İdman Gimnastikası

Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

İdman Gimnastikası Milli Gimnastika Arenasında keçiriləcəkdir. Milyonlarla adam idman gimnastikası ilə məşğul olan idmançıların nümayiş etdirdiyi yüksək səviyyəli çıxışları böyük heyranlıqla izləyir. Gimnastlar ən çətin hərəkətlərdən ibarət kombinasiyaları böyük rahatlıqla bir-birinin ardınca icra edirlər; inanılmaz güc elementlərini sürətli və dinamik fırlanma və salto hərəkətləri əvəz edir, bütün bunlar bir araya gələrək idmançıların mükəmməl sərbəst çıxışını formalaşdırır. İdman gimnastikası idmanın bütün hərəkət elementlərini əhatə edir və burada gimnastlar öz bədənlərindən idman avadanlığı kimi istifadə edirlər.

Kişilər arasında keçirilən idman gimnastikası yarışlarında kişi gimnastlar hərəkətlərini altı avadanlıq, qadınlar arasında keçirilən idman gimnastikası yarışlarında isə qadınlar hərəkətlərini dörd avadanlıq üzərində icra edirlər. İdman gimnastikası yarışlarında çıxış vaxta, əhatə dairəsinə və hündürlüyə görə ölçülmür.

Bu idman növünün tələb profili daha dəqiq və çox mürəkkəbdir. İdman gimnastikası yarışlarında mükəmməl çıxış dedikdə güc, koordinasiya, çeviklik və tarazlıq kimi fiziki bacarıqların yaradıcılıq, estetika və üz ifadəsi ilə ideal kombinasiyası nəzərdə tutulur.

Faktlar və rəqəmlər

  • İdman gimnastikası 1896-cı ildə keçirilmiş Yay Olimpiya Oyunlarının proqramına daxil edilib, lakin qadınlara Olimpiya Oyunlarında iştirak etmək icazəsi yalnız 1928-ci ildən sonra verilib.
  • 1903-cü ildən etibarən keçirilməyə başlayan Dünya Çempionatlarında da 1934-cü ilə kimi yalnız kişilər çıxış edə bilərdilər.
  • 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışları ən çox baxılan yarışlar arasında ikinci yerdə dayanırdı və üzgüçülük, basketbol və futbol yarışları ilə birlikdə bütün dünyada məşhurluq qazanmışdı.
  • Beynəlxalq Gimnastika Federasiyası və Avropa Gimnastika İttifaqı tərəfindən böyüklər arasında keçirilən rəsmi idman gimnastikası yarışlarında iştirak üçün minimum yaş həddi kişi gimnastlar üçün 18, qadın gimnastlar üçün 16-dır.
  • Bu yaş həddi müsabiqənin keçirildiyi ilə aiddir.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR