Atletika/Para Atletika

Bəhreyn atletikada qazanılan medalların sayında liderdir

Atletlər kəndinin yaxınlığında yerləşən Olimpiya Stadionu 5 gün ərzində atletika və para atletika yarışlarına, habelə Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək. Yarışlara orta və uzun məsafələrə qaçış, estafet qaçışı, tullanma və atma (nizə, disk) daxildir.     

Dünyanın ən qədim idman yarışlarından biri hesab edilən atletika haqqında ən erkən dəlillər hələ eramızdan əvvəl 2250-ci ilə, atletikanın ilk dəfə qədim Misir və Yunan rəsmlərində təsvir olunduğu vaxtlara gedib çıxır. Müasir dövrdə atletika adamların ən çox məşğul olduğu idman növlərindən biri olaraq qalır.

Faktlar və rəqəmlər

  • İlk dəfə keçirildiyi vaxtlarla müqayisədə, qaçış yarışlarının miqyasında çox böyük artım olub.
  • E.ə. 776-cı ildə Yunanıstanda keçirilmiş ilk Olimpiya qaçışı 600 fut uzunluğunda məsafəyə olduğu halda, bugünün açıq havada olan müasir yarış treki 8 və ya 9 qaçış yolundan ibarət olub 400 metr uzunluğu olan oval formasındadır.
  • Bir çox qaçış yarışları üç müxtəlif məsafəli kateqoriyadan ibarət yarış trekində keçirilir: yaxın məsafəyə qaçış, orta məsafəyə qaçış və uzaq məsafəyə qaçış.
  • Latın dilindən tərcümədə "Daha sürətli, daha yüksək, daha güclü" mənasını verən "Citius, altius, fortius" Olimpiya devizi çox vaxt Atletika yarışları və iştirakçıların əldə etdikləri nailiyyətlər ilə əlaqələndirilir.
  • Estafet qaçışlarında hər birində dörd nəfər qaçan atletin olduğu komandalar iştirak edir. Onlar finişə çatan ilk komanda olmaq üçün müəyyən məsafəni qət etdikdən sonra estafet çubuğunu öz komanda yoldaşlarına ötürməlidirlər.

Ölkə
1 AZE 75 50 37 162
2 TUR 71 67 57 195
3 IRI 39 26 33 98
4 UZB 15 17 31 63
5 BRN 12 5 4 21
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR