Taekvondo

Dünya çempionu Yaman Bakıda qızıl medal qazandı

Bakı İdman Zalı 2017-ci ildə bir çox idman növlərinə, o cümlədən 16-18 may tarixlərində keçiriləcək taekvondo yarışlarına ev sahibliyi edəcək. Dünyanın ən yaxşı idmançıları arasında yer alan atletlər kişilər və qadınlar üçün hər biri 8 çəki kateqoriyası üzrə olmaqla qızıl medal uğrunda yarışacaqlar. Taekvondonun vətəni Koreyadır və bu döyüş sənətinin kökü Koreya yarımadasının erkən illərinə gedib çıxır. Taekvondo sözü “ayaq və əl üsulu” kimi tərcümə olunur, bu da sözügedən idmanı mükəmməl şəkildə təsvir edir. Yarışın məqsədi mümkün qədər çox xal yığmaqdır və ən çox xal toplayan idmançı yarışın qalibi hesab olunur.

Xallar sinəyə vurulan tutarlı yumruqların, eləcə də sinəyə və başa ayaqla vurulan tutarlı zərbələrin hesablanması ilə qazanılır. Tam fiziki təmaslı idman növü olduğundan hər iki idmançı yarışda qoruyucu geyimlər geyinir. Dünya Taekvondo Federasiyası (DTF) 1970-ci illərdə təsis edilib və 1-ci DTF Dünya Taekvondo Çempionatı Koreyanın Seul şəhərində keçirilib. Taekvondo növbəti illərdə sürətlə inkişaf edib və bir idman növü kimi məşhurlaşması üçün 1988-ci ildə Seulda və 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarına daxil edilib.

İlk dəfə olaraq rəsmi Olimpiya yarışı kimi 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarında yer alıb. Son illərdə taekvondo daha da məşhurlaşıb. Hazırda dünyada 100 milyondan çox adam taekvondo ilə məşğul olur.

Faktlar və rəqəmlər

  • Yarış hər biri iki dəqiqə davam edən üç raunddan ibarətdir.
  • Yarış üç raunddan sonra heç-heçə ilə başa çatarsa, əlavə olaraq dördüncü raund keçiriləcək və ilk xalı qazanan idmançı yarışın qalibi olacaq (buna "qızıl xal" deyilir).
  • 206 ölkənin üzv olduğu Dünya Taekvondo Federasiyası dünyada ən böyük beynəlxalq federasiyalardan biridir.
  • Bakı 2014-cü ilin iyununda yeniyetmələr arasında birinci DTF Dünya Taekvondo Çempionatına ev sahibliyi edib. Bu yarış sayəsində 12-14 yaşlar arasındakı yeniyetmələr özlərini gələcək müsabiqələrə beynəlxalq səviyyəli idmançı kimi hazırlamaq və dünya miqyasında yarışmaq fürsətini əldə etdilər.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR