Voleybol

Voleybol

Kristal Zalı Azərbaycanın ən məşhur komanda idman növlərindən biri olan voleybola ev sahibliyi edəcək. 11 günlük yarış zamanı müxtəlif millətləri təmsil edən idmançılar kişi və qadınlar üçün yarışlarda qızıl medal uğrunda mübarizə aparacaq. Voleybol təkcə havaya tullanmaqdan, topu oyuna daxil etməkdən, hücum zərbəsindən və ya topun yerə düşməməsi üçün idmançıların gah topu cəld sıçrayışla qaytarmalarından, gah da rəqib komanda tərəfinə zərbə vurmaq üçün tullanaraq tordan da yuxarı qalxmalarından ibarət deyil.

1895-ci ildə Amerika Birləşmiş Ştatlarında Gənclərin Xristian Birliyində (YMCA) təlimatçı işləyən Vilyam Q. Morqan basketbol, beysbol, tennis və həndbolun elementlərini özündə cəmləşdirən yeni bir oyun yaratdı. O vaxtlar “mintonette” adlanan bu oyun hazırda bütün dünyada voleybol kimi tanınır. Bu gün voleybol dünyada ən populyar və dinamik idman növlərindən biridir və Avropa komandaları bu növdə ən güclülər sırasındadır; 2014-cü ilin kişilər arasında keçirilmiş Dünya Çempionatında ilk beş yerdən dördünü məhz bu qitədən olan komandalar tutub.

Faktlar və rəqəmlər

  • Voleybolçular bir oyunda orta hesabla 300 dəfə tullanırlar.
  • Kişilər arasında keçirilən oyunlarda topun sürəti saatda 130 kilometrdən artıq ola bilər.
  • Torun hündürlüyü kişilər üçün 2,43 metr, qadınlar üçünsə 2,24 metr olur.
  • Çimərlik voleybolunda da torun hündürlüyü qadınlar üçün olan hündürlüklə eynidir.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR