Güləş

Güləş

Güləş ən qədim döyüş formalarından biridir. Güləş daha üstün mövqeni əldə edib saxlamağa çalışan iki rəqib və ya sparrinq tərəfdaşı arasındakı fiziki mübarizədir. Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş) – bütün bunlar Bakı 2017 Oyunlarına daxil edilib. Yarış Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq.

Temperamentli və dinamik oyun olan güləş dünyada ən məşhur döyüş idmanı növlərindən və ən qədim olimpiya tarixinə malik azsaylı idmanlardan biridir. Güləş iki nəfər arasında çarpazvurma, badalaq, teykdaun və pin kimi qreplinq üsullarının tətbiq edildiyi yarışdır. Güləşdə indiyədək müxtəlif qaydalar və geniş döyüş üsulları tətbiq olunub. Bu idman növünün tarixi kökü eramızdan əvvəl VIII əsrə, Qədim Yunanıstana qədər gedir.

Güləşin müasir tarixinin başlanğıcı XIX əsrə, Avropada Yunan-Roma güləşinin yayıldığı dövrə təsadüf edir. İngiltərədə isə həmin vaxt sərbəst güləş daha çox diqqət və peşəkar marağa səbəb olmuşdu. Qadınlar arasında güləş yarışları ilk olimpiya başlanğıcını 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında edib.

Faktlar və rəqəmlər

  • Baron Pyer de Koubertin qədim ənənələrini nəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı.
  • Birləşmiş Güləş Dünyası (BGD) 1912-ci ildə Belçikanın Antverpen şəhərində təsis olunub.
  • Azərbaycan 1996-cı ildən indiyə kimi keçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png