Onlayn satış

Onlayn satış

Yarış sessiyalarında ən yaxşı yerlərə sahib olmaq şansınızı qaçırmayın!   

 

Bütün yarış sessiyaları üçün biletlər mart ayının 19-dan etibarən onlayn əldə edilə bilər. 


Bakı 2017 bilet qiymətlərini buradan öyrənin


Bilet alışı üçün tələb olunanlar: Ödəniş tam şəkildə və yalnız kredit kartı vasitəsilə 

edilməlidir.

Azərbaycanlı tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı ŞV, əlaqə 

məlumatları, etibarlı kredit kartı (Visa, Visa Electron, MasterCard, Maestro).  

Beynəlxalq (əcnəbi) tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, səfər üçün etibarlı 

sənədlər, əlaqə məlumatları və etibarlı kredit kartı (Visa, Visa Electron, MasterCard, Maestro).

 

Viza məlumatı: Vizaya ehtiyacı olan bütün Bilet sahibləri ölkəyə daxil olmaq üçün 

bilet almazdan öncə viza tələbinin təmin olunmasına əmin olmalıdırlar. Azərbaycana səyahət edən şəxslər, vizanı Azərbaycanın diplomatik xidmətlərindən birindən, 

yaxud E-viza vasitəsilə əldə edə bilərlər (vizadan azad ölkələrin vətəndaşları istisnadır). Viza ilə bağlı ətraflı məlumatı  bu səhifədən əldə edə bilərsiniz. 

 

Qeyd: Nəzərinizə çatdırırıq ki, biletlərin çatdırılma xidməti olmayacaqdır. Onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürülməlidir. Rahatlığınız və növbədə durmamağınız üçün biletlərinizi tədbirdən öncə götürməyinizi təkidlə tövsiyə edirik. Biletlərinizi mart ayının 19-dan etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən və Oyunlar zamanı Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün Yarış Obyektindəki Bilet Satışı Kassalarının siyahısı tezliklə Bilet Satışı internet səhifəsində dərc ediləcəkdir.

Biletin Alınması və İstifadəsinə dair Şərtlər və Qaydalar

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR