Bədii Gimnastika

İki güclü gimnasta malik olmaq əladır

Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika rəqs elementləri, balet və musiqinin incəsənət və idmanla vəhdətindən ibarətdir. Bu, əsl qadın idman növüdür, ən cəlbedici və gözəl idman növlərinə aiddir. Kompozisiyalı idman növü olan bədii gimnastikanın əsas xüsusiyyəti çox yüksək bədən çevikliyi və hərəki fəallıq tələb edən və gimnastların çıxış üçün seçdikləri musiqi ilə mükəmməl ahənglə təqdim etdikləri ən çətin akrobatik hərəkət elementlərinin bir-biri ilə birləşməsidir.

Bu idmanda təzahür edən qadın incəliyi və zərifliyə, habelə gimnastların gözəl üz ifadələrinə heyran qalmamaq mümkün deyil.

Faktlar və rəqəmlər

  • Bədii gimnastika müstəqil idman növü kimi ilk dəfə XIX əsrin əvvəllərində meydana gəlib.
  • Rəsmi olaraq Olimpiya idman proqramına 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Oyunlarda daxil edilib.
  • Fərdi yarışlarda çıxışın ümumi müddəti 1 dəqiqə 15 saniyədən 1 dəqiqə 30 saniyəyədək, qrup yarışlarında isə 2 dəqiqə 15 saniyədən 2 dəqiqə 30 saniyəyədək çəkir!
  • Lentlərin uzunluğu minimum 6 metr olmalıdır. Bu günə kimi yalnız 3 gimnast ardıcıl olaraq üç dəfə çoxnövçülük finalının qalibi olub: Mariya Quiqova (Bolqarıstan) 1969-71-73, Mariya Petrova (Bolqarıstan) 1993-94-95 and Yevgeniya Kanayeva (Rusiya) 2009-10-11.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR