Bakının görməli yerləri

Bakının görməli yerləri

İçəri Şəhər

Bakı ilə bağlı hər hansı səyahət marşrutunun ilk dayanacağı Qədim Şəhər və ya “İçəri Şəhər”dir. İçərişəhər Azərbaycan memarlıq və mədəniyyətinin incisidir. İçərişəhərdə müxtəlif rəssamlar, heykəltəraşlar və sənətkarların əsərlərini seyr edə və satın ala biləcəyiniz çoxlu qalereya və sərgi zalları vardır. Qədim şəhərin ən görkəmli abidələri, Azərbaycanın dərin iz buraxmış memarlıq irsinin bariz nümunəsi olan, geniş ərazidə yerləşən Şirvanşahlar Sarayı və tarixi 12-ci əsrə gedib çıxan Qız Qalasıdır.

Qız Qalası sirr və əfsanələrlə dolu bir abidədir. Bakının ən möhtəşəm abidəsi İçəri Şəhər qalasının cənub-şərq hissəsində yüksəlir. Azərbaycan memarlığının bu bənzərsiz abidəsinin Şərqdə heç bir analoqu yoxdur. Hazırda ən çox öz misilsiz forması ilə diqqəti çəkən bu abidənin inşası tarixi və istifadə məqsədi haqqında çox mübahisələr gedir. Bakının simvolu 2000-ci ilin dekabr ayında UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

Qobustan

Qobustan tarixi 40000 il əvvələ gedib çıxan qayaüstü rəsmləri ilə məşhurdur. Bu yer Azərbaycanda insanların ilkin məskən saldığı məkanlardan biri hesab olunur.

Bu qədim yerdə siz qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətlərini və qayalar üzərində heyvan rəsmlərini görə bilərsiniz. O, Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşir.

Atəşgah

Çox zaman "Bakının Od məbədi" adlandırılan Bakı Atəşgahı Azərbaycanda Bakı ətrafı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdədah kimi istifadə edilmişdir. "Atəş" fars sözü olub od deməkdir. Rahiblər üçün hücrələr və ortasında dördbucaqlı məbəd ilə əhatə olunan həyətə malik beşbucaqlı kompleks 17-ci və 18-ci əsrlərdə inşa edilmişdir.

Məbəd 1883-cü ildən sonra yaxınlığında neft və qaz zavodları tikilməsi və təbii qaz axınının kəsilməsi və müqəddəs odun söndürülməsi ilə tərk edildi. Bakı Atəşgahı şimal-qərbi Hindistan yarımadasından olan, məşhur "İpək yolu" vasitəsilə Xəzəryanı ərazidə ticarətlə məşğul olan zərdüştilərin ziyarət yeri və fəlsəfi mərkəzi olmuşdur. Onların inanclarının dörd müqəddəs elementi: atəşi (od), badi (hava), abi (su) və heki (yer) olmuşdur. Məbəd Suraxanıda neft zavodlarının (sənaye) inşası ilə 1883-cü ildən sonra ibadət yeri olaraq funksiyasını dayandırdı. Kompleks 1975-ci ildə muzeyə çevrildi.


Bibi-Heybət məscidi

Bakı buxtasının aşağı cənub hissəsinə yollandıqda Bibi-Heybət məscidini nəzərdən qaçırmaq mümkün deyil; ənənəvi dalğavari, sinklənmiş dəmir formalı köhnə məscid və iki minarənin yanında üç qübbəli, müasir üslubda bərpa edilmiş məscid Şirvan memarlıq məktəbinin klassik nümunəsidir.

Nisbətən kiçik olmasına baxmayaraq, orijinal məscid köhnə Bakının əsas görməli yerlərindən biridir. O, ətraf binalar ilə mükəmməl vəhdət təşkil edir və həmçinin müxtəlif tərəflərdən fərqli görünür.

Bulvar

Bulvar Bakının mütləq görülməyə layiq məkanıdır. O, həmçinin Dənizkənarı Milli Park kimi tanınır və bir çox paytaxt sakinləri və qonaqların sevimli gəzinti yeridir. Onun yaradılması tarixi 100 ildən də əvvələ gedib çıxır. Qonaqlar şəhərin gözəlliyi və işıqlandırma sistemi, gözəl landşaft dizaynı, kölgəli xiyabanlar, rahat kafeləri, uşaqlar və böyüklər üçün çoxlu əyləncə və oyun zallarına heyran qalır. Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi, idman və konsert kompleksi olan Bakı Kristal Zalı bulvar boyunca yerləşir.

Bakı özünün "Təzadlar Şəhəri" kimi nüfuzunu qədim keçmişə xas gözəlliyi və qeyri-adi marağa səbəb olması ilə bərabər füsunkar memarlıq abidələri, biznes mərkəzləri və göydələnləri ilə səciyyələnən müasir Avropa şəhəri kimi özünü qurmaq ehtirası ilə birləşdirməsi ilə qazanıb.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi müasir Bakının imicini təmsil edən əzəmətli bir binadır. Binaya məşhur memar Zaha Hadid dizayn vermişdir və müasir memarlıq abidələrindən biri olan bu binanı həqiqətən görməyə və içərisini gəzməyə dəyər.


Mərkəz dünya musiqi ulduzlarının çıxışları, muzey eksponatları və müasir incəsənət kolleksiyaları üçün möhtəşəm bir mühiti təmin edir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR