdiqlənməyəcək. 


Foto üçün tələblər 


Akkreditasiya müraciətlərinə əlavə olunan fotoşəkillər yüksək keyfiyyətli olmalı və aşağıdakı tələblərə cavab verməlidir.

  • Fotoda başqa şəxslər olmamalı, üz irəli, gözlər açıq şəkildə kameraya baxmalı və sifəti heçnə örtməməlidir.
  • Heç bir qeyri-adi üz ifadələri olmamalı (gülmək və s.), gözlər açıq və görünən olmalıdır.
  • Foto ağ fonda çəkilməlidir
  • Saç, eynək çərçivəsi və ya digər əşyalar gözləri örtməməlidir
  • Tibbi və dini məqsədlərdən başqa başda papaq və ya örtük olmamalıdır. 

Akkreditasiya kateqoriyaları

Media üçün 3 akkreditasiya kateqoriyası nəzərdə tutulub. Oyunlar müddətində sizin fəaliyyətinizi daha düzgün təsvir edəcək bir kateqoriya seçməlisiniz. Unutmayın ki, akkreditasiya kateqoriyanız sizin oyunlar vaxtı hansı istiqamətdə peşəkar fəaliyyət göstərəcəyinizi əks etdirir. Məs, "E" kateqoriyalı media nümayəndəsi fotoqraf kimi fəaliyyət göstərə, fotomövqelərə girə və foto önlük ala bilməz.

Müasir dövr idman tədbirlərində media nümayəndələrinin fərdi şəkildə bir neçə sahədə fəaliyyət göstərdiyini nəzərə alaraq, hər hansı bir kateqoriya altında akkreditasiyadan keçmiş media nümayəndələrinə eyni zamanda foto və I-Zonada video çəkmək imkanı yaradılacaq. Bunun üçün onlar idman obyektlərinin media mərkəzlərinə yaxınlaşaraq müvəqqəti “Multi” kart və önlük ala biləcəklər. 


E
  • Jurnalist, redaktor, foto redaktor, onlayn rejimdə və ya müqavilə əsasında fəaliyyət göstərən yazılı mətbuat nümayəndələri.
  • Beynəlxalq və ya yerli xəbər agentlikləri; adi gündəlik qəzet və ya jurnal; idman qəzeti və ya jurnalı; internet saytı tərəfindən işə götürülmüş olmalıdır. Müstəqil jurnalistlər işlədikləri media təşkilatla əməkdaşlıqlarını təsdiqləyən müqavilə sənədini də göndərməlidir.
  • “E” kateqoriyalı akkreditasiya kartı foto mövqelərə giriş imkanı və ya fotoqraf kimi fəaliyyət imkanı vermir.
EP
  • Yalnız fotoqraflar üçün.
  • Beynəlxalq və ya yerli xəbər agentlikləri; adi gündəlik qəzet və ya jurnal; idman qəzeti və ya jurnalı; internet saytı tərəfindən işə götürülmüş olmalıdır. Müstəqil fotoqraflar işlədikləri media təşkilatla əməkdaşlıqlarını təsdiqləyən müqavilə sənədini də göndərməlidir.
  • “EP” kateqoriyalı akkreditasiya kartı foto mövqelərə giriş imkanı verir.
  • Foto önlük almaq üçün "Fotoqraf öhdəlikləri" adlı sənəd imzalanmalıdır. Daha ətraflı məlumat üçün fotoqraflar bölməsinə baxa bilərsiniz.
  • Həm fotoqraf, həm də jurnalist kimi fəaliyyət göstərəcək media nümayəndələrinin müraciət zamanı EP kateqoriyasını seçməsi tövsiyə edilir.
ENR
  • Yalnız rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin operatorları (kameramanlar) üçün.
  • Rəsmi yayım hüququ olmayan yerli və ya beynəlxaq televiziya şirkətləri tərəfindən işə götürülmüş olmalıdır. Bu kateqoriya yalnız video kameradan istifadə edəcək şəxslər (operatorlar) üçün nəzərdə tutulub. Qalan bütün şəxslər - operator köməkçiləri, rejissorlar, müxbirlər E kateqoriyası, fotoqraflar isə EP kateqoriyası ilə qeydiyyatdan keçməlidirlər.
  • “ENR” kateqoriyalı akkreditasiya kartı operatorlara yalnız I-Zonalarda, Media konfrans otağında və Media Kəndinin bəzi yerlərində çəkiliş aparmaq imkanı verir. Foto mövqelərə, rəsmi hüquqlu şirkətlər üçün olan Miks Zonaya və ya Media tribunalara giriş imkanı vermir. Operatorlar Media tribunalara yalnız video kamerasız daxil ola bilərlər.
  • I-Zonada çəkiliş aparmaq məqsədilə foto önlük və kamera üçün Baku 2015 ENR yapışqanlı yarlıkını almaq üçün və həmçinin, xəbərlərdən istifadə qaydalarına əməl edilməsinə dair "ENR öhdəlikləri" adlı sənəd imzalanmalıdır. Yapışqanlı yarlık olmadan heç bir avadanlıq obyektə daxil ola bilməz.
  • Daha ətraflı məlumat üçün Rəsmi yayım hüququ olmayan şirkətlər (ENR) bölməsinə baxa bilərsiniz 
MULTI
  • Məs: “E” kateqoriyası altında akkreditasiyadan keçən hər hansı bir media nümayəndəsi oyunlar vaxtı eyni zamanda foto çəkmək və ya I-Zonada video çəkiliş etmək istəyirsə bu zaman idman obyektlərinin media mərkəzinə yaxınlaşaraq müvəqqəti “Multi” önlük ala biləcəklər.
  • “Multi” müvəqqəti önlükləri əvvəlcədən əldə etmək mümkün deyil. Onlar yalnız idman obyektlərinin media mərkəzlərində veriləcək. Hər bir idman obyektinin “Multi” önlüyü spesifik və gündəlik olacaq.
  • Media nümayəndələri gündəlik fəaliyyətin sonunda “Multi” önlükləri geri qaytarmalıdır.
RT
  • Yayım hüququna malik televiziya şirkətlərinin video-operatorları, istehsal və texniki personal üçün.
  • Yayım hüququna malik yerli və ya xarici televiziya şirkətinin işçisi olmalıdır. 
  • “RT” akkreditasiyası ilə video-operatorlar müəyyən olunmuş “ENG” nöqtələrində, TV fleş-müsahibə nöqtələrində (Yayım Miks Zonası), İ-zonalarda, ümumi istifadədə olan ərazilərdə və Atletlər Kəndinə təşkil olunacaq iki media turun hər hansı birində çəkiliş aparmağa icazə verilir.  Foto mövqelərə girişə icazə VERİLMİR.
  • Yarış meydanını çəkərkən qolunda RT yazılan lent olmalı və kamera avadanlığı üzərində Bakı 2017 RH yazılan yapışqanlı yarlıq olmalıdır. Üzərində bu cür yazı olmayan avadanlıqlar idman obyektlərinə buraxılmayacaq.

Qeyd: Naşirlər, reklam və ya atlet agentləri, ictimaiyyətlə əlaqələr və reklam agentləri Oyunlar üçün mətbuat akkreditasiyası ala bilməz.  


Müraciət prosesi 


  • Akkreditasiya formasını doldurub fotonuzla birlikdə göndərirsiniz.
  • Müstəqil jurnalistlər (freelancer) işlədikləri media təşkilatla əməkdaşlıqlarını təsdiqləyən müqavilə sənədini də göndərməlidir.
  • Müraciət etdikdən sonra müraciətinizin qeydə alınması ilə bağlı bildiriş emaili alacaqsınız.
  • Müəyyən prosedurlardan sonra akkreditasiya üçün müraciətinizin təsdiq olunub olunmadığı barədə email alacaqsınız.
  • Müraciətiniz təsdiqlənərsə, həmçinin, akkreditasiya kartınızı haradan və nə zaman götürə biləcəyiniz barədə digər məlumatlar da göndəriləcək. Akkreditasiya kartınızı götürərkən şəxsiyyət vəsiqənizi də gətirməyiniz mütləqdir.  


 Akkreditasiya forması 

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png