Məxfilik Siyasəti

İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

www.baku2017.com elektron ünvanında mövcüd olan bu internet səhifə ("internet səhifə") sizə ("siz) Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ("AİHOƏK") tərəfindən təqdim olunur. Zəhmət olmasa, bu internet səhifədən istifadə etməzdən əvvəl aşağıdakıları diqqətlə oxuyun. İnternet səhifədən istifadə etməyiniz təqdim olunan istifadə şərtləri və qaydalarını qəbul etdiyinizi və onlara əməl edəcəyinizə razılıq verdiyinizi təsdiq edir. Təqdim olunan şərtləri və qaydaları qəbul etmədiyiniz təqdirdə bu internet səhifədən istifadə etməyin. Bu internet səhifənin xüsusi səhifələrində sizin həmin səhifələri istifadə etməyiniz ilə bağlı digər şərt və qaydalar, təlimat və siyasətlər ola bilər ki, xüsusi səhifələrində sizin həmin səhifələri istifadə etməyiniz ilə bağlı digər şərt və qaydalar, təlimat və siyasətlər ola bilər ki, həmin digər şərt və qaydalar, təlimat və siyasətlər bu istifadə şərtləri və qaydaları ilə birlikdə sizin bu internet səhifədən istifadə etməyinizi tənzimləyir.

AİHOƏK Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və hüquqi ünvanı Azərbaycan Resoublikası, AZ1072, Bakı şəhəri, Olimpiya küçəsi 4 olan qeyri-kommersiya fəaliyyəti göstərən hüquqi şəxsdir.

BU İNTERNET SƏHİFƏDƏN İSTİFADƏ QAYDASI

  1. Siz hər dəfə bu İnternet səhifədən istifadə edən zaman bu İstifadə Şərtləri və Qaydalarına, bu İnternet səhifənin xüsusi səhifələrində yerləşdirilmiş hər hansı digər tətbiq olunan şərt və qaydalara, təlimat və siyasətlərə və AISGOC tərəfindən Sizin diqqətinizə çatdırılan hər hansı digər məlumatlara əməl edəcəyinizə razılıq verirsiniz.
  2. Sizin bu İnternet səhifədən yalnız qanuni fəaliyyətlərin həyata keçirilməsi üçün, bu İstifadə Şərtləri və Qaydalarına uyğun olaraq istifadə etmək hüququnuz vardır.

İSTİFADƏÇİNİN BU İNTERNET SƏHİFƏDƏ QEYDİYYATI

  1. Bu İnternet səhifəyə hər hansı material yerləşdirməzdən və/və ya bu İnternet səhifədə mövcud olan digər vasitələr/xidmətlərdən istifadə etməzdən əvvəl Siz bu İnternet səhifədə qeydiyyatdan və/və ya identifikasiya prosesindən keçməlisiniz.
  2. Bu İnternet səhifədə qeydiyyatdan keçən zaman Siz yalnız özünüz haqqında dəqiq məlumatları və müvafiq əlaqə məlumatını açıqlamalısınız. Əgər Sizin qeydiyyat məlumatlarınızda hər hansı dəyişiklik baş verərsə, onda Siz dərhal AISGOC-a həmin dəyişiklik haqqında məlumat verməlisiniz. Bu İnternet səhifədə qeydiyyatdan keçmək üçün üçüncü tərəfin elektron poçt hesabından istifadə etmək qadağandır.
  3. Verilən məlumat natamam və/və ya yanlış olduğu zaman AISGOC Sizi qeydiyyatdan keçirməmək və/və ya Sizin istifadə hüququnuzu təsdiq etməmək hüququna malikdir.

İSTİFADƏÇİ ADI VƏ PAROLUNA GÖRƏ MƏSULİYYƏT

  1. Siz bu İnternet səhifədən istifadə üçün qeydiyyatınız və parolunuzun məxfiliyini (gizli saxlanmasını) təmin etməlisiniz. Siz özünüzün istifadəçi adınız və parolunuz altında baş verən bütün fəaliyyətlərə görə məsuliyyət daşıyacaqsınız. Siz bu İnternet səhifədəki göstərişlərə riayət etməklə parolunuzu istənilən vaxt dəyişmək hüququna maliksiniz.
  2. Siz öz istifadəçi adınız və parolunuzdan yanlış istifadə olunduğundan xəbər tutduğunuz zaman dərhal bu barədə AISGOC-a məlumat verməlisiniz.

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

  1. Bu İnternet səhifə üzrə bütün Əqli Mülkiyyət Hüquqları (hər hansı əmtəə nişanı, patent, patentləşdirilmiş dizayn, müəllif hüququ (fotoşəkillər və qrafik təsvirlər daxil olmaqla), sənaye hüququ, inteqral mikrosxemlərin topologiyasına dair hüquq, məlumat bazasından istifadə hüququ, yuxarıda qeyd olunan hüquqların, istehsalat sirrinin, patentləşdirilməmiş yeni texnologiyanın qeydiyyatdan keçirilməsi üçün ərizə, məxfiliyin qorunması hüququ və dünyanın hər hansı bir yerində istənilən xarakterli hər hansı digər əqli və ya sənaye mülkiyyəti hüququ daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) və bu İnternet səhifədə olan hər şey qüvvədə olan qanunvericiliklə qorunur.
  2. Qüvvədə olan qanunvericilikdə başqa cür nəzərdə tutulmadığı təqdirdə, bu İnternet səhifədə olan bütün Əqli Mülkiyyət Hüquqları və onun materialı AISGOC-a məxsusdur və ya üçüncü şəxslər tərəfindən AISGOC-a lisenziya əsasında verilmişdir. Bu İnternet səhifədə istifadə edilən əmtəə nişanları AISGOC-ın və ya üçüncü şəxslərin mülkiyyətidir.
  3. Bu İnternet səhifədə başqa bir hal nəzərdə tutulmadığı təqdirdə, Siz bu İnternet səhifədə verilmiş məlumatları AISGOC-ın əvvəlcədən yazılı icazəsi olmadan köçürə, çap edə, operativ yaddaşdan yükləyə, bölüşə, dəyişdirə və yenidən yaya bilməzsiniz.
  4. Əgər Siz bu İnternet səhifədəki hər hansı materialı kommersiya məqsədləri üçün istifadə etmək istəsəniz, zəhmət olmasa, islamicsolidaritygames@baku2017.com ünvanına elektron məktub göndərin və orada tam adınızı, ünvanınızı, əlaqə məlumatlarınızı göstərin, eləcə də sözügedən materialı necə və hansı məqsəd üçün istifadə etmək istədiyinizi ətraflı şəkildə yazın.

İSTİFADƏÇİLƏR TƏRƏFİNDƏN TƏQDİM EDİLƏN MATERİALDAN İSTİFADƏ

Fərdi Məlumatlar (tərifi 10.1 və 10.2-ci bəndlərdə müəyyən edildiyi kimi) istisna olmaqla, Siz hər hansı materialı bu İnternet səhifədən yerləşdirdiyiniz zaman (“İstifadəçi Kommunikasiyaları”) həmin material məxfi və xüsusi hesab olunmur. AISGOC İstifadəçi Kommunikasiyaları ilə əlaqədar heç bir öhdəlik daşımır. AISGOC İstifadəçi Kommunikasiyalarını istənilən və bütün kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün pulsuz istifadə etmək hüququna malikdir.

MƏQBUL İSTİFADƏ SİYASƏTİ

  1. Siz bu İnternet səhifəni və ya bu İnternet səhifədəki materialı aşağıdakı məqsədlər üçün və ya aşağıdakı hallarda istifadə edə bilməzsiniz:
    • qüvvədə olan qanunvericilik baxımından qeyri-qanuni olan;
    • AISGOC-ın mülahizəsinə əsasən hər hansı şəxs üçün təhqir, narahatlıq və ya xəcalət törədə bilən; yaxud
    • AISGOC və ya hər hansı üçüncü şəxsin hüquqlarını pozan; yaxud
    • texniki baxımdan zərərli olan (hakerlərin əməlləri, kompüter virusları, “məntiqi bomba” tipli pisniyyətli kompüter proqramları, “Troya atı” tipli proqramlar, virus-soxulcanlar, saxta internet səhifələr, aldadıcı hərəkətlər (“spufinq”), xidmətdən imtina tipli hücumlar, zərərli komponentlər, təhrif olunmuş göstəricilər və ya digər qərəzli və ya zərərli göstərici, proqram və ya materiallar daxil olmaqla); yaxud
    • reklam, sorğu və ya müsabiqə.
  2. AISGOC Azərbaycan Respublikasının hüquq-mühafizə, məhkəmə orqanları və digər səlahiyyətli qurumları ilə qüvvədə olan qanunvericiliyin tələb etdiyi qayda və miqyasda əməkdaşlıq edəcək
  3. AISGOC Sizin qeydiyyatınızı və/və ya istifadə hüququnuzun təsdiqini ləğv etmək, Sizin bu İnternet səhifədən istifadə etmək imkanınızı dayandırmaq və Sizin bu İnternet səhifədən bu İstifadə Şərtləri və Qaydalarını pozmaqla istifadə etməyinizə görə müvafiq hesab etdiyi hər hansı digər tədbir görmək hüququnu özündə saxlayır.
  4. Tətbiq olunan qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Siz bu İstifadə Şərtləri və Qaydalarını pozmaqla bu İnternet səhifədən istifadə etməyiniz və ya bu İnternet səhifəyə link etməyiniz ilə birbaşa və ya dolayı yolla bağlı olan və ya yaranan istənilən və bütün iddialar, məhkəmə prosesləri, öhdəliklər, zərərlər, ziyanlar və AISGOC tərəfindən çəkilən xərclərə (məhkəmə xərcləri daxil olmaqla) görə məsuliyyət daşımalı və AISGOC-a təzminat ödəməlisiniz.

LİNKLƏŞDİRİLMƏ

  1. Əgər Siz digər bir İnternet səhifəni bu İnternet səhifəyə link etmək istəyirsinizsə, onda istənilən linkləşdirmə yalnız bu İnternet səhifənin əsas səhifəsinə olmalıdır.
  2. AISGOC bu İnternet səhifəyə hər hansı linkin silinməsini tələb etmək və bildiriş təqdim etmədən bu İnternet səhifədən hər hansı linki hər hansı səbəbdən və hər hansı vaxtda silmək hüququnu özündə saxlayır.
  3. Siz bu İnternet səhifəyə hər hansı linkdən müəyyən bir təşkilat, biznes, mallar və ya xidmətlər və Bakı 20157 İslam Həmrəyliyi Oyunları arasında icazəsiz əlaqə yaratmaq metodu kimi istifadə etməməlisiniz və heç bir belə linkin AISGOC-ı və ya Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının hər hansı digər rəsmi qurumunu (və ya AISGOC-in və ya Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının hər hansı digər rəsmi qurumunun işlərini, məhsullarını və ya xidmətlərini) yanlış, dolaşıq, aşağılayıcı və ya etiraz doğuran digər bir tərzdə təsvir etməsi ilə razılaşa bilməzsiniz. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının loqosunun (loqolarının) və ya nişan(lar)ının bu İnternet səhifəyə a link kimi istifadə olunmasına icazə verilmir; xahiş olunur ki, daha ətraflı məlumat üçün AISGOC-ın brendin istifadə olunması və dair qorunmasına təlimatına baxasınız. Siz bu İnternet səhifənin və ya onun bir hissəsinin internetdə hiperlink çərçivə yaratmaq yolu ilə və ya digər bir qaydada digər bir internet səhifənin bir hissəsi kimi istifadə olunmasına imkan verməməlisiniz. Siz bu İnternet səhifənin və ya onun hər hansı bir hissəsinin sözügedən internet səhifə və ya hər hansı digər internet səhifə(lər) ilə xüsusi əlaqəsi olan internet səhifə kimi hər hansı digər internet səhifədə görünməsinə yol verməməlisiniz.
  4. Bu İnternet səhifədə AISGOC-a aid olmayan qurumlar tərəfindən təqdim olunan İnternet səhifələrə (“Üçüncü Tərəf İnternet səhifələri”) linklər (“Linklər”) yerləşdirilmişdir. AISGOC Üçüncü Tərəf İnternet səhifələrinə nəzarət etmir və həmin İnternet səhifələrdəki material və həmin İnternet səhifələrin mövcudluğuna görə məsuliyyət daşımır. Linklərin yerləşdirilməsi Üçüncü Tərəf İnternet səhifəlarində materialın və ya onların operatorları ilə hər hansı əlaqənin hər hansı şəkildə bəyənildiyini nəzərdə tutmur. Üçüncü Tərəf İnternet səhifələrinə öz mülahizənizə əsasən daxil olursunuz və hər hansı Üçüncü Tərəf İnternet səhifələrinin operatorlarının təhlükəsizliyinin, həmin İnternet səhifələrdə verilən hər hansı məlumatın dəqiqliyi və tamlığına, həmin İnternet səhifələr vasitəsilə təklif olunan hər hansı mallar və ya xidmətlərin dəyəri və düzgünlüyünün qiymətləndirilməsinə görə məsuliyyət Sizin üzərinizə düşür.

MƏSULİYYƏTDƏN İMTİNA 

  1. AISGOC bu İnternet səhifənin istənilən vaxt istifadə üçün mövcud olmasını təmin etmək üçün  səy göstərir, lakin bu İnternet səhifənin hər hansı səbəbdən hər hansı vaxtda və ya hər hansı müddətdə istifadə edilməsinin mümkün olmamasına görə məsuliyyət daşımır. AISGOC səbəbi göstərmədən bu İnternet səhifəyə girişi bildiriş təqdim etmədən dayandıra bilər.
  2. AISGOC bu İnternet səhifədəki istənilən materiala istənilən vaxt bildiriş təqdim etmədən dəyişikliklər edə bilər.
  3. AISGOC bu İnternet səhifədəki materialın dəqiq və yenilənmiş olmasını təmin etmək üçün səy göstərir, lakin bu İnternet səhifədəki hər hansı materialın dəqiqliyi və tamlığına təminat vermir və hər hansı köhnəlmiş materialı yeniləmək öhdəliyini öz üzərinə götürmür.
  4. Siz hər hansı biznes, hüquqi və digər qərarlar qəbul etmək üçün əsas kimi bu İnternet səhifədəki materialı etibar etməməlisiniz.
  5. AISGOC bu İnternet səhifənin viruslar və ya hər hansı digər texniki zərərli materialdan azad olmasını təmin etmək üçün  səy göstərir, lakin bu İnternet səhifənin onlardan azad olduğuna zəmanət və ya təminat vermir. Bu İnternet səhifəyə daxil olduğunuz kompüter avadanlığına viruslar və ya hər hansı digər texniki zərərli materialın keçməsinin qarşısını almaq üçün zəruri proqram təminatından istifadə olunmasına görə məsuliyyət Sizin üzərinizə düşür. Bütün əhəmiyyətli məlumatların zərurət yarandıqda çıxarılması mümkün olan kənar drayvlar və ya İnternet səhifələrdə təhlükəsiz saxlanmasına görə də məsuliyyət Sizin üzərinizə düşür.
  6. AISGOC bu İnternet səhifədəki materialın müvafiqliyinə və ya Azərbaycan Respublikasından kənarda istifadə olunmasının mümkünlüyünə heç bir təminat vermir. Bu İnternet səhifədəki materialın qanunsuz hesab olunduğu ərazilərdən bu İnternet səhifəyə giriş qadağandır.

MƏSULİYYƏT

Qüvvədə olan qanunvericilikdə başqa qayda nəzərdə tutulmadığı zaman və qüvvədə olan qanunvericiliyin icazə verdiyi bütün hallarda AISGOC Sizə və ya üçüncü bir şəxsə bu İnternet səhifə və onun istifadə edilməsi, istifadə oluna bilməməsi və ya bu İnternet səhifənin, bu İnternet səhifəyə link edilmiş hər hansı İnternet səhifələrin və ya bütün belə İnternet səhifələrin hər hansı biri və ya hamısında olan materialların istifadə olunmasının nəticələri, o cümlədən Sizin kompüter avadanlıqlarınıza, proqram təminatınıza, bu İnternet səhifəyə daxil olmaq və ondan istifadə etmək üçün giriş hesabınızdakı göstəricilər və ya digər əmlaka və ya bu İnternet səhifədən operativ yaddaşa yüklədiyiniz hər hansı materiala və ya bu İnternet səhifəyə link edilmiş hər hansı İnternet səhifələrə yoluxa bilən viruslar ilə bağlı zərər və ya ziyan dəyə bilən hər hansı zərər və ya ziyan məbləği və ya növünə (gəlir itkisi, faktiki və ya gözlənilən mənfəət itkisi, iş itkisi, müqavilə itkisi, firma dəyəri və ya işgüzar nüfuzun itirilməsi, gözlənilən qənaətlərin itirilməsi, göstəricilərin itirilməsi, göstəricilərə ziyan vurulması və ya onların təhrif olunması, istənilən növ birbaşa və ya dolayı zərər və ya ziyan daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) görə heç bir məsuliyyət daşımır.

MƏXFİLİYİN QORUNMASI SİYASƏTİ

  1. Fərdi Məlumatların tərifi - 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fərdi məlumatların işlənilməsini tənzimləyən əsas qanundur. “Fərdi məlumatlar” dedikdə fərdi məlumatların subyektinin (yəni fərdi məlumatların aid olduğu şəxsin) kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. AISGOC Sizin fərdi məlumatlarınızın məxfiliyinin qorumasını təmin edir. Bu Məxfiliyin Qorunması Siyasətində AISGOC-in Sizin haqqınızda topladığı məlumatları necə istifadə etdiyi izah olunur.
  2. AISGOC-in topladığı məlumatlar və bu məlumatlardan istifadə - Siz bu İnternet səhifədən istifadə edən zaman AISGOC-in veb serverləri aşağıda qeyd olunan müəyyən məlumatları avtomatik şəkildə toplamağa başlayır. Siz bu İnternet səhifədən istifadə edən zaman Sizin könüllü daxil etdiyiniz bütün məlumatları, yəni Sizin elektron poçt ünvanınızı və təqdim etdiyiniz digər əlaqə məlumatlarını, həmçinin, istifadə üçün seçdiyiniz istənilən əlavə xidmətlərə dair məlumatları (məsələn: əgər Siz sifariş, bu İnternet səhifədə qeydiyyat və/və ya identifikasiya prosesi, reklam, yarışlar və üstünlük verdiyiniz məhsullar daxil olmaqla Sizi maraqlandıran mövzular ətrafında məlumat daxil olmaqla digər məlumatları almaq üçün abunə olmuşsunuzsa) (“Fərdi Məlumatlar”) AISGOC avtomatik olaraq toplayır. AISGOC ilə elektron poçt vasitəsilə yazışmanız və əlaqə mərkəzi ilə qarşılıqlı əlaqələrinizin tarixçəsi saxlanılır. Bu İnternet səhifədən qeydiyyatdan keçmiş istifadəçi kimi istifadə edən zaman Siz öz məxfi məlumatlarınızı bu İnternet səhifənin ictimai istifadə sahələrinə internet materialı və digər əlaqədar məlumat kimi yükləyə və ötürə bilərsiniz. Bu Məxfiliyin Qorunması Siyasəti bu növ materiala tətbiq olunmur, çünki Siz onu ictimai istifadə sahələrinə yerləşdirdikdən sonra həmin məlumatlar məxfi hesab oluna bilməz. Bu İnternet səhifənin və öz məhsulları və xidmətlərinin təkmilləşməsinə dəstək olmaq məqsədilə AISGOC bu İnternet səhifənin istifadəsinin monitorinqini aparmaq üçün toplanmış məlumatlar və statistik göstəricilərdən (“Toplanmış Məlumat”) istifadə edə bilər. Həmin Toplanmış Məlumata Sizin şəxsiyyətinizi müəyyənləşdirmək üçün istifadə oluna bilən məlumatlar daxil olmayacaq. Eyni zamanda, AISGOC Sizə bu İnternet səhifənin Sizin üçün maraqlı ola bilən spesifik xüsusiyyətləri haqqında məlumatlar təqdim edə bilər. Əgər Siz bu cür məlumatları almaq istəmirsinizsə, abunə olmaqdan imtina edə bilərsiniz.
  3. AISGOC Sizin məlumatlarınızı necə qoruyur - İnternet təhlükəsiz mühit deyildir. Buna baxmayaraq AISGOC öz imkanı daxilində Sizin Fərdi Məlumatlarınızı qorumaq üçün müxtəlif təhlükəsizlik prosedurları tətbiq etməkdədir. AISGOC-in daxili prosedurları Sizin Fərdi Məlumatlarınızın saxlanması, istifadə olunması və açıqlanması məsələlərini əhatə edir.
  4. Sizin məlumatlarınızın yenilənməsi - Sizin hər hansı Fərdi Məlumatlarınız dəyişərsə, zəhmət olmasa, islamicsolidaritygames@baku2017.com ünvanına elektron məktub göndərərək dəqiq təfərrüatlar barəsində AISGOC-a məlumat verin.
  5. Sizin razılığınız; - Fərdi Məlumatlarınızı könüllü olaraq təqdim etməklə Siz Fərdi Məlumatlarınızın AISGOC tərəfindən işlənilməsinə, o cümlədən Fərdi Məlumatlarınızın toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması (yenilənməsi, dəyişdirilməsi), istifadə olunması, adsızlaşdırılması, ötürülməsi, transsərhəd ötürülməsi və məhv edilməsinə razılıq verirsiniz. Bundan başqa, Siz razılaşırsınız ki, Sizin Fərdi Məlumatlarınızın işlənilməsinə razılığınız həmin məlumatların arxivləşdirilməsi və ya məhv edilməsinə qədər qüvvədə qalacaq.
  6. Kukilər;- Bu İnternet səhifəyə daxil olmaqla Siz qəbul edir və razılaşırsınız ki, AISGOC və/və ya onun xidmət təminatçıları Sizin bu İnternet səhifəyə girişinizi müəyyənləşdirmək və/və ya bu İnternet səhifəyə daxil olarkən istifadə və ya brauzinq vərdişləriniz barədə daha ətraflı öyrənmək məqsədilə Sizin kompüterinizə və ya bu İnternet səhifəyə daxil olmaq üçün istifadə etdiyiniz digər cihazınıza kukilər (Siz İnternet səhifəyə və ya onun müəyyən bir hissəsinə daxil olan zaman kompüterinizin sərt diskinizin yaddaşına yerləşdirilən kiçik həcmli məlumatlar) göndərə bilərlər. Kuki daimi və ya bir dəfəlik seans kukisi ola bilər.
  7. Yetkinlik Yaşına Çatmayan Şəxslərin Fərdi Məlumatları
  8. Əgər Siz 18 yaşına çatmamısınızsa, bu İnternet səhifədə interaktiv xidmətlərdən istifadə etməzdən öncə (məsələn: bu İnternet səhifədə hər hansı məlumatı dərc etməkdən əvvəl) öz valideynlərinizdən (və ya tətbiq olunan qanunvericiliklə belə icazə vermək səlahiyyəti olan digər şəxslərdən) icazə almağa görə məsuliyyət Sizin üzərinizə düşür.

ÜMUMİ MÜDDƏALAR

  1. AISGOC istənilən vaxt bu İstifadə Şərtləri və Qaydalarına düzəliş edə bilər. AISGOC belə düzəliş etdiyi zaman AISGOC bu İnternet səhifədə bildiriş yerləşdirəcək (mətnin yeni redaksiyanı bildirəcək və düzəlişin tarixini göstərəcək). Həmin vaxt qüvvədə olan İstifadə Şərtləri və Qaydalarını nəzərdən keçirmək üçün bu İnternet səhifənin müntəzəm şəkildə yoxlanılmasına görə məsuliyyət Sizin üzərinizə düşür. Bu İstifadə Şərtləri və Qaydalarının müəyyən müddəaları xüsusi olaraq göndərilən hüquqi bildirişlər əsasında dəyişdirilə və ya bu İnternet səhifənin xüsusi səhifələrində yerləşdirilən şərtlər və qaydalar ilə əvəz oluna bilər.
  2. Bu İstifadə Şərtləri və Qaydaları Sizinlə AISGOC arasında Sizin bu İnternet səhifədən istifadə etməyiniz ilə bağlı bütöv razılaşmanı təşkil edir və Sizinlə AISGOC arasında belə istifadə ilə əlaqədar əvvəllər mövcud olan hər hansı və bütün digər yazılı və ya şifahi razılaşmaları və ya anlaşmalar bu sənədlə əvəz edilir və ləğv olunur.
  3. Azərbaycan Respublikasının hər hansı məhkəməsi və ya digər səlahiyyətli qurumu bu İstifadə Şərtləri və Qaydalarının hər hansı müddəasının etibarsız və ya həyata keçirilməsinin mümkünsüz olduğu qərarına gəldiyi təqdirdə belə etibarsızlıq və ya həyata keçirilmənin mümkünsüzlüyü bu İstifadə Şərtləri və Qaydalarının tam qüvvədə qalan və qüvvəsini saxlayan digər müddəalarına təsir göstərmir.
  4. AISGOC-in bu İstifadə Şərtləri və Qaydalarının hər hansı birinin həyata keçirilməsinə təkid etməməsi və ya ciddi surətdə icra olunmasını təmin etməməsi AISGOC-in hər hansı müddəadan və ya bu İstifadə Şərtləri və Qaydalarını icra etmək üçün malik olduğu hər hansı hüquqdan imtina etməsi kimi başa düşülməməlidir və nə də AISGOC və Siz və ya hər hansı üçüncü şəxs arasında hər hansı davam edən hərəkət bu İstifadə Şərtləri və Qaydalarının hər hansı müddəasına düzəliş edən hərəkət hesab olunmamalıdır.
  5. Bu İstifadə Şərtləri və Qaydaları ingilis və Azərbaycan dillərində hazırlanmışdır. Bu iki versiya arasında hər hansı ziddiyyət yarandığı halda ingilis dili versiyasına üstünlük veriləcək.

TƏTBİQ EDİLƏN QANUN VƏ YURİSDİKSİYA

Bu İstifadə Şərtləri və Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun olaraq təfsir edilir. Azərbaycan Respublikasının məhkəmələri bu İstifadə Şərtləri və Qaydalarından irəli gələn və onlarla bağlı yaranan hər bir və bütün mübahisələr ilə bağlı müstəsna yurisdiksiyaya malik olacaqlar, lakin buna baxmayaraq AISGOC bu İstifadə Şərtləri və Qaydalarının pozulmasına görə Sizin əleyhinizə ya Azərbaycan Respublikasının məhkəmələrində, ya da Sizin yaşadığınız ölkədə və ya digər aidiyyəti ölkədə məhkəmə icraatına başlamaq hüququnu özündə saxlayır.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png