Media əməliyyatları

Media əməliyyatları

Media Əməliyyatları Komandası IV İslam Həmrəyliyi Oyunlarında akkreditasiyadan keçmiş Media nümayəndələri üçün bütün növ lazımi xidmətlərin planlaşdırılmasına və onlar üçün müvafiq iş şəraitinin yaradılmasına cavabdehdir. Media nümayəndələri dedikdə, yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya şirkətləri nəzərdə tutulur. 4-cü İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün, ümumilikdə, təxminən 650 nəfər jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan TV şirkətlərin nümayəndələrinin akkreditasiyadan keçməsi gözlənilir. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və media nümayəndələrinə paylanacaq.


Media akkreditasiyası

Meyarlara cavab verən peşəkar media nümayəndələri hər hansı bir və ya bir neçə xəbər təşkilatının, agentliyin, şirkətin işçisi olmalıdır və sorğu göndərildiyi təqdirdə onların akkreditasiya müraciəti işlədikləri təşkilat tərəfindən təsdiqlənməlidir.

Akkreditasiya tarixləri

Media nümayəndələrinin akkreditasiya prosesi yekunlaşıb. Daha ətraflı məlumat üçün Media Akkreditasiyası səhifəsinə keçid edə bilərsiniz.

Medianın yerləşdirilməsi

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AISGOC) Media Əməliyyatları şöbəsi media nümayandələrinin Bakıda qalma yerləri ilə təmin olunmasına mehmanxanalar haqqında ümumi məsləhətlər verərək kömək edəcək. Media nümayəndələri fərdi və müstəqil şəkildə öz qalma yerlərini təşkil edəcəklər.

Atletlər Kəndinə Media Turlar

Oyunlardan öncə 9 və 11 may tarixlərində Atletlər kəndinə 2 Media Tur təşkil olunacaq. Media nümayəndərinin Milli Olimpiya Komitələrinin (MOK) qonağı olaraq dəvət olunması halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisinə girməsinə icazə verilməyəcək. Lakin iki Media Turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda Media nümayəndələrinin sayı 100 nəfərdən artıq olmayacaq. Turda iştirak etmək üçün Media nümayəndələri 9 aprel 2017-ci il tarixindən sonra pressoperations@baku2017.com elektron ünvanından qeydiyyatdan keçməlidirlər.

Obyektlərdə Media zonaları

Media akkreditasiyası yarış obyektlərində aşağıdakı sahələrə giriş imkanı verir:

  • Media iş otağı
  • Media istirahət otağı
  • Media tribuna I-Zona
  • Foto mövqelər (yalnız foto önlüklə)

I-Zonalar (Atlet Müsahibə Zonası)

I-Zona obyektin Media Mərkəzində və ya ona yaxın bir yerdə yerləşən və müsahibə üçün nəzərdə tutulmuş xüsusi zonadır. I-Zonada Media nümayəndələri yarışdan və ya medal mərasimindən dərhal sonra rahat və qeyri-rəsmi şəraitdə idmançılar, həmçinin, onların məşqçilərindən müsahibə ala biləcəklər. Müsahibələr fərdi və ya qrup şəklində təşkil oluna bilər. Milli Olimpiya Komitələri də I-Zonadan öz müsahibələri üçün istifadə edə, burada çəkilişlər apara və saytlarda, promo materiallarda bunlardan istifadə edə bilər.

I-Zonaya Giriş

Hər hansı bir idmançıdan müsahibə almaq istəyən media nümayəndəsi Media Əməliyyatları komandasına bu haqda müraciət etməlidir. Müraciət qeydə alındıqda yarışdan sonra həmin idmançı I-Zonaya gətiriləcək və müsahibə keçiriləcək. Bir qayda olaraq, bütün qızıl medal mükafatçıları və azərbaycanlı idmançılar müsahibə üçün I-Zonaya gətiriləcək. Digər idmançıların I-Zonaya dəvət olunması müraciətlərdən asılı olacaq. Media nümayəndələrinin I-Zonada idmançı ilə təkbətək, komanda şəklində və ya məşqçi ilə birlikdə müsahibə almaq imkanı olacaq. Müsahibələrin müddəti rəsmi şəkildə məhdudlaşdırılmır, lakin müddətin uzunluğu idmançının vəziyyəti və yarış cədvəli nəzərə alınmaqla tənzimlənəcək. Eyni idmançıdan bir və ya bir neçə jurnalist həm birlikdə, həm də fərdi şəkildə müsahibə ala bilər. Televiziya şirkətləri də I-Zonada müsahibə ala bilər. I-Zonada video və foto çəkilişlər üçün müvafiq arxa fon (backdrop) mövcud olacaq. I-Zona Media Əməliyyatları komandası tərəfindən idarə ediləcək və idmançıların, məşqçilərin jurnalistlərə təqdim olunması, eləcə də ümumi moderatorluq obyektin media menecerinə həvalə ediləcək. I-Zona yarışların bitməsindən 45 dəqiqə sonrayadək fəaliyyət göstərəcək.

Qarışıq Zona (Mixed Zone)

Futbol obyektlərində bütün oyunçuların oyundan sonra avtobusa gedərkən dayanacaqları qarışıq zona (Mixed Zone) olacaq. Oyunçular qarışıq zonadan keçərkən media nümayəndələri onlardan birbaşa müsahibə ala biləcəklər.

Foto Əməliyyatları

Oyunlar zamanı hər bir yarış obyektində foto əməliyyatlara nəzarət edəcək foto supervayzer və köməkçilərindən ibarət xüsusi foto komandası olacaq.

Fotoqraflar və rəsmi yayım hüququ olmayan TV operatorlar üçün təlim

Bütün fotoqraflar və rəsmi yayım hüququ olmayan tv şirkət operatorları 11 may tarixində keçiriləcək fotoqraflar & rəsmi yayım hüququ olmayan tv operatorların təlimində iştirak etməyə dəvət edilir. Təlimin vaxtı və yeri haqqında ətraflı məlumat MOK-lara avvəlcədən göndəriləcək. Təlimdən sonra iştirakçılar öhdəlik sənədini imzalayaraq önlüklərini alacaqlar.

Öhdəlik sənədi

Bütün fotoqraflar və operatorlardan Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin fotoşəkil və videodan istifadə qaydalarına əməl edəcəklərini təsdiqləyən öhdəliyi imzalamaları tələb olunacaq. Fotoqraflar və operatorlar 11 may tarixində keçiriləcək təlimdən sonra önlüklərini alıb öhdəlik sənədini imzalayacaqlar; öhdəliyin imzalanması məcburidir və onu imzalamadan önlüklər verilməyəcək. Önlüklər Oyunlar üçün akkreditasiyadan keçmiş fotoqraflar və rəsmi yayım hüququ olmayan TV şirkətlərin operatorları rəsmi önlük alacaqlar.

Önlüklər

11 may tarixində planlaşdırılan təlimdə paylanılacaq. Təlimin vaxtı və yeri təsdiq olunduqdan sonra MOK-lara xəbər veriləcək. Önlüklər nömrələnmişdir və başqa şəxslərə verilə bilməzlər. Bəzi oyektlərdə, ‘prime’ və ya xüsusi foto mövqelər olacaq ki, oraya məhdud sayda fotoqraf buraxılacaq. Bu mövqelərə daxil olmaq istəyən fotoqraflar öz foto önlüklərini xüsusi ‘prime’ foto önlüyünə dəyişməli olacaqlar. Fotoqraflar ‘prime’ mövqelərini tərk edən zaman, onlar ‘prime’ önlüklərini təhvil verib əvvəlki önlüklərini geri almalıdırlar. ‘Prime’ foto önlüklərin verilməsi hər obyektin foto nəzarətçisi tərəfindən idarə olunacaq.

Foto mövqelər

Hər bir obyektdə fotoqraflar üçün mümkün olan ən yaxşı mövqelər seçilmişdir. Oyunlar zamanı hər bir foto mövqe haqqında məlumatı idman obyektinin foto nəzarətçisi və “Media bələdçisi” kitabçasından əldə etmək olar. Pik vaxtlarda foto mövqelərə giriş icazəsi ardıcıl növbə əsasında veriləcək.

Media İş Otağı

Bütün akkreditasiyadan keçmiş fotoqraflar, yazılı mətbuat nümayəndələri və TV operatorlar Media iş otağında çalışa bilərlər.

Tamaşaçı oturacaqları

Fotoqraflara boş tamaşaçı oturacaqlarından fotoşəkil çəkməyə icazə veriləcək, lakin bu sahələrdə çalışarkən yaxınlıqda əyləşən heç bir tamaşaçı narahat edilməməlidir. Bilet sahibləri gələn zaman fotoqraflar dərhal bu oturacaqları tərk etməlidirlər.

Mükafatlandırma Mərasimləri

Mükafatlandırma mərasimləri zamanı foto mövqelərə məhdud sayda fotoqraflar buraxılacaq. İmkan çərçivəsində daha çox mükafatçı ölkələrdən gələn fotoqraflar bu foto mövqelərə buraxılacaq. Bu foto mövqelərə giriş hər obyektin foto nəzarətçisi tərəfindən təyin olunacaq.

Rəsmi yayım hüququ olmayan TV şirkətlər

Media Əməliyyatları komandası oyunlar üçün rəsmi yayım hüququ olmayan TV şirkət nümayəndələrinin akkreditasiyası prosesinə də məsuliyyət daşıyır. Önlüklər yalnız kamera operatorlarına veriləcək. Rəsmi yayım hüququ olmayan tv şirkətlər idman obyektlərində yalnız I-Zonada çəkiliş aparmaq üçün avadanlıq keçirə biləcəklər. Bundan əlavə, rəsmi yayım hüququ olmayan TV şirkətlər öz çəkiliş avadanlıqlarını Atletlər Kəndinin meydançasına gətirə və burada çəkiliş apara bilər. (Atletlərin qarşılanma mərasimi istisna olmaqla). Xəbərlərdən istifadə qaydaları haqqında məlumatlar MOK-lara bildiriləcək.

“Multi” akkreditasiya kartı

Müasir dövr idman tədbirlərində media nümayəndələrinin fərdi şəkildə bir neçə sahədə fəaliyyət göstərdiyini nəzərə alaraq, hər hansı bir kateqoriya altında akkreditasiyadan keçmiş media nümayəndələrinə eyni zamanda foto və I-Zonada video çəkmək imkanı yaradılacaq. Bunun üçün media nümayəndələri idman obyektinə çatdıqda obyektin media mərkəzinə yaxınlaşaraq “Multi” kart və müvəqqəti foto - video önlüklər istəyə bilərlər. İşi yekunlaşdırdıqdan sonra media nümayəndələri kart və önlükləri geri qaytarmalıdırlar.

Media üçün nəqliyyat

Oyunlar müddətində media nümayəndələri üçün xüsusi nəqliyyat təşkil olunacaq. Bu nəqliyyat Əsas Media Mərkəzi (məkan tezliklə dəqiqləşdiriləcək) və 10 yarış obyekti arasında fəaliyyət göstərəcək. 4 yarış obyekti isə metro stansiyaların yaxınlığında yerləşir və media nümayəndələri oraya getmək üçün metrodan istifadə etməli olacaq.

Bizimlə əlaqə

pressoperations@baku2017.com

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR