Ağır Atletika

Hər işimizdə zirvələri fəth edək!

İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları, şübhəsiz ki, yarışmanın getdiyi 5 gün ərzində çox böyük diqqət cəlb edəcək. Ağır atletika yarışlarında ağırlığın qaldırılmasının iki növü var: sürət, müvazinət və elastiklik tələb edən birdən qaldırma və daha böyük güc tələb edən təkanla qaldırma.

Ağır atletikada kişilər və qadınlar hərəsi səkkiz çəki dərəcəsində mübarizə aparır. Bu, qadınlarda 48, 53, 58, 63, 69, 75, 90 və +90 kq, kişilərdə isə 56, 62, 69, 77, 85, 94, 105 və +105 kq çəki dərəcələridir. Qadın və kişilərin çəki dərəcəsinin sayları 2017-ci ilin yanvarın 1-dən bərabərləşib.

Ağır atletika yarışları Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

Ağır atletika 1896-cı ildə Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarında təqdim edilib. Müasir ağır atletika yarışlarında idmançılar birdən və təkanla qaldırma hərəkətləri üzrə yarışır və qaliblər iki hərəkətin cəmində toplam nəticəyə uyğun olaraq müəyyən edilir.

Ölkə
1 0 0 0 0
2 0 0 0 0
3 0 0 0 0
4 0 0 0 0
5 0 0 0 0
medal sıralaması
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR