Bakıda nə etməli

Bakıda nə etməli

Qolf

Dreamland Qolf Klubu amerikalı memar Sintia Day tərəfindən dizayn edilmiş Bakının məşhur ilk və yeganə qolf meydançasıdır. 18 oyuqlu şah əsəri Qafqazda Aralıq dənizinin təravətləndirici ab-havasını yaratmaqla, qolfu hansı səviyyədə bacarmağınızdan asılı olmayaraq gümrahlıq və zövq hissləri bəxş etməklə yanaşı mükafat uğrunda mübarizə turniri təcrübəsini yaşadır. PGA sertifikatlı qolf professionalları ilə fəaliyyət göstərən təlim-məşq və oyun studiyalarına malik 24 qövslü müasir Qolf Akademiyası oyuna maraq və sevgini inkişaf etdirmək üçün mükəmməl bir yerdir. Bakı şəhərinin mərkəzindən avtomobil ilə 20 dəqiqədən də az məsafədə yerləşən Dreamland Qolf Klubu mütləq oynanılası bir qolf məkanıdır.


Musiqi

Mədəni fəaliyyətləri və gözəl musiqini sevənlər üçün bu şəhər darıxdırıcı ola bilməz. Kristal Zal kompleksi və Heydər Əliyev adına Saray müntəzəm olaraq dünya ulduzlarının konsertlərinə ev sahibliyi edir. Siz Azərbaycan Dövlət Filarmoniyasında və Dövlət Akademik Opera və Balet Teatrında klassik və simfonik musiqidən zövq ala bilərsiniz. Professional klassik musiqinin banisi Ü.Hacıbəyov bütün müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun"u bəstələməklə milli operanın əsasını qoymuşdur.


Beynəlxalq Muğam Mərkəzi Azərbaycan xalq musiqisinin ecazkar avazını qoynuna almış, füsunkar dizayna malik bir məkandır. Azərbaycan musiqisi ölkənin mədəniyyəti və improvizə edilmiş ənənəvi musiqisinin ayrılmaz tərkib hissəsidir. Muğam Azərbaycan klassik xalq musiqisinin əsas qoludur. Muğamın kökləri əsrlərlə əvvələ gedib çıxır və Azərbaycan xalqının musiqi ənənəsidir. Muğam heç zaman tək bir fərd tərəfindən bəstələnməyib, əksinə xalq tərəfindən yaradılıb. Xalq musiqisinə gəldikdə isə onların iki növü daha məşhurdur. Aşıq musiqisi Azərbaycan mədəniyyətinin simvollarından biridir və Azərbaycan dili, ədəbiyyatı və musiqisinin qəyyumu hesab edilir. Meyxana bir və ya daha çox insanın müəyyən bir mövzuya dair bədahətən söylədiyi, musiqi alətləri ilə müşayiət olunmayan mahnıdan (şeir) ibarətdir. Azərbaycanlılar arasında milli rep kimi tanınan meyxana, özünəməxsus Azərbaycan ədəbi və "xalq repi" ənənəsidir. Azərbaycan cazı geniş üslubları əhatə edir və çox zaman ənənəvi Azərbaycan musiqisi ilə sintez təşkil edir. Caz azarkeşlərinə Bakı Caz Mərkəzində müntəzəm təşkil edilən konsertlərə getmək tövsiyə olunur. Bundan əlavə, hər payız Bakıda ənənəvi Caz Festivalı keçirilir.

Gecə həyatı

Bakı təkcə tarixi məkanları görmək, coşğulu alış-veriş etmək, təmiz hava və dənizdən zövq almaqdan ibarət deyil, o, həmçinin, əsasən restoranları və klubları əhatə edən canlı gecə həyatına malik bir şəhərdir. Bir çox restoranlar gecə saatlarına qədər açıq olur, onlar təkcə müxtəlif çeşidli menyu ilə deyil, həm də maraqlı mədəniyyət proqramları ilə diqqəti cəlb edir. Yayda Bakı ətrafı və sahilyanı sağlamlıq-istirahət mərkəzlərində diskotekalar keçirilir.


Günəş qürub etdikdə Bakı şəhəri sözün əsl mənasında göz qamaşdırır. Mərkəzdəki hər bir bina öz unikal forması ilə işıq saçır. Gecə vaxtı şəhər Dağüstü Parkdan möhtəşəm görünüşə malik olur, o, şəhərdə yüksək dağ üzərində yerləşir və Bakı Körfəzini seyr etmək üçün ən yaxşı nöqtədir. Bakı hətta gecə vaxtı da ətrafda gəzmək üçün təəccüb doğuracaq dərəcədə təhlükəsiz şəhərdir. Bakı Bulvarı Xəzər dənizi boyunca gecə gəzintisi üçün ən məşhur yerlərdən biridir. Bulvar sakinlərin və qonaqların sevimli istirahət məkanıdır.

Alış-veriş etmək

Bakıda dəb pərəstişkarları öz stillərinin təzahürü üçün lazım olan hər şeyi tapa bilərlər. Paytaxtda təmsil olunan dünya brendləri hər bir zövqü oxşaya bilər. Alış-veriş mərkəzləri, geyim və ayaqqabı brend mağazaları paytaxtın hər yerinə səpələnib və Bulvarla üzbəüz, mərkəzi Neftçilər prospekti boyunca nizamla düzülüb.


Alış-veriş etmək, kinoteatrda film seyr etmək və ya uşaqlarınızla əyləncəli vaxt keçirmək kimi bir neçə şeyi eyni zamanda etmək istəyirsinizsə, alış-veriş mərkəzləri ən yaxşı seçimdir. Bakının ən böyük alış-veriş mərkəzlərinə gəldikdə, "Port Baku", "Gənclik Mall", "Park Bulvar" və "28 Mall" kimi mərkəzləri qeyd etməmək mümkün deyil. Onların hamısı gözəl geyim, aksessuar, kosmetika brendləri və daha çox sahəni əhatə edən obyektlərə malikdir.

Bakıda nə almalı

"Armudu" stəkanlar Bakıdan apara biləcəyiniz ən populyar suvenirdir. Bu armudu formalı stəkanları İşəri Şəhərin küçələrində münasib qiymətə ala biilərsiniz və sənət biliciləri üçün həmçinin əl işi olan müxtəlif milli ornamentli armudu stəkanlar da mövcuddur.


Azərbaycanın əllə toxunan xalçaları bütün dünyada məşhurdur və Bakının qonaqları arasında incəsənətin ən çox tələbata malik ənənəvi formalarından biridir. Müxtəlif milli ornamentli xalçalar Bakı ətrafında yerləşən bütün xüsusi mağazalarda mövcuddur. "Kəlağayı"nı - xanımlar üçün ənənəvi baş örtüklərini nəzərdən qaçırmaq mümkün deyil. Bu, müxtəlif rəng və milli naxışlara malik yüksək keyfiyyətli ipək baş örtükləridir. Nərd Azərbaycanda kişilərin ən çox sevdiyi oyundur və nərd taxtası həmçinin incəsənət işidir. Əl işi olan nərd taxtası müəyyən ağac növlərindən hazırlanır və üzərində əsas görməli yerlərin şəkilləri olur.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR