Atıcılıq

Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktum Oyunların səfirlərindən biri olub!

Dünya səviyyəli atıcılıq obyekti olan Bakı Atıcılıq Mərkəzində yarışlar 5 gün sürəcək. Yarış iştirakçıları tapança, tüfəng və hava tüfəngi kimi odlu silahları əhatə edən fərdi və komanda yarışlarında mübarizə aparmaq imkanına sahib olacaq. Hədəfdən, məsafədən və idman silahının növündən asılı olaraq hər bir idman növü üzrə bir neçə yarış keçiriləcək. Atıcılığın qədim tarixi var. Atıcılıq üzrə ilk idman klubları XIII əsrdə yaradılıb.

Bu idman növü silah-sursatların istehsalı nəticəsində daha da inkişaf edib. Rəhbər orqanlarının və atıcılıq assosiasiyalarının qurulmasının da atıcılıq idmanının inkişafında böyük rolu var. Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub.

Faktlar və rəqəmlər

  • Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
  • Atıcılıq üzrə Dünya Çempionatının tüfəng, tapança və hava tüfəngi üzrə final yarışları 2014-cü ilin 21-28 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilib.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR