Maskotlar

Maskotlar

İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər. Bu atlar İslam Həmrəyliyi Oyunlarının rəmzidir.

İncə

İncə özündə məlahət və incəlik kimi keyfiyyətləri əks etdirir. O, adət-ənənələri və milli dəyərləri təmsil edir və eyni zamanda geniş dünya görüşünə malikdir.

Cəsur

Cəsur mərd, məharətli və məqsədyönlüdür.  Bütün Qarabağ atları kimi müstəqilliyi və əminliyi ilə seçilir. O, mükəmməlliyin timsalıdır, çünki qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün əlindən gələni edir. Cəsur mehribanlığı ilə tanınır və hamıya qarşı dostyana münasibət bəsləyir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR