Boks

Azərbaycan boksçuları 6 finalın 3-də rinqi qalib tərk etdi

Boks xüsusi forma geyinmiş, qoruyucu əlcəklər, dişlik (qırmızı olmayan) və boks dəbilqəsi (kişilər istisna olmaqla hamı taxır) taxmış iki nəfərin boks rinqində əvvəlcədən təyin edilmiş müddətdə bir-birinə yumruq atdığı döyüş idman növüdür. Azərbaycanda boks çox məşhurdur. Boks yarışları Xəzər dənizində, Bakı Buxtasında yerləşən Bakı Kristal Zalında keçiriləcək. Yarışlar 7 gün davam edəcək və kişilər üçün 10 çəki kateqoriyasında təşkil ediləcək. Azərbaycanda ən məşhur idman növlərindən biri olan boks əzmkarlıq, səriştə və həm zehni, həm də fiziki nizam-intizam tələb edir.

Ən qədim və ənənəvi idman növlərindən biri sayılan boksun tarixi eramızdan əvvəl 688-ci ilə gedib çıxır. Müasir boks erası 1867-ci ildə Markiz Kvinsberri qaydalarının (boks yarışının aparılması qaydaları) nəşr olunduğu tarixdən başladığı hesab edilir. Bu idman növü müasir Olimpiya Oyunları proqramına 1904-cü ildə keçirilmiş Sent-Luis Olimpiya Oyunları zamanı daxil edilib. Qadınlar arasında boks yarışları 1994-cü ildə Beynəlxalq Boks Assosiasiyası (AIBA) tərəfindən rəsmi olaraq təsdiq edilib, Olimpiya proqramına isə 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında daxil edilib.

Faktlar və rəqəmlər

  • Boks yarışları hakimin nəzarəti altında keçirilir və iştirakçıların yaş həddi və cinsindən asılı olaraq iki və ya üç dəqiqə davam edən raundlardan ibarət olur.
  • Xallar hakimlər tərəfindən "mütləq 10 ballıq sistem"ə əsasən verilir.
  • Əfsanəyə çevrilmiş bir çox məşhur idmançılar Olimpiya Oyunlarında da uğurlar qazanıb.
  • Kassius Kley (sonradan Məhəmməd Əli kimi tanınan), Corc Foreman və Lennoks Levis Olimpiya Qızıl Medalı qazanıblar.
  • Azərbaycan boksçuları ilk Olimpiya uğurlarına 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarında nail olublar, həmin yarışlarda Vüqar Ələkbərov (75 kq) bürünc medala layiq görülüb.
  • Bakıda Beynəlxalq Boks Assosiasiyası tərəfindən təşkil edilən Dünya Boks Çempionatı 2011-ci ildə müvəffəqiyyətlə həyata keçirildi.
  • 2016-cı ildə Bakı həmin il Rioda baş tutmuş Olimpiya Oyunları üçün keçirilmiş Dünya Olimpiya Təsnifat Yarışlarına da ev sahibliyi edib.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR