BİZƏ QOŞUL

Siz Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Açılış və ya Bağlanış Mərasimlərinin Mərasim İştirakçısı ola bilərsiniz. 

Açılış Mərasimi Cümə günü, 12 May 2017-ci ildə və Bağlanış Mərasimi Bazar ertəsi, 22 May 2017-ci ildə keçiriləcək.

Biz möhtəşəm mərasimlərimizdə iştirak edəcək və Azərbaycanın ən yaxşı xüsusiyyətlərini təmsil edəcək Mərasim İştirakçıları axtarırıq.

Əvvəlki təcrübə tələb edilmir. Mərasim İştirakçılarının Bakı Olimpiya Stadionunda minlərlə insan və beynəlxalq televiziya izləyiciləri qarşısında ifa etməsi üçün sadəcə ruh yüksəkliyi, xoş məramı, böyük miqdarda enerjisi və həvəsi olması gərəkdir. 

Yeganə tələb edilənlər bunlardır:

  • 2016-cı ilin Oktyabr və Noyabr ayında Bakı şəhərində keçiriləcək dinləmələrdə iştirak etməlisiniz
  • 1 Mart 2017-ci il tarixində sizin ən azı 16 yaşınız olmalıdır
  • 1 Mart tarixindən Mərasimlərə qədər həftədə 2 və ya 3 dəfə məşqlərdə iştirak etmək üçün uyğun olmalısınız

Mərasim İştirakçısı olaraq, zamanınız üçün ödəniş almayacaqsınız, lakin aşağıdakıları əldə edəcəksiniz:

  • Dəyərli və unudulmaz təcrübə
  • Azərbaycanın ən gözəl tərəflərini dünyaya nümayiş etdirməyin ilə bağlı qürur hissi
  • Dünyanın hər tərəfindən bir çox ən yaxşı xoreoqraflar və direktorlar ilə birlikdə işləmək üçün nadir imkan
  • Yeni dostlar qazanmaq və önəmli komandanın bir hissəsi olmaq imkanı

Online qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyatdan keçin! Mərasim İfaçılarından biri ola bilərsiniz!

Qeyd etməyiniz xahiş olunur: Bu işə götürmə yalnız Mərasim İştirakçıları  üçündür. 

İşçi qüvvəsi Könüllülərinin İşə götürülməsinin qeydiyyatı 2016-cı ilin sonrakı mərhələlərində başlayacaqdır.