Həndbol

Həndbol

6 gün ərzində davam edəcək həndbol yarışlarına “Sərhədçi” İdman Olimpiya Mərkəzi ev sahibliyi edəcək. Həndbol hər biri yeddi nəfərdən ibarət iki komandanın topu digər komandanın qapısına vurmaq məqsədilə əlləri ilə bir-birinə ötürdükləri komanda idman növüdür. İdmançılar kişilər və qadınlar üçün yarışlarda qızıl medal uğrunda mübarizə aparacaqlar.

Həndbol uzunluğu 40m, eni isə 20m olan meydançada oynanılır. Meydançanın hər iki qurtaracağında olan qapıların eni 3m, hündürlüyü 2m-dir. Meydança iki bərabər hissəyə bölünür və hər qapı iki "D" formasında sahə ilə əhatə olunur. Qapıdan 6m məsafədə yerləşən daxili D tünd mavi rənglə işarələnir və qapı sahəsi adlandırılır, buraya yalnız qapıçı daxil ola bilər; qapıdan 9m məsafədə qırıq-qırıq xətlə işarə edilmiş xarici D cərimə zərbəsi xəttini bildirir.

Faktlar və rəqəmlər

  • Həndbol futbol, basketbol və su polosunun vəhdəti hesab edilir.
  • Başqa idman növlərindən fərqli olaraq həndbolda oyunçuların buraxa biləcəkləri səhvlərə məhdudiyyət qoyulmur.
  • Kişi və qadın həndbolunda istifadə edilən topların ölçüsü fərqlidir.
  • Uşaqlar üçün həndbolda top daha da kiçikdir və travmaların qarşısını almaq məqsədilə, bir qayda olaraq, daha yumşaq olur.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR