Könüllülər

Volunteers

12-22 may tarixləri arasında Bakı şəhərində keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının  Bakı 2017 Könüllü Proqramına qeydiyyat 17 oktyabr 2016-cı il tarixində başlamış və 11 dekabr 2017-cı il tarixinə qədər davam etmişdir. Bu müddət ərzində 12500 namizəd Könüllülük Proqramına qeydiyyatdan keçərək müraciət etmişlər.

Qeydiyyatını tamamlamış bütün namizədlər 7 noyabr 2016 – 16 fevral 2017-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində müsahibə mərhələsinə dəvət olunmuşdur.

18 Fevral 2017-ci il tarixində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı fəaliyyət göstərməyə başlayıb.

Proqramın əsas məqsədi Bakı 2017 Könüllülərinin Oyunlara hazırığını təmin etmək, onların gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq və eləcə də, hədəflərinə doğru uzanan yolda gənclərə dəstək olmaqdır. Proqram 3 əsas istiqamətdə fəaliyyət göstərir:

1. Bakı 2017 Könüllülərinin 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlığı;
21 Fevral tarixindən etibarən  4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə qeydiyyatdan uğurla keçmiş Könüllülər üçün təlim mərhələsi başlayıb. Aprel ayının sonuna qədər könüllülərə Ümumi, Rol və Məkan təlimləri keçiriləcək.
2. Bakı 2017 Könüllülərinin şəxsi və peşəkar inkişafı;
18 Fevral 2017-ci il tarixindən etibarən Könüllülərin şəxsi və peşakar inkişafını təmin etmək məqsədilə ünsiyyət, natiqlik, liderlik, idarəetmə, uğurlu karyera, bədən dili və s mövzularda təlimlər təşkil olunur. 
BP şirkəti təhlükəsizlik, korporativ etiket və kiçik layihələrin idarəolunması mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil edir. 
3. Bakı 2017 Könüllülərinin sosial fəaliyyəti.
Oyunlara hazırlıq mərhələsində könüllülərin cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə tədbirlər təşkil olunur.

Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin Facebook səhifəsindən və ya hər hansı sual yarandıqda sual-cavab bölməsini izləyə bilərsiniz.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png