Viza haqqında məlumat

Azərbaycana səyahət edən əcnəbilər üçün viza tələb olunur.

Vacib Qeyd: Viza ilə əlaqədar bütün məlumatları əldə etmək Bakı 2017 İslam Oyunları ilə əlaqədar Azərbaycana səyahət etmək istəyən bilet alıcısının öz məsuliyyətidir. Bakı 2017 Viza məlumatlarını oxuduqdan sonra hər hansı bir əlavə sualınız yaranarsa, yaşadığınız ölkədə xidmət göstərən Azərbaycan Respublikasının Səfirliyi ilə əlaqə saxlamağınızı sizdən xahiş edirik.

Vizaya ehtiyacı olan bütün Bilet Sahibləri ölkəyə daxil olmaq üçün bilet almazdan öncə viza tələbinin təmin olunmasına əmin olmalıdırlar.Azərbaycana səyahət edən şəxslər, vizanı Azərbaycanın diplomatik xidmətlərindən birindən yaxud E-viza vasitəsilə əldə edə bilərlər (vizadan azad ölkələrin vətəndaşları istisnadır). Viza ilə bağlı ətraflı məlumatı Xarici İşlər Nazirliyinin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

Məlumat üçün qeyd edilməlidir ki, elektron vizaya müraciət etmək istəyən Bilet Sahibləri elektron vizanın əldə olunması qaydalarına və müddətlərinə riayət edərək müvafiq link www.evisa.com.az vasitəsilə e-vizaya müraciət edə bilərlər.

Azərbaycana viza və səyahət haqqında hər hansı peşəkar yardıma ehtiyacınız olarsa, www.pashatravel.az  turizm agentliyi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Azərbaycan Respublikasına 10 gündən artıq müddətə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəldikləri ilk üç gün ərzində (gəliş günü birinci gün hesab edilir) qeydiyyata düşməlidirlər. Bu məqsədlə sizin qalacağınız otel, mənzil, ev yaxud digər yaşayış yerinin administratoru və ya sahibi müvafiq pasportu ərizə forması ilə birgə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə elektron poçtla  (qeydiyyat@migration.gov.az)göndərməli yaxud şəxsən təqdim etməlidir. Eyni zamanda, qeydiyyat Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə də həyata keçirilə bilər.


Qeydiyyata düşməmək və ya vaxtında düşməməyə görə cərimə tətbiq olunacaq.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png