Futbol

Oyunlarda U -23 komandasının təqvimi

Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparacaq. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçiriləcək. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edəcək. Futbol meydançaları heç də bütün obyektlərdə eyni ölçüdə olmur, lakin, bir qayda olaraq meydanın uzunluğu 100m–110m, eni isə 64m–75m arasında dəyişir.

Penalti zərbəsinin işarəsi meydançanın hər iki tərəfində qapıdan 11m məsafədə qeyd edilir. Futbol 1900-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı proqrama daxil edilib. Bu zaman Böyük Britaniya kişilər arasında qızıl medalı qazandı və dörd il sonra Stokholmda da çempion titulunu saxlamağa müvəffəq oldu. Bu idman növü 1932-ci ildə keçirilmiş Los-Anceles Olimpiya Oyunları istisna olmaqla bütün Olimpiya oyunlarında təmsil olunub. Qadınlar arasında ilk olimpik futbol yarışı 1996-cı ildə Atlantada keçirilib.

Faktlar və rəqəmlər

  • Futbol eramızdan əvvəl təxminən 476-cı ildə Çində yaranıb.
  • Futbol dünyanın ən çox oynanılan və tamaşaçı kütləsinə sahib olan idman növüdür.
  • Futbol oyunçuları hər oyun zamanı orta hesabla 9.65 km məsafə qət edir.
  • Nil Armstronq aya əvvəlcə futbol topu aparmaq istəyirmiş, lakin NASA bunun amerikansayağı olmadığını əsas gətirərək icazə verməyib.
  • İlk canlı futbol oyunu televiziyada 1937-ci ildə yayımlanıb. Bu, Arsenal komandasının Hayberi stadionunda oynadığı təlim matçı idi.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR