Oyunlar haqqında

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.

İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.

Bakı-2017-nin 4 əsas dəyəri

Birlik - Bir bir komanda kimi bir səs olaraq işləyirik, bizi ayıran sərhədləri aşırıq və bizi birləşdirən dəyərləri gücləndiririk.
Sülh - Biz harmoniya və sülh naminə bir-birimiz başa düşüb və qiymətləndiririk.
Hörmət - Biz hər kəsə hörmətlə yanaşırıq və multikulturalizm dəyərlərini, adət-ənənələri, dini, tarixi abidələrimizi qoruyuruq.
Mükəmməllik - Biz hər gördüyümüz işin mükəmməl olması üçün çalışırıq.
Bizim şüarımız - Gücümüz həmrəylikdədir!

Oyunların səfirləri
Məkanlar
İHİF haqqında
Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png