Suya tullanma

Suya tullanma

4 gün sürəcək suya tullanma yarışları çərçivəsində 3 metrlik tramplin, 10 metrlik platforma,  sinxronlaşdırılmış 3 metrlik tramplin və  sinxronlaşdırılmış 10 metrlik platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq. Suya tullanma son illərdə çox geniş yayılıb; bu idman növündə idmançılar havada uçduqları məhdud vaxt çərçivəsində akrobatik bacarıqlarını nümayiş etdirməyə çalışırlar.

Bugünkü gündə suya tullanma ilə ilk dəfə məşğul olanlar alman və isveç gimnastları hesab edilir; onlar sudan havada gimnastik hərəkətləri yerinə yetirdikdən sonra yumşaq enmə vasitəsi kimi istifadə edirlərmiş. Suya tullanma ilk dəfə 1904-cü il Sent-Luis Olimpiya Oyunlarında Olimpiya proqramına daxil edilib; o dövrdə medallar uğrunda yarışlar 10 metrlik platformadan və uzununa tullanmaqla keçirilirdi. Sinxron tullanma isə ilk dəfə 2000-ci il Sidney Olimpiya Oyunlarında təqdim edildi.

Faktlar və rəqəmlər

  • On metrlik platformadan tullandıqda idmançı suya saatda 50-55 km sürətlə daxil olur.
  • Qadınlar arasında suya tullanma Olimpiya oyunlarının proqramına ilk dəfə 1912-ci ildə daxil edilib.
  • O vaxt, bu, yüksəklikdə yerləşən tramplindən sadəcə suya tullanmaqdan ibarət idi.
  • Suyu kənara sıçratmadan ideal baş vurma, eynilə cəld bir hərəkətlə kağız yarıldıqda eşidilən səsə bənzədiyi üçün “rip” adlanır.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR