FAQ

Könüllü olmaq

Bakı 2017 Könüllülük Proqramına qatıla bilərəm?

Təəssüflər olsun ki, Bakı 2017 Könüllülük Proqramına qeydiyyat 11 dekabr 2016-ci il tarixində başa çatdı.

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarında sadəcə müsahibədən keçərək könüllü ola bilərəm?

Xeyr, bunun üçün Oyunlar zamanı vəzifənizi təsdiqləyib, nəzərdə tutulmuş ümumi, rol və məkan üzrə təlimləri uğurla tamamlamaq lazımdır.

Vəzifələr

Hansı sahələrdə könüllülük fəliyyəti olacaq?

C3. Müxtəlif sahələrdə könüllülük fəaliyyəti olacaq. Aşağıdakı sahələr buna aiddir:
  • Gəliş və gediş
  • Akkreditasiya
  • Mərasimlər
  • Media Əməliyyatları
  • Tamaşaçı xidmətləri
  • İdman
  • Texnologiya
  • Nəqliyyat
  • Məkanın idarə edilməsi
  • Atletlər kəndi
  • İşçi qüvvəsi
  • Milli Olimpiya Komitələri
  • Təhlükəsizlik
  • Protokol

Müsahibənin nəticələri ilə bağlı məlumat nə zaman və necə veriləcək?

Müsahibələrin nəticələri yaxın aylarda bilinəcək. Vəzifəniz barədə zəng gəldiyi təqdirdə siz növbəti mərhələyə keçmiş hesab olunursuz.

Mən qeydiyyatdan keçmişəm və müsahibədə olmuşam, lakin mənə Rol barədə zəng hələ də gəlməyib. Nə zaman gələcək?

Rol barədə zənglər fevral-mart aylarında davam edəcək. Hələ ki, bütün rollar paylaşılmayıb və tam olaraq nəticələr yalnız yaxın aylarda bilinəcək. Sizə rol barədə zəngin gəlməsi könüllü kimi növbəti mərhələyə keçməyinizi bildirir. Vəzifənizlə bağlı məlumat eyni zamanda sizin e-poçt ünvanına göndəriləcək. Vəzifənizi sizə göndərilən linkə daxil olaraq təsdiqləyə bilərsiz.

Mənə Oyunlar zamanı Rol barədə zəng gəlib, və bildirilib ki, təsdiq etmək üçün e-poçt ünvanıma məktub göndəriləcək. Lakin, məktub hələ də gəlməyib. Nə zaman gələcək?

Namizədlərin sayı çox olduğundan, məktublar hamıya eyni vaxtda göndərilə bilmir. Lakin sizə Rol barədə zəng gəlibsə, deməli yaxın zamanlarda təsdiq məktubu e-poçt ünvanınıza göndəriləcək.

Mənə Çağrı Mərkəzindən zəng gəlib, lakin müəyyən səbəblərə görə, zəngə cavab verə bilmədim. Nə etməliyəm?

Sizə yenidən yaxın zamanlarda zəng gələcək.

Mən qeydiyyatdan keçən mobil nömrəmi dəyişdirmişəm, bunu hara bildirim?

Çağrı Mərkəzimizə bildirə bilərsiniz. Zəhmət olmasa, 012 525 11 11 nömrəsi ilə əlaqə saxlayın.

Mənə zəng gəlib və Oyunlar zamanı Rolumu bildiriblər. Mənim vəzifəm nədən ibarət olacaq?

Hər bir könüllü, vəzifədən asılı olaraq mart-aprel aylarında Rol Təlimlərinə dəvət alacaq. Bu təlimlərdə, könüllülərə onların Rolu və fəaliyyət sahələri haqqında ətraflı məlumat veriləcək. Təlimlərin vaxtı və məkanı barədə məlumat fevral-mart ayında açıqlanacaq.

Mən vəzifəmə uyğun olaraq işlər görməliyəm, yoxsa başqa işlər də olacaq?

İslam Həmrəyliyi Oyunları komanda işi hesab olunduğundan bəzi hallarda sizə vəzifəniz daxilində olmayan işlərin görülməsi tapşırıla bilər.

Təlimlər

Müsahibədən uğurla keçən könüllülər üçün növbəti mərhələlə nədən ibarət olacaq?

Müsahibədən uğurla keçən könüllülər təlimlərə dəvət alacaqlar. Təlimlər 21 fevral tarixində başladı və may ayına kimi davam edəcəklər.

Könüllülər üçün hansı təlimlər keçiriləcək?

Bu sizin könüllülük vəzifənizdən asılıdır. Könüllülər əsasən Ümumi təlim, Rol təlimi, Məkan təlimində iştirak edəcəklər. Bundan əlavə başqa təlimlər də nəzərdə tutulub.

Təlimlərə nə qədər zaman sərf etməliyəm?

Bu sizin könüllülük vəzifənizdən asılıdır. Lakin orta hesabla hər biri 2 saat təşkil edən üçdən çox təlim nəzərdə tuta bilərsiniz. Təlimlər iki növbədə təşkil olunacaq: səhər və günorta.

Təlimlərə dəvət necə gələcək?

Müsahibədən uğurla keçən namizədlər sms vasitəsi ilə təlimin vaxtı və məkanı barədə məlumat alacaq. Könüllü sms-də qeyd olunan linkə daxil olaraq, ona uyğun vaxtı seçərək, təlimlərdə iştirak edə biləcək.

Ümumi təlimlərdə iştirak vacibdir?

Ümumi, Rol və Məkan təlimləri könüllü olmaq üçün vacib mərhələlərdir və könüllülərin iştiraki zəruridir.

Rol təlimləri nə zaman keçiriləcək?

Vəzifənizdən asılı olaraq rol təlimləri may ayına kimi keçiriləcək. Rol təlimlərə dəvət, ümumi təlimlərlə eyni qaydada olaraq, sms vasitəsi ilə gələcək.

“Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı

“Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı nədir?

“Uğurlu gələcək” Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə təşkil olunan Könüllülərin İnkişaf Proqramıdır. Proqramın əsas məqsədi Bakı 2017 Könüllülərinin üç istiqamətdə inkişafını təmin etmək, onların gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq və eləcə də, hədəflərinə doğru uzanan yolda gənclərə dəstək olmaqdır.

Qeyd olunan üç istiqamət aşağıdakı kimidir:

  • Bakı 2017 Könüllülərinin 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlığı;
  • Bakı 2017 Könüllülərinin şəxsi və peşəkar inkişafı;
  • Bakı 2017 Könüllülərinin sosial fəaliyyəti.

“Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramına necə qoşulmaq olar?

Baş tutacaq tədbirlər barədə məlumat bizim rəsmi Facebook və internet səhifəmizdə (www.facebook.com/Baku2017Volunteerswww.baku2017.com) paylaşılacaq. Qeydiyyatdan ke7ib, tədbirlərə qatıla bilərsiniz.

İş Qrafiki / Növbə

Müsahibə zamanı qeyd etdiyim vaxtları dəyişdirmək istəyirəm. Hara müraciət edim?

Dəyişiklik etmək istəyirsinizsə, bu məlumatı çağrı mərkəzinə bildirə bilərsiniz: 012 525 11 11

Könüllülük üçün nə qədər zamanımı sərf etməliyəm? (Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarında əvvəldən sona kimi işləmək zəruridirmi, yoxsa sadəcə Oyunların bir hissəsi könüllülük edə bilərəm?)

Bütün könüllülər 12 – 22 may tarixləri arasında Oyunlarda işləməyə hazır olmalıdır. Bəzi könüllülük vəzifələri Oyunlardan öncə atletlərin gəlişindən etibarən fəaliyyətə başlamalıdır. Könüllülərin növbəsi orta hesabla 8 saat təşkil edir. Dəqiq iş qrafikləri mart-aprel aylarında məlum olacaq.

Dil bilikləri

Könüllülər üçün hansısa dil təlimləri keçirilir?

Bəli, könüllülər üçün pulsuz İngilis Dili Kursları təşkil olunub. Kurs həftə içi hər gün saat 09.00-18.00-dək keçiriləcək (şənbə, bazar və bayram günləri istisna olmaqla). Hər bir dərs bir saat davam edir. İngilis Dili Kurslarına qatılmaq istəyənlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yerləşən Könüllülər Mərkəzinə yaxınlaşıb, qeydiyyatdan keçə bilərlər.

Uniforma

Könüllülərə Uniforma veriləcəkmi və uniformanı Oyunlardan sonra saxlaya bilərikmi?

Bəli, bütün rol alan könüllülərə uniforma veriləcək. Oyunlar zamanı uniforma İslam Oyunları Komitəsinə məxsusdur. Oyunlar başa çatdıqdan sonra isə uniformanı özünüzdə saxlaya bilərsiniz.

Rezervdə olan könüllülərə uniforma veriləcəkmi?

Təəssüf ki, forma yalnız rol alan və təlimlərdən uğurla keçən könüllülərə veriləcək.

Könüllülərə Uniforma nə zaman veriləcək?

Uniforma aprel-may aylarında veriləcək. Oyunlardan qabaq könüllülərə ətraflı məlumat veriləcək.

Akkreditasiya

Könüllülərin akkreditasiya prosesi nə zaman başlayacaq?

Akkreditasiya prosesi aprel ayında başlayacaq.

Akkreditasiya kartı kimlər üçün nəzərdə tutulub?

Akkreditasiya kartını təlimlərdən uğurla keçən könüllülər əldə edə bilərlər.

Mən rezerv könüllüsüyəm, mənə də akkreditasiya kartı veriləcək?

Təəssüf ki, akkreditasiya kartı yalnız Oyunlar zamanı Rol alan könüllülərə veriləcək.

Faydalar

Məhdudiyyətli insanlar üçün nə kimi xidmətlər təmin edilir?

Könüllülük Proqramı bütün könüllülərin ehtiyaclarını nəzərə alır və məhdudiyyətli könüllülərimizin bütün imkanlardan yararlanması üçün lazım olan tədbirlər görüləcək.

Könüllülər yaşayış yeri ilə təmin olunacaqmı?

Xeyr, siz Oyunlar əsnasında öz yaşayış yerinizi təmin etməlisiniz.

Könüllülük fəaliyyətimə görə ödəniş olunacaqmı?

Xeyr, könüllülərə ödəniş olunmayacaq.

Yemək və içkilər təmin olunacaqmı?

İş növbənizin müddətindən asılı olaraq, yemək və içki təmin olunacaqdır.

Pulsuz nəqliyyat imkanı təmin olunacaqmı?

Nəqliyyat xidməti barədə ətraflı və dəqiq məlumat daha sonra veriləcək.

Mən könüllü fəaliyyətim zamanı İslam Həmrəyliyi Oyunlarındakı idman yarışlarını izləyə bilərəm?

Bu əlbəttə, sizin iş qrafikinizdən asılı olacaq. Buna baxmayaraq bir çox hallarda idman yarışlarını izləmək imkanınızın olacağını düşünürük.

S33. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mənim Oyunlarda könüllülük fəaliyyətimi təsdiq edən hər hansı sənəd təqdim edəcəkmi?

C33. Bəli, İslam Həmrəyliyi Oyunlarındakı könüllülük fəaliyyətini uğurla tamamlayan könüllülərimizə sertifikat təqdim olunacaq.

Digər / Ümumi

Oyunlarda baş verən yenilikləri haradan izləyə bilərəm?

Baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi rəsmi internet səhifəmizdə və sosial mediada izləyə bilərsiniz:

Suallarım olanda, hara müraciət edə bilərəm?

Məlumat almaq üçün, çağrı mərkəzimiz ilə əlaqə saxlaya bilərsiniz: 012 525 11 11. Çağrı Mərkəzi həftənin 5 günü, səhər saat 10:00-dan axşam 19:00-dək xidmət göstərir. E-poçt ünvanımıza da müraciət edə bilərsiniz: volunteers@baku2017.com
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR