Uşu

Uşu - Sanda Federasiyasının prezidenti ilə müsahibə

Bakı İdman Zalı 2017-ci ildə bir çox idman növlərinə, o cümlədən 20-22 may tarixlərində keçiriləcək uşu yarışlarına ev sahibliyi edəcək. Yarış kişilərin uşu-sanda üzrə mübarizəsindən ibarət olacaq. Uşu-sanda ənənəvi uşu texnikalarından yaranmış müasir silahsız döyüş idman növüdür və əl-ayaq zərbələri, kürsüdən atma, güləş və müdafiə texnikalarından istifadə etməyə imkan verir. 2000 min ildən çox tarixə malik olan Ənənəvi Uşu Çində yaranıb inkişaf etmiş qədim döyüş sənətidir və şərq  döyüş sənətlərinin əsasıdır.

Müasir Uşu yarışları  iki əsas proqram üzrə keçirilir : taolu və sanda. Sanda uşunun müasir döyüş üsuludur.

Faktlar və rəqəmlər

  • Uşu döyüş sənəti mənasını verən  "U" döyüş, "şu" sənət sözlərindən yaranmışdır.  Uşu Sanda isə kürsü üzərində döyüş deməkdir.
  • Uşu Sanda yarışlarında bir döyüş hər raundu 2 dəqiqə və 1 dəqiqə  fasiləsi olan 3 raunddan ibarətdir.
  • 1990-cı il 30 oktyabr yaradılan Beynəlxalq Uşu Federasiyası Dünyada uşu üzrə yeganə rəhbər təşkilatdır və uşunun bütün növlərini təmsil edir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR