Cüdo & Para Cüdo

Azərbaycan cüdoçularından 11-ci qızıl medal

Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo yarışları 3 gün ərzində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq. Cüdo yarışları kişilər və qadınlar üçün 7 çəki kateqoriyası üzrə, görmə qabiliyyəti olmayanlar üçün yarışlar kişilər üçün 4, qadınlar üçün isə 2 çəki kateqoriyası üzrə təşkil ediləcək.

Sərt, sürətli və tam təmaslı döyüş idman növü olan cüdo Azərbaycanda olduqca məşhurdur. O, əslində hərb sənəti kimi ciucitsudan əmələ gəlib və sonradan döyüş idman növü kimi yapon maarifçi, idman fəalı və filosof Ciqaro Kano tərəfindən inkişaf etdirilib. Cüdoda döyüşçülər cüdokalar adlanır və onlar döşəməyə atma, tutub saxlama və ya boğma fəndləri ilə rəqiblərini ram etməyə çalışırlar. Cüdo öz olimpiya başlanğıcını 1964-cü ildə keçirilmiş Tokio Olimpiya Oyunlarında götürüb.

Bu idman növü 1968-ci ildə baş tutmuş Mexiko Olimpiya Oyunlarının proqramından çıxarılıb və Olimpiya Oyunları təqviminə yalnız dörd il sonra geri qaytarılıb. Qadınlar arasında cüdo yarışı ilk dəfə 1988-ci ildə Olimpiya Oyunlarında təqdimat xarakterli çıxış oldu və dörd il sonra – 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarının proqramına daxil edildi.

Faktlar və rəqəmlər

  • 1956-cı ildə beynəlxalq cüdo yarışlarının ən böyüyü sayılan Dünya Cüdo Çempionatı keçirildi və bu tarixdən sonra cüdo beynəlxalq arenada daha çox yayılmağa başladı.
  • Cüdoda iyerarxiya dərəcə sistemi mövcuddur. Dərəcələr "kü" və "dan" adlanır – “kü” ən aşağı dərəcələri və “dan” ən yuxarı səviyyəni göstərir.

Görmə Qabiliyyəti Olmayanlar üçün Cüdo

Yarışlar həmişə iki yarışçının bir-birinin cüdo formalarından yüngülcə tutmaqla təmas etməsi ilə başlayır (təmas "Kumikata" adlanır), idmançılar bir-birindən uzaqlaşarsa, "matte" (Gözlə) və ya dayan əmri verilir, yarışçılar mərkəzə qayıdır və yenidən təmas edir.

Faktlar və rəqəmlər

  • Cüdo görmə qabiliyyəti olmayan atletlərin iştirak edə biləcəyi çox az idman yarışlarından biridir.
  • Görmə qabiliyyəti olmayan kişi idmançılar üçün dünya səviyyəli yarışlar 80-ci illərin ortalarından etibarən keçirilir.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR