Basketbol 3x3

Basketbol 3x3 millimizin heyəti açıqlandı

Basketbol 3x3 (stritbol) son zamanlar dünyada çox böyük məşhurluq qazanıb və şəhərlərdə ən geniş yayılan komanda idman növüdür. Basketbol 3x3 Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ən möhtəşəm yarışlarından biri olacaq. Yarışda 19 komanda iştirak edəcək. 10 kişi və 9 qadın komandası bu idman növü üzrə təqdim ediləcək qızıl medallar uğrunda yarışacaq. Basketbol 3x3 adi basketbol meydançasının yarısı boyda yerdə oynanılır.

Hər komanda üç oyunçudan və bir əvəzedicidən ibarətdir. Bu oyunu daha çox küçələrdə oynayırlar. Bu idman növü beynəlxalq arenaya ilk dəfə 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında çıxıb və daha sonra “şəhərdə bileti ən çox satılan oyun” adlandırılıb. Əvvəllər stritbol və ya küçə basketbolu adlandırılan Basketbol 3x3 basketbolun bütün dünyada inkişaf etməsi üçün katalizator rolunu oynayır.

Faktlar və rəqəmlər

  • Qələbə qazanmaq üçün komanda 21 xal toplamalı və ya 10 dəqiqəlik oyunun sonunda ən yüksək xal toplamış komanda olmalıdır.
  • Dünyada təxminən 250 milyona yaxın adam Basketbol 3x3 idmanı ilə məşğul olur.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR