Stolüstü tennis

Stolüstü Tennis federasiyasının vitse-prezidenti ilə müsahibə

“Sərhədçi” İdman Olimpiya Mərkəzi kişi və qadın idmançıların 6 gün ərzində fərdi və komanda oyunlarında mübarizə aparacağı stolüstü tennis yarışlarına ev sahibliyi edəcək. Stolüstü tennis ən sürətli və həyəcanverici idman növlərindən biridir. Bu oyunda rəqiblər stolüstü tennis raketkası ilə kiçik topu bir-birinə tərəf vururlar. Oyun bərk stolun üstündə keçirilir və bu stolda hər oyunçunun ərazisi stolun ortasında yerləşdirilən tor ilə müəyyənləşdirilir.

Güc, sürət və bacarıq kimi xüsusiyyətləri özündə birləşdirdiyinə görə stolüstü tennis dünyada tamaşaçıların ən çox izlədiyi idman oyununa çevrilib. Bu idman növünün kökləri Böyük Britaniyaya gedib çıxır. XIX əsrdə stolüstü tennis zəngin ingilis ailələrinin nahardan sonra oynadığı oyun olub. Bu idmanın ilk günlərində siqar qutularından raketka, kitablardan isə tor kimi istifadə olunurdu. Bununla belə, stolüstü tennis bu idman növü üzrə dünya miqyasında rəhbər qurum sayılan Beynəlxalq Stolüstü Tennis Federasiyası 1926-cı ildə yaradılana qədər də həm müvafiq avadanlıqlar, həm də qaydalar baxımından xeyli inkişaf etmişdi. Stolüstü Tennis 1988-ci ildə Olimpiya Oyunlarında öz başlanğıcını götürüb və həmin tarixdən etibarən Olimpiya proqramının bir hissəsi olaraq qalıb.

Faktlar və rəqəmlər

  • Stolüstü tennis üzrə birinci Dünya Çempionatı 1926-cı ildə İngiltərənin paytaxtı London şəhərində keçirilib.
  • Ən uzun müddət davam edən stolüstü tennis oyunu 1936-cı ildə Praqada keçirilmiş Dünya Çempionatında qeydə alınıb. Bu oyunda idmançılar bir xal ala bilmək üçün yarışı iki saatdan çox müddətə aramsız şəkildə davam etdiriblər.
  • Sidney 2000 Olimpiya Oyunlarından sonra televiziyadan daha yaxşı görünə bilməsi üçün stolüstü tennis topunun diametri artırılaraq 40 millimetrə çatdırılıb.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR