Azərbaycan haqqında

Azərbaycan haqqında

Azərbaycan Qərbi Asiya və Şərqi Avropanın qovşağında yerləşən bir ölkədir. Ölkə şərqdə Xəzər dənizi, şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan və cənubda İran ilə həmsərhəddir. Azərbaycan və onun xalqı sadə təriflə ifadəyə sığmır – həm ölkə, həm də onun xalqı, nə sırf şərqli, nə də qərblidirlər, lakin əvəzində, hər iki mədəniyyətin zəngin və unikal vəhdətindən formalaşıblar. Bu gün Azərbaycan özünün hər kəsə açıq sosial quruluşuna çox dinlərin və millətlərin ənənələrini hələ də birləşdirməkdə olan müasir və liberal ölkədir.

Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Dünyada mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycanda yerləşir və onların mənşəyi neft yataqları ilə bağlıdır. Azərbaycanın palçıq vulkanları İsveçrənin qeyri-kommersiya təşkilatı tərəfindən keçirilmiş "Yeddi təbii möcüzə" beynəlxalq müsabiqəsində 5-ci yeri tutub. 15 sentyabr 2004-cü ildə Azərbaycanda yerləşən ən böyük palçıq vulkanı Ginnesin Rekordlar Kitabında qeydə alınıb.

Partlayışlar və yeraltı nərilti ilə müşayiət olunan palçıq vulkanlarının püskürməsini görmək üçün hər il Azərbaycana minlərlə turist səfər edir. Palçıq vulkanları Bakının mərkəzindən 40 mil (64 km) cənub-qərbdə yerləşir.

Bütün rəsmi və qeyri-rəsmi informasiya mənbələri Xəzər dənizini dünyanın ən böyük gölü adlandırır. Onun böyük sahəsi, eləcə də okean tipli yer qabığından ibarət olan yatağı bu gölü "dəniz" adlandırmağa imkan verir. Eyni zamanda Xəzər dənizinin suyu digər dənizlərin suyu kimi duzlu deyil.

Azərbaycan mətbəxi Şərqdə ən maraqlı mətbəxlərdən biridir. O, ətirli bitkilər və ədviyyatların əlavə edildiyi müxtəlif ət, balıq və tərəvəz yeməklərinin bolluğu ilə diqqəti çəkir. Azərbaycana səfər edən ən təcrübəli mətbəx qurmanları milli mətbəxin sadiq davamçılarına çevrilmişlər. Azərbaycanın bütün bölgələri öz ənənələrinə xas xüsusi menyulara malikdir.

Quba Azərbaycanın məşhur turist məkanıdır və ölkənin şimal-şərq hissəsində yerləşir. Qədim Qubanın mərkəzi orta əsrlərə aid qalaları və məscidləri ilə tanınır. Xınalıq tarixi Qafqaz Albaniyası dövrünə gedib çıxan qədim Qafqaz kəndidir. O, Böyük Qafqaz dağlarının ortasında, Qubanın şimalında yüksək dağlarda yerləşir. Buradakı insanlar tamamilə fərqli dildə danışır və dəniz səviyyəsindən 3000m yüksəklikdə hər kəsdən aralı yaşayır. Xınalıq Dünya Abidələr Fondunun 2008-ci il Ən Təhlükədə olan 100 Məkanın Müşahidə Siyahısına daxil edilmişdir.

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkidə bütün dünyada turistlər üçün xüsusi maraq mənbəyi olan Şəki Xan Sarayı yerləşir. Bu saray haqqında maraqlı fakt ondan ibarətdir ki, onun tikintisi zamanı, heç bir mismar istifadə edilməmiş və milli mozaika üçün rəngli şüşə Venesiyadan gətirilmişdir.

Lahıc - Qafqaz və onun hüdudlarından kənarda tanınmış sənətkarlıq alış-veriş mərkəzlərindən biridir. Lahıcda həyatın sakit və ölçülü ritminin yalnız çəkic və zindan səsləri ilə pozulması ilə sanki zaman donub qalıb, Şəhər XVIII əsrdə oyma naxışlarla bəzədilmiş soyuq polad və mis qabların istehsalı ilə xüsusilə məşhurlaşdı. Lahıc dövlət tərəfindən qorunan tarix-memarlıq abidəsidir.

Bənzərsiz mikro iqliminə görə Lənkəran və Talış ən yaxşı müalicəvi istirahət guşələrindən sayılır. Dünya şöhrətli Naftalan sanatoriyası müxtəlif xəstəliklərin müalicəsi üçün unikal tibbi sanatoriyadır.

Gəlin və Azərbaycanı daha yaxından tanıyın!

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR