Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Biz hansı dillərdə danışırıq

Ölkənin rəsmi dili Azərbaycan dilidir və türk dilinə çox oxşardır. Çox adamlar rus və ingiliscə danışa bilir.


Elektron vizanı necə almalı


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlməyi planlaşdırdıqları tarixdən ən azı 3 (üç) iş günü əvvəl elektron viza üçün müraciət etməlidirlər (evisa.gov.az). Ərizə verən şəxsin pasportu və ya digər səyahət sənədinin bitmə müddəti elektron vizanın bitmə müddətindən ən azı 3 (üç) ay artıq olmalıdır. Elektron vizanın dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum viza ərizəsinin nəzərdən keçirilməsi üçün tutulur və heç bir halda geri qaytarılmır. Elektron vizanın işlənməsi üçün xidmət haqqı 3 (üç) ABŞ dolları təşkil edir. Bu məbləğ, elektron viza üçün ödənilən 20 (iyirmi) ABŞ dolları dövlət rüsumundan əlavə ödənilir. Ödəniş əməliyyatları yalnız Visa və MasterCard istifadəsi ilə icra edilə bilər. Kartın sizin adınıza olması mütləq deyil.
İqlim
Ölkə mülayim və subtropik zonaların qovşağında yerləşir, bu səbəbdən iqlim müxtəlifdir. Yanvar ayında orta temperatur 3-10 dərəcə arasında dəyişir və iyul-avqust aylarında + 26-40 dərəcəyə çatır. Günəşli saatların miqdarı il ərzində 2900 saata çatır. Yağmur az olur.
 

İş saatları

Əsas iş saatları 9.00-dan 18.00-a qədərdir, lakin mağazalar və supermarketlər axşam saat 10-adək açıq olur.
 

Valyuta


Ölkənin milli valyutası manatdır (AZN). Azərbaycan Mərkəzi Bankının cari valyuta məzənnəsi barədə vebsaytda məlumat almaq olar: http://en.cbar.az/ Hər hansı valyuta mübadiləsini banklarda və poçt şöbələrində aparmaq olar.
Bakının taksi xidməti
Taksi sayğacları ilə işləyən böyük çeşidli taksi şirkətləri vardır. Məsələn, BakuTaxi, UBER, 189.az, CityTaxi və s.
Bakı şəhərinin nəqliyyat sistemi
Bakı şəhərində nəqliyyat sistemi qonşu, eləcə də inkişaf etmiş ölkələr ilə müqayisədə daha ucuzdur. Bakının daxilində nəqliyyat sistemi avtobus, taksi maşınları və metrodan ibarətdir. Avtobusların əksəriyyəti, xüsusilə qırmızı rənglilər həm metro, həm də avtobusda istifadə edilən vahid kart sistemi ilə işləyir.


Bakının çimərlikləri



AF Beach Club, Novxanı.
Bu kompleks 5 üzgüçülük hovuzu, fastfud restoranı, Azərbaycan və Avropa yeməkləri verilən restoran, Disko, Oyun Zalı, Wi-Fi, su idmanı, çimərlik voleybolu, çimərlik futbolu, əyləncələr, Peşəkar Animasiya komandasına malikdir.
Amburan Beach Club, Bilgəh.
Bu kompleks 3 üzgüçülük hovuzu, fastfud köşkləri, Azərbaycan və Avropa yeməkləri verilən restoran, Disko, Oyun Zalı, Wi-Fi, su idmanı, çimərlik voleybolu, çimərlik futbolu, əyləncələri, Peşəkar Animasiya komandasına malikdir.
Dalğa Beach
Dalğa - Mərdəkanda ən xoşagələn çimərliklərdən biridir. Üstü örtülü köşklər, möhtəşəm uşaq oyun meydançası və gözəl çimərlik - bu çimərliyin müsbət cəhətləridir. Onlar çoxsaylı əyləncələr və xidmətlər təklif edir -skuter, əla bar, futbol və voleybol meydançaları, çətir, masa və stullar, paltar dəyişmə otaqları və duş.
Xüsusilə Abşeron yarımadasının şimal sahilində yerləşən Bilgəh və Amburan çimərlik əraziləri, isti havada sərinləmək üçün əla yerlərdir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR