FAQ

Bilet Satışı

Satışda neçə bilet olacaq?

İctimaiyyətə Bakı 2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı 170-dan çox yarış sessiyası üçün təxminən 500,000 bilet satışı nəzərdə tutulur.

Yarış sessiyaları hansı yarış obyektlərində keçiriləcəkdir?

Təsdiq olunmuş yarış obyektlərinin siyahısı ilə bizim veb saytımızda tanış ola bilərsiniz.

İdman yarışlarının cədvəlini harada görə bilərəm?

İdman yarışlarının cədvəli bizim veb saytımızda yerləşdirilmişdir.

Sessiya nədir?

Sessiya konkret bir yarış obyektində bir-birinə yaxın vaxtlarda adambaşına bir bilet olmaqla keçirilən fərdi idman tədbiri və ya fərdi idman tədbirləri qrupu kimi xarakterizə edilir.

Seçmə mərhələsi ilə final mərhələsi arasında fərq nədir ?

Seçmə mərhələlərində iştirakçılar ilkin mərhələdə yarışırlar (bəzən zərbələrə görə müəyyən edilir). Bu mərhələdə idmançılar medalla təltif olunmurlar. Medal sessiyalarında iştirakçılar təsnifat mərhələsində yarışırlar. Bu mərhələdə idmançılar qızıl, gümüş və ya bürünc medalla mükafatlandırılırlar.

Pulsuz bilet olacaqmı?

İki cür bilet növü nəzərdə tutulur: ödənişli (sessiyadan və yarış obyektindən asılı olaraq müxtəlif qiymətdə dəyişən bütün biletlər) və pulsuz biletlər: konkret yarış obyektləri/sessiyaları üçün 16 yaşdan aşağı uşaqlara; konkret yarış obyektləri/sessiyaları üçün fiziki məhdudiyyətli tamaşaçılara (onları müşayiət edən şəxs daxil olmaqla). Uşaqlar və ya fiziki məhdudiyyətli tamaşaçılar üçün pulsuz biletlər yalnız Şəhər Bilet Satışı Kassalarından və Oyunlar vaxtı Yarış Obyektində olan Bilet Satışı Kassalarından əldə edilə bilər.

Açılış və Bağlanma Mərasimlərində kimlər çıxış edəcək?

Bu, sürprizdir. Bunu bilmək üçün Siz orada olmalısınız!

Biletin Alışı

VİP biletlər mövcuddurmu?

Xeyr, VİP biletlər mövcud deyil. Bütün yarış məkanlarında və Mərasimlər zamanı ən yaxşı yerlər A kateqoriyalı yerlərdir.

Mərasim tədbirləri günü Bakı Olimpiya Stadionunda bilet almaq mümkündürmü?

Mərasimlərə yüksək tələbat olduğundan tədbirlərin keçirildiyi gün bilet satışı olmayacaq. Onlayn bilet almışsınızsa, Bilet alışının təsdiqi formasını (çap olunmuş və ya rəqəmsal) və başqa tələb olunan sənədləri həmin gün Bakı Olimpiya Stadionunun Bilet Satışı Kassasına təqdim edərək götürə bilərsiniz. Uzunmüddətli növbədə dayanmamaq üçün biletinizi tədbirdən öncə götürməyinizi təkidlə tövsiyə edirik.

Biletləri nə zaman, haradan və necə ala bilərəm?

Bakı 2017 Oyunlarına biletlər Bakı 2017 Bilet Satışı veb səhifəsi vasitəsi ilə ictimaiyyət üçün (“birincilik” prinsipinə əsasən) 2017-ci il martın 19-da satışa çıxarılacaq. Onlayn biletləri almaq üçün siz burada qeydiyyatdan keçməlisiniz və öz hesabınızı yaratmalısınız. Nəzərə alın ki, bunu etmək üçün siz pasport və ya Şəxsiyyət vəsiqəsinin detallarını daxil etməlisiniz. Ödəniş etdikdən sonra Bilet Alışının Təsdiqi forması pdf formatda elektron poçt vasitəsilə sizə göndəriləcək. Bilet Alışının Təsdiqi formasını və Bilet sifarişinin detalları səhifəsini hər hansı bilet satışı məntəqəsində təqdim etməklə biletlərinizi götürə bilərsiniz. Bilet Satışı Məntəqəsində biletlərinizi götürmək üçün aşağıda qeyd olunan sənədləri təqdim etməlisiniz:
  • 1. Çap olunmuş Bilet Alışının Təsdiqi forması (Bilet sifarişinin təfsilatı səhifəsi ilə birlikdə) və ya mobil telefonunuzda elektron ünvanınıza göndərilmiş forma
  • 2. Bilet satışı veb səhifəsində qeydiyyatdan keçdiyiniz Şəxsiyyət vəsiqəsi/pasport Biletlər, həmçinin, Oyunlar vaxtı (8-22 may) Yarış Obyektlərində fəaliyyət göstərəcək Bilet Satışı Kassalarından da əldə oluna bilər.

Müxtəlif oturacaqlı qiymət kateqoriyaları (A, B, C və ya D) nəyi bildirir?

Qiymət kateqoriyası yarış obyektində oturacaqların yerləşmə göstəricisidir. Əksər Yarış Obyektlərində ümumi yerlər olduğundan yalnız bir qiymət kateqoriyası olacaqdır (burada təyinatlı yerlər olmayacaqdır). Bakı Olimpiya Stadionu (yalnız Mərasimlər üçün), Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Stadion istisnadır. Bu yarış obyektlərində bronlanmış yerlər olacaqdır. Bronlanmış yer yarış obyektində hər bir biletin aid olduğu konkret oturacağı bildirir və bu, o deməkdir ki, bilet sahibi yalnız həmin yeri tutmalıdır. Həmin biletlər müxtəlif qiymət kateqoriyalarına aid olacaqdır. Qiymət kateqoriyalarının sayı yarış obyektinin quruluşundan və tutumundan asılı olaraq hər bir idman növünə görə təklif olunur. A Kateqoriyası yarış obyektində yüksək qiymətə olan ən yaxşı yeri, B Kateqoriyası ondan sonra gələn ikinci yüksək qiymətə olan yeri və s. bildirir. Ümumi yer biletləri də daxil olmaqla bütün qiymət kateqoriyalarını istədiyiniz sessiyanı seçərkən bilet səhifəsində yerləşdirilmiş oturacaq sxemində görə bilərsiniz.

Güzəştli biletlər olacaqmı?

Bəli. Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Stadionda 2-16 yaşlı uşaqlar üçün güzəştli qiymətlər nəzərdə tutulur. 2 yaşdan aşağı uşaqlar (22.05.2015-ci il və ya ondan sonra doğulmuş) üçün bilet tələb olunmur. Valideyn və ya himayəçi şəxs uşağın yarış obyektində yer tutmamasını təmin etməli və onu qucaqda tutmalıdır. Hər boyük yalnız bir uşağı müşayiət edə bilər. Siz pulsuz bilet alarkən və yarış obyektinə daxil olarkən doğum haqqında şəhadətnaməni təqdim etməlisiniz. Pulsuz bilet üçün lazımi sənədin olmadığı təqdirdə yarış obyektinə daxil olmanız mümkün olmayacaq və tam qiymətə bilet almaq üçün Bilet Satışı Kassasına yönləndiriləcəksiniz.

Mən Azərbaycandan kənarda yaşayıram. Buna baxmayaraq bilet əldə edə bilərəmmi?

Bəli! Biz hər bir kəsi istənilən yerdə Oyunlar üçün rəsmi bilet satışı kanalları ilə təmin edəcəyik. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin ictimaiyyətə satışı 2017-ci il martın 19-da başlanacaqdır. Siz biletləri onlayn olaraq buradan əldə edə bilərsiniz www.baku2017.com/tickets

Nəyə görə qeydiyyatdan keçməliyəm?

Qeydiyyatdan keçmək Sizə biletlə bağlı məlumat, biletlərin mövcudluğu və sizin sifarişlərinizə dair yeniliklər əldə etmək imkanı verir.

Mən körpə uşağım üçün bilet almalıyammı?

2 yaşından aşağı uşaqlar üçün (22.05.2015-ci il və ya ondan sonra doğulmuş) bilet tələb olunmur. Valideyn və ya himayəçi şəxs uşağın yarış obyektində yer tutmamasını təmin etməli və onu qucaqda tutmalıdır. Hər boyük yalnız bir uşağı müşayiət edə bilər.

16 yaşdan aşağı uşaqlar üçün bileti necə ala bilərəm?

Heydər Əliyev adına Arena (Cüdo/Para Cüdo və Güləş), Milli Gimnastika Arenası (Gimnastika sessiyaları) və Tofiq Bəhramov adına Stadion (Futbol yarışları) istisna olmaqla əksər idman tədbirlərinə 2-16 yaşlı uşaqlar üçün pulsuz biletlər nəzərdə tutulur. Siz bu biletləri Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış Obyektində olan Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Pulsuz biletlərin əldə edilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunacaqdır. Cüdo/Para Cüdo, Gimnastika və Güləş sessiyaları üçün uşaq biletləri (2-16 yaşlı) Bakı 2017 Bilet Satışı veb səhifəsindən, yaxud Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış Obyektində olan Bilet Satışı Kassalarından əldə edilə bilər. Uşaqlar üçün olan biletlərin götürülməsi zamanı doğum haqqında şəhadətnamə təqdim olunmalıdır. Uşaq üçün biletin qiyməti 1 AZN təşkil edir.

Mərasimlərdə uşaqlar üçün xüsusi biletlər nəzərdə tutulmur. Burada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur, lakin gur musiqi səsi və digər səslər səbəbi ilə yeddi yaşdan aşağı uşaqların iştirakı tövsiyə olunmur.

Nəzərinizə çatdırırıq ki, on altı (16) yaşdan aşağı olan Bilet Sahibləri Yarış Sessiyasına etibarlı şəxsiyyət vəsiqəsi olan digər yetkin Bilet Sahibi ilə (on səkkiz yaşdan yuxarı) gələ bilər.

Aşağıda Bakı 2017-nin qiymət konsepsiyasının xülasəsi ilə tanış ola bilərsiniz.

Biletin növü

İdman Sessiyası (Ümumi yerlər)

İdman Sessiyası (Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu)

Mərasimlər

Böyük (16 yaşdan yuxarı)

Tam qiymət

Tam qiymət


Tam qiymət

2-16 yaşlı uşaqlar*

(09.05.2015 tarixində və ya əvvəl, 22.05.200 tarixində və ya sonra doğulmuş)


Pulsuz

1 AZN

Tam qiymət

0-2 yaşlı uşaqlar**

(22.05.2015 tarixində və ya sonra doğulmuş)

Bilet tələb olunmur (uşaq qucaqda tutulmalıdır)

Fiziki məhdudiyyətli şəxslər***

Pulsuz

Tam qiymət

Tam qiymət

Biletin qiymətinə hər hansı digər haqq-vergi, biletin dəyərindən artıq məbləğ əlavə ediləcəkmi?

Biletin dəyərinə heç bir vergi və digər artıq məbləğ əlavə edilməyəcək.

Sessiyalara bilet sifarişinin sayında hər hansı məhdudiyyət olacaqmı?

Bəli. Biletə olan tələb təklif edilmiş bilet sayını üstələyərsə, mümkün qədər çox sayda adamın bilet əldə edə bilməsi və bilet bölgüsünün ədalətli aparılması üçün xüsusi sessiyalara bilet məhdudiyyəti qoyula bilər. Bilet sayına olan məhdudiyyət tədbirin növündən və biletə olan tələbdən asılı olaraq dəyişə bilər. Hər bir fərdi hesab sahibi idman sessiyaları üçün maksimum 6, Mərasimlər üçün isə 8 bilet (8 bilet Açılış və 8 bilet Bağlanma Mərasimi üçün) əldə edə bilər. Hər bir halda, hər sifarişdə biletlərin ümumi sayi 40-dan çox ola bilməz. Əgər siz 40-dan çox bilet əldə etmək istəyirsinizsə, eyni hesab detallarından istifadə edərək, biletləri ayrı sifarişlə əldə edə bilərsiniz.

Mən biletlərimi nə vaxt alacağam?

Biletlər Sizin ünvana çatdırılmayacaq. Siz biletlərinizi Bakının müxtəlif hissələrində yerləşən rəsmi Şəhər Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. (Xahiş edirik, Bakı 2017 Bilet Satışı veb səhifəsində verilmiş Rəsmi Bilet Satışı Məntəqələrinin siyahısını yoxlayasınız). Rəsmi Bilet Satışı Məntəqələri 2017-ci il martın 19-u fəaliyyətə başlayacaqdır. Biletlər Oyunlar vaxtı açıq olacaq hər bir Yarış Obyektində yerləşən Bilet Satışı Kassalarından də əldə edilə bilər.

Mənim aldığım biletləri başqa bir şəxs götürə bilərmi?

Biletləriniz sizdən başqa bir şəxs tərəfindən götürüləcəksə, bu zaman həmin şəxsə sizin tərəfinizdən imzalanmış və biletlərinizi Sizin əvəzinizə onun götürəcəyini bildirən xüsusi vəkalət forması verməlisiniz. Həmin şəxs biletləri götürmək üçün bu vəkalətnaməni, üzərində şəkil olan şəxsiyyət vəsiqəsini, bilet sifarişinin təfsilatı olan səhifə və sizin etibarlı şəxsiyyət vəsiqənizin surəti ilə birgə Şəhər Bilet Satışı Məntəqələrinə, yaxud Yarış Obyekti Bilet Satışı Kassalarına təqdim etməlidir. Vəkalət formasını bizim veb səhifəmizdə yerləşən Sənədlər bölməsindən əldə edə bilərsiniz.

Mənim biletim itsə/oğurlansa/korlansa nə etməliyəm?

Əgər biletləriniz itibsə və ya oğurlanıbsa, bu zaman əvəzlənə bilməz. İtmə riskini azaltmaq üçün biletlərin ünvana çatdırılma xidməti göstərilmir. Xahiş edirik ki, biletlərinizi islanmaqdan, çirklənməkdən, istilikdən və günəşdən qoruyasınız, bütün bunlar bileti korlaya bilər. Biletin hər hansı bir hissəsi oxunmazsa, bilet sahibi yarış obyektinə buraxılmayacaq və yeni bilet almaq üçün Yarış Obyektindəki Bilet Satışı Kassalarına yönləndiriləcəkdir.

Fikrimi dəyişərəmsə, biletə ödədiyim məbləği geri ala bilərəmmi?

Xahiş edirik, biletlərinizi ehtiyatla seçin. Ödəniş bilet sifarişinizi göndərən zaman həyata keçiriləcəkdir. Ödənişdən sonra biletlərinizi dəyişmək, ləğv etmək, qaytarmaq və ya satmaq mümkün olmayacaqdır. Bilet Sahibləri veb saytındakı Biletin Alınması və İstifadəsinə dair mövcud Şərtlər və Qaydalara əməl etməlidirlər. Biletin yenidən satışı qadağandır və biletin etibarsız hesab olunması ilə nəticələnə bilər.

Sessiya təxirə salınarsa, mən biletə ödədiyim məbləği geri ala bilərəmmi?

Sessiya təxirə salınarsa və ya vaxtı dəyişdirilərsə, həmin sessiya üçün olan bilet təxirə salınmış/vaxtı dəyişdirilmiş sessiya üçün keçərli olacaqdır.
Sessiya təxirə salınarsa və ya vaxtı dəyişdirilərsə, bilet sahibləri təxirə salınmış və ya vaxtı dəyişdirilmiş sessiyanın başlanmasına qədər ödənişin geri qaytarılması üçün müraciət edə bilərlər.

Sessiya ləğv olunarsa, biletə ödənilmiş məbləği geri ala bilərəmmi?

Sessiya ləğv olunarsa, bilet sahibləri biletə ödənilmiş məbləğı geri almaq üçün Sənədlər bölməsində yerləşdirilmiş Biletin Alınması və İstifadəsinə dair Şərtlər və Qaydalarda verilmiş geri qaytarma prosedurasına uyğun olaraq Bakı 2017-yə müraciət edə bilərlər.

Ödəniş və Xərclər

Hansı növ ödənişlər qəbul olunur?

Aşağıdakı ödəniş növləri qəbul olunur: Biletlər rəsmi Bakı 2017 Bilet Satışı veb səhifəsindən alınarsa, bütün növ ödəniş kartları (kredit/debit kartı: Visa, Visa Electron, MasterCard, Maestro) qəbul olunur. Biletlər Şəhər Bilet Satışı Məntəqələrindən və ya Yarış Obyektlərinin Bilet Satışı Kassalarından alınarsa, nağd və bütün növ ödəniş kartları (kredit/debit kartı: Visa, Visa Electron, MasterCard, Maestro) qəbul olunur.

Biletin alınması və istifadəsinin Şərtlər və Qaydaları nədir?

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər müəyyən edilmiş şərtlər və qaydalara əsasən satılır. Biletləri almaq üçün alıcılar bu şərtlər və qaydalara əməl etməlidirlər. Bakı 2017 İslam Həmrəyliyi Oyunları üçün Biletlərin Alınması və İstifadəsinə dair Şərtlər və Qaydalar ilə tanış olun.

Kredit / debit kart detallarımın təhlükəsiz istifadəsinə və saxlanılmasına necə əmin ola bilərəm?

Sifariş verdiyiniz biletlər kredit/debit kart detallarınız daxil olmaqla ödənişin təhlükəsiz yerinə yetirilməsi üçün ödəniş kartlarının təhlükəsizlik məlumat bazası standartlarına uyğun olaraq qorunub saxlanılacaqdır. İnternet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğun qarşısını almaq üçün istifadə olunan qabaqcıl 3D Secure texnologiyası banka kartın və kart sahibinin etibarlılığını onlayn rejimdə yoxlamaq imkanı yaradır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir. Əməliyyatların təhlükəsizliyi kart sahibi tərəfindən əməliyyat zamanı birdəfəlik şifrənin daxil edilməsi ilə təmin olunur. Birdəfəlik şifrə bank tərəfindən avtomatik olaraq SMS şəklində müştərinin mobil telefonuna göndərilir. Kart sahibi şifrəni əməliyyat zamanı əldə edir və həmin şifrə yalnız bir dəfə istifadə edilir. Hətta kartın bütün rekvizitlərini bilərək 3D-Secure texnologiyasını dəstəkləyən saytda dələduzlar onlayn-rejimdə bu xidmətə qoşulmuş kart vasitəsi ilə ödənişi həyata keçirə bilməzlər, çünki SMS yalnız kart sahibinin mobil nömrəsinə yönləndiriləcək.

Mən Azərbaycandan kənarda yaşayıram. Hansı mübadilə kursu əsas götürüləcək?

Mübadilə kursu kart vasitəsilə ödənişin edildiyi vaxt olan kursdur.

Fiziki məhdudiyyətli şəxslər

Fiziki məhdudiyyətli şəxslər bilet əldə edə biləcəklərmi?

Bakı 2017 bərabər imkanlar prinsipini dəstəkləyir və fiziki məhdudiyyətli şəxslərin bilet əldə etməkdə ayrı-seçkiliyə məruz qalmamalarına təminat verir. Fiziki məhdudiyyətli şəxslər və onları müşayiət edənlər bütün yarış sessiyalarına (Açılış və Bağlanma Mərasimlərindən başqa) pulsuz biletlər əldə edə biləcəklər. Pulsuz biletlər Şəhər Bilet Satışı Məntəqələri və ya Oyunlar zamanı Yarış Obyektlərindəki Bilet Satışı Kassalarından əldə edilə bilər. Açılış və Bağlanma Mərasimlərinə fiziki məhdudiyyətli şəxslər üçün yerlər Aprelin ortasında satışa çıxarılacaqdır. Fiziki məhdudiyyətli şəxslər bilet alışı zamanı xüsusi oturacağa ehtiyac olduğunu bildirərlərsə, onlar üçün yerlər təşkil olunacaqdır(mövcud olduğu təqdirdə). Fiziki məhdudiyyətli şəxslər pulsuz bileti əldə etmək və yarış obyektinə daxil olmaq üçün məhdudiyyətlərini təsdiq edən xüsusi tibbi sənəd təqdim etməlidirlər. Əks təqdirdə, onlar yarış obyektinə buraxılmayacaq və tam ödənişli bilet almaq üçün Bilet Satışı Kassasına yönləndiriləcəklər. Müşayiət edən şəxslər bir nəfərdən artıq olarsa, digərləri üçün tam qiymətə bilet alınmalıdır.

Əlil arabasından istifadə edən şəxslər oturacaqdan istifadə edə bilərlərmi?

Bakı 2017 İslam Həmrəyliyi Oyunları bütün Yarış Obyektlərində əlil arabasından istifadə edən şəxsləri müşayiət edən şəxslə birlikdə yerlə təmin edir. Əlil arabası və əlilliyi olan şəxslər üçün ayrılmış yerlərin sayı yarış obyektindən asılı olaraq dəyişir, bu səbəbdən nə qədər tez sifariş versəniz, bir o qədər yaxşıdır.

Əlil arabasından istifadə etdiyim üçün yanımda müşayiət edən şəxs olacaqdır. O, bilet üçün ödəniş etməlidirmi?

Fiziki məhdudiyyəti olan hər bir şəxs tibbi şəhadətnaməni təqdim etməklə onu müşayiət edən şəxslə birlikdə əlilliyi olan şəxslər üçün ayrılmış sahədə əyləşməlidir. Müşayiət edən şəxsin olması qabaqcadan bildirilməlidir. Sizi müşayiət edəcək şəxs üçün bilet istəyirsinizsə, Bakı 2017-nin Bilet satışı şöbəsinə bu barədə məlumat verməlisiniz. Bilet pulsuz olacaq. Fiziki məhdudiyyətli şəxs üçün nəzərdə tutulmuş bilet istifadə olunmazsa, müşayiət edən şəxs ödənişli bilet əldə etməlidir. Müşayiət edən şəxs bir nəfərdən artıq olarsa, digərləri üçün tam qiymətə bilet alınmalıdır.

Əlil arabasından istifadə edirəm, ailəm mənimlə əyləşə bilərmi?

Təyinatlı yerlər olan yarış obyektlərində sizi ailənizə yaxın əyləşdirmək üçün (yerlər mövcud olduğu təqdirdə) əlimizdən gələni edəcəyik, lakin bu, bəzən mümkün olmaya da bilər. Fiziki məhdudiyyətli/müşayiət edən şəxslər haqqında olan sorğularınızı tickets@baku2017.com elektron poçt ünvanına göndərin; biz sizin tələblərinizi nəzərə alacağıq (yerlər mövcud olduğu təqdirdə).

Yerlər

Hansı növ yerlər mövcud olacaq?

Əksər Yarış obyektlərində ümumi yerlər olacaqdır. Lakin Bakı Olimpiya Stadionu (yalnız Mərasimlər üçün), Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Stadion kimi yarış obyektlərində yerlər tamaşaçılar üçün bronlanır. Bron olunmuş yerlər - hər hansı bir şəxs üçün yerlərin təyin edilməsi və bilet sahibinin həmin yerdə oturmaq hüququna malik olmasıdır. Ümumi yerlər – seçilən qiymət kateqoriyasına uyğun olaraq “ birincilik” prinsipinə əsasən istənilən yerdə otura bilməkdir.

Biletin alış prosesi zamanı yerləri seçə bilərəmmi?

Xeyr, yerləri seçmək mümkün deyil. Münasib yerlər rəsmi Bakı 2017 Bilet Satışı veb səhifəsində və Bilet Satışı Məntəqəsində alış zamanı təyin olunacaqdır. Əgər siz biletinizi Bakı 2017 Bilet Satışı səhifəsindən alırsınızsa, sizə elektron poçt vasitəsilə alınmış biletlərin sayı, yekun məbləğ və oturacaq haqqında məlumatları əks etdirən bilet alışının təsdiqi göndəriləcəkdir. Ümumi yerlər olan yarış obyektlərinə alınmış biletlərin üzərində oturacaq nömrəsi olmayacaq və siz yarış obyektində istədiyiniz yeri seçə biləcəksiniz. Tez gəlmək sizə mümkün olan ən yaxşı yeri tutmaq imkanı verəcək.

Dostlarım ayri bilet alarsa, onlarla birgə otura bilərəmmi?

Eyni vaxtda bilet almış şəxslər bron olunmuş yerlər / təyinatlı yerlər üçün nəzərdə tutulan yarış obyektlərində birgə otura bilərlər. Eyni yarış sessiyası və eyni qiymət kateqoriyasına uyğun olan hər hansı əlavə bilet gec alındığı təqdirdə həmin şəxslər birgə otura bilməzlər. Ümumi yerləri olan yarış obyektlərinə daxil olduğunuz zaman istənilən yerdə otura bilərsiniz.

Yerimdən məmnun deyiləmsə, onu dəyişdirə bilərəmmi?

Xeyr. Yerlər biletinizdə təyin olunduğuna görə onu dəyişdirmək mümkün deyil. Yarış meydanını görməkdə hər hansı bir maneə yaranarsa və ya fiziki məhdudiyyətli şəxslər üçün yerlərə ehtiyac olarsa, Bilet üzrə Menecer ilə əlaqə yaradaraq yerlərin dəyişdirilməsi mümkündür. Ümumi yerlər olan yarış obyektində yerlər mövcud olduğu təqdirdə yerinizi dəyişə bilərsiniz.

Əlavə məlumat

Mən xüsusi yarışı və idmançını izləmək istəyirəm. Mən istədiyim idmançının nə vaxt yarışdığı barədə necə məlumat əldə edə bilərəm?

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında idmançılar və komandalar idmanın bir sıra kriteriyalarına əsasən, Oyunların təsnifat mərhələsini əldə etmək üçün yarışmalıdırlar. Fərdi və komanda yarışları üçün püşklər təsnifat tədbirləri qurtarana qədər baş tutmayacaqdır. Komanda yarışları üçün püşklər aprel ayının 6-sı baş tutacaq. Təsnifat mərhələsi ilə bağlı yenilənmiş məlumatı əldə etmək üçün Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Yarış Cədvəlini veb səhifəsindən yoxlayın. Bundan əlavə, Oyunlar vaxtı bütün idman yarışlarının nəticələri barədə məlumatı Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Rəsmi veb səhifəsindən əldə edə bilərsiniz. Nəzərə alın ki, bütün əsas idman yarışları, dörddə bir final, yarımfinal və final mərhələlərindəki biletlərə böyük ehtiyac olacaqdır.

Mən başqa saytlarda bilet satışını görmüşəm. Bunlar rəsmidirmi?

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin satışı www.baku2017.com rəsmi saytından başqa sayt vasitəsilə həyata keçirilə bilməz. Hər hansı qeyri-qanuni bilet satışına rast gəlsəniz, bu haqda tickets@baku2017.com ünvanına yazılı olaraq məlumat verməyiniz xahiş olunur. Biz qeyri-qanuni bilet satışının istifadə edilməsinə, müştərilərə xidmət və bununla bağlı hər hansı bir işin yerinə yetirilməsinə görə məsuliyyət daşımırıq. Biletləri yalnız Bakı 2017-nin rəsmi Bilet Satışı Kanallarından əldə etməyinizi təkidlə tövsiyə edirik.

Mən biletlərdən biznesimi reklam, elan, xeyriyyə, klub, yaxud biznes üçün oyunda, müsabiqədə, çəkilişlərdə, yarışda mükafat kimi istifadə edə bilərəmmi?

Xeyr. Biletlər elan, reklam, auksion, pul toplama və ya marketinq məqsədləri ilə istifadə edilə bilməz (müsabiqə, yarış, çəkilişlər daxil olmaqla). Xahiş edirik, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Biletin Alınması və İstifadəsinə dair Şərtlər və Qaydaları ilə tanış olun.

Əgər mənim könüllü iş növbələrimdən biri ilə eyni vaxtda olan tədbirə biletim olarsa, nə baş verəcək?

Biz sizdən könüllü kimi öz öhdəliklərinizi üstün tutmağı və bileti könüllü iş növbəsində olmadığınız günə planlaşdırmağınızı xahiş edəcəyik.

Bizimlə Əlaqə

Bakı 2017 Bilet Komandası ilə necə əlaqə saxlaya bilərəm?

Bakı 2017 Bilet Komandası həftənin Bazar ertəsindən Cümə gününə, səhər saat 9-dan axşam saat 6-ya qədər Sizin istənilən sualınıza cavab verməyə hazırdır tickets@baku2017.com.

Bakı 2017 Tamaşaçı Məlumat mərkəzi

Hər hansı digər yardım üçün Siz 2017 nömrəsi vasitəsilə Bakı 2017 Tamaşaçı Məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün stasionar və mobil operatorların şəbəkəsindən zənglər pulsuzdur. Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 (0)77 2017 000.

Bilet satışı haqda ətraflı məlumatı haradan əldə edə bilərəm?

Bizim rəsmi veb səhifəmiz ən son məlumatları əks etdirir.

Yarış obyekti barədə

Nəqliyyat

Yarış obyektlərində tamaşaçılar üçün parkinq xidməti nəzərdə tutulmayıb. Yarış obyektlərinin yaxınlığında parkınq xidməti yalnız xüsusi icazə vərəgəsi olan ərazi sakinləri üçün nəzərdə tutulub. Yarış obyektlərinə gəlmək istəyən və obyekti tərk edən tamaşaçılara metro və avtobuslardan istifadə etmək tövsiyə olunur. Ətraflı məlumat üçün aprel ayının 15-dən sonra www.baku2017.com veb saytını yoxlayın.


Yarış Obyekti

İdman növü

Ünvan

Əlavə məlumat

1

Bakı Olimpiya Stadionu

Atletika, Açılış və Bağlanma Mərasimləri

Böyük Şor Şossesi

Köroğlu metrostansiyasının yaxınlığı

2

Bakı Su İdmanı Mərkəzi

Su idmanı: Suya Tullanma, Üzgüçülük

Akademik Əhəd Yaqubov küç., 15

Yarat Müasir İncəsənət Muzeyi və Dövlət Bayrağı Meydanının yaxınlığı

3

Voterpol Arenası


Vaterpolo

Akademik Əhəd Yaqubov küç., 15

Yarat Müasir İncəsənət Muzeyi və Dövlət Bayrağı Meydanının yaxınlığı

4

Basketbol Arenası

Basketbol 3x3

Akademik Əhəd Yaqubov küç., 15

Yarat Müasir İncəsənət Muzeyi və Dövlət Bayrağı Meydanının yaxınlığı

5

Bayıl Arena

Futbol

Bibiheybət Yolu

20-ci sahə dairəsinin yaxınlığı

6 Azal Arena

Futbol

Şuvəlan qəsəbəsi

Su Elektrostansiyasının yaxınlığı, Şüvəlan qəs.

7 Dalğa Arena

Futbol

Mərdəkan qəsəbəsi

Khazar Golden Beach çimərliyinın yaxınlığı

8

Ağır Atletika Arenası

Ağır Atletika

Şüvəlan qəsəbəsi

Su Elektrostansiyasının yaxınlığı, Şüvəlan qəs.

9

Bakı İdman Zalı

Karate, taekvondo, uşu

Neftçilər pr., 26a

Dalğa Plaza və Xalça muzeyinın yaxınlığı

10

Bakı Atıcılıq Mərkəzi

Atıcılıq

İpək Yolu 3D

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığı

11

Bakı Tennis Akademiyası

Tennis

İbrahimpaşa Dadaşov küç., 3158/3156

Azadlıq metrostansiyasının yaxınlığı

12

Bakı Kristal Zalı 1

Voleybol

Dövlət Bayrağı Meydanı

Dövlət Bayrağı Meydanının yaxınlığı, Yeni bulvarda

13

Bakı Kristal Zalı 2

Boks, Zorxana

Dövlət Bayrağı Meydanı

Dövlət Bayrağı Meydanının yaxınlığı, Yeni bulvarda

14

Sərhədçi İdman Kompleksi

Həndbol, stolüstü tennis

Babək pr., 23/16

Xalqlar Dostluğu metrostansiyası və Music Gallery mağazasının yaxınlığı

15

Heydər Əliyev adına İdman Arenası

Cüdo və Para  cüdo, Yunan-Roma güləşi və Sərbəst güləş

Abbas Səhhət küç., 2

Tbilisi prospekti, Avropa otelinın yaxınlığı

16

Milli Gimnastika Arenası

Bədii gimnastika və İdman gimnastikası

Heydər Əliyev pr.,178

Koroğlu metrostansiyasının yaxınlığı

17

Tofiq Bəhramov adına Respublika Stadionu

Futbol

Fətəli xan Xoyski küç., 10

Gənclik metrostansiyasının yaxınlığı

Yarış Obyektlərinin qapıları nə vaxt açılır?

Qapılar yarışın başlanmasından 60 dəqiqə əvvəl açılacaqdır. Milli Gimnastika Arenası, Heydar Əliyev adına İdman Arenası və Dalğa Arena istisna təşkil edir. Bu obyektlərin qapıları yarışın başlanmasından 90 dəqiqə əvvəl açılacaqdır. Tofiq Bəhramov adına Stadionun qapıları yarışın başlanmasından 2 saat əvvəl açılacaqdır. Açılış və Bağlanma Mərasimlərində qapılar mərasimlərdən 3 saat əvvəl açılacaqdır.

Yarış obyektinə daxil olmaq üçün nə lazımdır?

Tamaşaçılar tədbirdə iştirak etmək üçün özləri ilə etibarli biletlərini gətirməli və girişdə təqdim etməlidirlər. On altı (16) yaşından aşağı olan Bilet Sahibləri etibarlı biletə və ŞV-yə malik olan on səkkiz (18) yaşından və yuxarı olan Bilet Sahibinin müşayiəti ilə yarış sessiyalarında iştirak edə bilər. İki (2) yaşından aşağı olan uşaqlar üçün bilet tələb olunmur və onlar qucaqda tutulmalıdır. Hər boyük yalnız bir uşağı müşayiət edə bilər. Daha ətraflı məlumatla Tez-tez verilən suallar, Biletin Alınmasına və İstifadəsinə dair Şərtlər və Qaydalarda tanış ola bilərsiniz.

Yarış obyektinə Giriş

Girişdə təhlükəsizlik yoxlanışı olacaqmı?

Təhlükəsizlik yoxlamalarının daha tez həyata keçirilməsi üçün bir qədər tez gəlməyiniz və mümkün qədər özünüzlə çanta götürməməyiniz xahiş olunur. Yarış obyektlərinin girişində “hava limanı üsulu” təhlükəsizlik yoxlamasından keçməyə hazır olun. Ölkə Qanunvericiliyi tərəfindən təsbit olunmuş qeyri-qanuni, təhlükəli yaxud təhlükəsizlik qaydalarına uyğun olmayan əşyalarla tamaşaçıların yarış obyektinə daxil olmasına icazə verilməyəcəkdir. Həkim tərəfindən şəxsi istifadə üçün təyin edilmiş dərman preparatları istisna olmaqla 100 ml-dən artıq maye, aerosol və gellərin gətirilməsi qəti qadağandır. Qadağan olunmuş və məhdudlaşdırılmış əşyaların tam siyahısı və davranış qaydaları internet səhifəsində qeyd olunmuş Şərtlər və Qaydaların tam mətnində əks olunmuşdur. Zəhmət olmasa, fotoşəkilli şəxsiyyət vəsiqənizi və biletinizi hər zaman özünüzdə saxlayın. Yarış obyektində elektron bilet yoxlanışı olacaq. Yoxlanma zamanı pulsuz və ya uşaqlar üçün biletlərin uyğunsuzluğu aşkar olunarsa Yarış Obyektinə buraxılmayacaq və yeni bilet əldə etmək üçün Yarış Obyektindəki Bilet Satışı Kassasına yönləndiriləcəksiniz.

Bu təhlükəsizlik yoxlanışına etiraz etmək olarmı?

Təhlükəsizlik yoxlanışından keçməkdən imtina edən və ya Obyektin davranış qaydalarına riayət etməkdən imtina edən bilet sahibi, biletinin pulu geri qaytarılmadan Obyekti dərhal tərk etməli olacaqdır.

Tamaşaçı obyekti tərk edib sonra yenidən daxil ola bilərmi?

Bilet sahiblərinə hər hansı yarış sessiyasını tərk edib sonra (eyni bilet ilə) yenidən daxil olmasına icazə verilmir. Bilet təsdiq edildikdən sonra təkrar daxil olmaq qadağandır. Hər bir bilet sahibi tədbirdə iştirak etdiyi müddətdə biletini daim özündə saxlamalıdır. Bu bilet və Dövlət orqanı tərəfindən verilmiş Şəxsiyyət Vəsiqəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının istənilən rəsmi əməkdaşının və ya onların təyin etdikləri istənilən üçüncü tərəfin xahişi ilə yoxlanılmaq üçün təqdim edilməlidirlər. Əks təqdirdə, onlar Obyekti tərk etməli ola bilərlər.

Yarış Obyektlərinin daxilində

Obyektlərə lazımi yolu necə tapmalı?

Yarış Obyektlərinə və onların daxilində lazımi istiqaməti və yolu tapmanız üçün müvafiq nişanları tapmanız və izləməniz lazımdır. Həmçinin, suallarınıza cavab almaq üçün Yarış Obyektlərində mövcud olan Məlumat Məntəqələrinə müraciət etməniz xahiş olunur.

Xüsusi ehtiyaclı şəxslərə yardım xidməti mövcud olacaqmı?

Hərəkət etməkdə yardıma ehtiyacı olan Tamaşaçılar Yarış keçirilən Obyektdə müvafiq yardım xidmətlərinə müraciət etməlidirlər.

Obyektlərdə şəxsi əşyalarımın müvəqqəti saxlanması mümkündürmü?

Yarış obyektlərində uşaq arabalarını xüsusi ayrılmış saxlama məntəqələrində saxlamaq olar – onları tamaşaçı zalına, oturacağınızın yanına aparılmasına icazə verilmir. Obyektlərdə Bilet Sahiblərinin digər şəxsi əşyalarının saxlanılması üçün yer nəzərdə tutulmamışdır.

Qəlyanaltı və içkilər

Bütün yarış obyektlərində qəlyanaltı və içkilərin satışı təşkil ediləcəkdir. Yalnız nağd ödəniş qəbul olunur.

Obyektlərdə siqaret çəkməyə icazə verilirmi?

Yarış obyektlərində yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir.

Yarış Obyektlərində ibadət otaqları olacaq?

Bütün yarış obyektlərində ibadət otaqları mövcud olacaq. Otaqların yerləşməsinə dair məlumatı almaq üçün Oyunların işçi heyətinə və ya Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Tibbi yardım

Bütün yarış obyektlərində ilk tibbi yardım təşkil olunacaq. Bununla bağlı sual yaranarsa, Oyunların işçi heyəti sizə dəstək ola bilər.

Ana və uşaq üçün otaq

Aşağıdakı yarış obyektləri ana və uşaq üçün nəzərdə tutulmuş otaq və masalarla təmin olunacaq – Bakı Olympiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Bakı İdman Zalı , Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı və Sərhədçi İdman Kompleksi .

Heyvanlar

Heyvanların (görmə qabiliyyəti olmayan şəxslər üçün nəzərdə tutulmuş xidməti heyvanlar istisna olmaqla) yarış obyektlərinə gətirilməsi qadağandır.

Obyektdə bir şey itdikdə nə etmək lazımdır?

Oyunlar müddətində Tapıntılar Xidməti fəaliyyət göstərəcək. Əlavə məlumat üçün Obyektdəki Məlumat Məntəqələrinə və ya Tapıntılar Mərkəzinə müraciət etmək lazımdır. Tapıntılar Xidmətinə dair əlavə məlumatı aprel ayının 15-dən sonra əldə etmək olar.

Nəqliyyat - Məlumatın əldə olunması

Oyunlarla bağlı nəqliyyata dair bütün məlumatları haradan əldə edə bilərəm?

Oyunlarla bağlı nəqliyyata dair bütün məlumatlar www.baku2017.com internet və facebook səhifəsində veriləcək və mütəmadi olaraq yenilənəcəkdir, həmçinin aidiyyatı olan dövlət qurumu tərəfindən ictimaiyyətə çatdırılacaqdır (Bakı Nəqliyyat Agentliyi, Yol Polisi və s.). Əlavə olaraq, nəqliyyata dair xəbərlər ictimaiyyətə radio, TV, internet və digər müvafiq kanallar vasitəsilə çatdırılacaqdır.

Oyunların ekspress avtobus xidmətlərinin iş cədvəlini haradan əldə edə bilərəm?

Dəqiq cədvəli Oyunlara yaxın www.baku2017.com veb saytı, Bakı 2017 Tamaşaçı Məlumat Mərkəzi və Facebook səhifəsi vasitəsi ilə ala bilərsiniz.

Ekspress avtobusların yola düşmə nöqtəsi və dayanacaqları haqda məlumatı haradan əldə edə bilərəm?

Ekspress avtobusların yola düşmə nöqtəsi və dayanacaqları www.baku2017.com internet və Facebook səhifəsində yerləşdiriləcəkdir.

Mənim sualım/problemim burada qeyd olunmayıb. Mən kimə müraciət edə bilərəm?

Xahiş edirik, Oyunlar zamanı nəqliyyata dair bütün suallar üçün, 2017 nömrəsini yığaraq İslam Həmrəyliyi Oyunları Tamaşaçı Məlumat Mərkəzinə müraciət edəsiniz və ya www.baku2017.com internet səhifəsindəki ən son yenilənmiş məlumat ilə tanış olasınız.

İctimai nəqliyyat

Yarış obyektlərinə necə gedə bilərəm?

Açılış və Bağlanma Mərasimləri günlərində metronun iş saatları səhər saat 06:00-dan gecə saat 02:00-dək, İslam Həmrəyliyi Oyunları zamanı isə səhər saat 06:00-dan gecə saat 01:00-ə qədər uzadılacaqdır. Bütün tamaşaçılar Açılış və Bağlanma Mərasimləri günləri istisna olmaqla oyunlar zamanı metrodan və avtobuslardan istifadə etdikləri zaman ödəniş etməlidir. Yarış obyektlərinə getmək üçün ətraflı məlumat yaxın zamanlarda www.baku2017.com internet səhifəsində yerləşdiriləcəkdir.

İctimai nəqliyyatın iş saatları artırılacaqmı?

Bəli, Oyunlar zamanı, Bakı metrosu və Bakı şəhəri ictimai nəqliyyat avtobusları tamaşaçılara, həmçinin gündəlik ictimai nəqliyyat istifadəçilərinə səmərəli xidmət göstərmək üçün artırılmış hərəkət tezlikli iş rejimində fəaliyyət göstərəcəkdir. Bu barədə ətraflı məlumat yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.

Nəqliyyat tənzimlənməsi

Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı Bakının nəqliyyat şəbəkəsi adi iş rejimindən necə fərqlənəcək?

Oyunlar zamanı təhlükəsiz və səmərəli nəqliyyat əməliyyatlarını təmin etmək üçün bəzi vacib nəqliyyat tədbirləri görüləcəkdir. Bu nəqliyyat tədbirləri şəhərin gündəlik həyatında maneələri minimuma endirmək üçün planlaşdırılmışdır. Ətraflı məlumat www.baku2017.com internet səhifəsində yerləşdiriləcəkdir.

Yollar bağlanacaqmı?

Açılış və Bağlanma Mərasimləri günü, Heydər Əliyev prospektinin (Excelsior otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək) olan hissəsi ümumi yol hərəkəti üçün bağlı olacaqdır. Eyni zamanda müəyyən yarış obyetklərinin ətrafında nəqliyyat hərəkətinə və parklanmaya nəzarət zonaları tətbiq olunacaqdır ki, burada ümumi nəqliyyat vasitələrinin hərəkəti və parklanması məhdudlaşdırılacaq. Parklanmaya nəzarət zonalarında parklanma qəti qadağandır. Nəqliyyat hərəkətinə nəzarət zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq Mənzil İstismar İdarələrindən buraxılışlar əldə etməlidirlər. Buraxılışlarla bağlı bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyəti və Yol Polisi tərəfindən ictimaiyyətə çatdırılacaq. Ətraflı məlumat yaxın zamanlarda www.baku2017.com internet səhifəsində yerləşdiriləcəkdir.

Yollar bağlanarsa, mən evə necə çatacam?

Yolların bağlanması haqqında məlumat əvvəlcədən müxtəlif kommunikasiya kanalları (www.baku2017.com internet səhifəsi, TV, radio, İnternet və s.) vasitəsilə və Yol Polisi tərəfindən ictimaiyyətə çatdırılacaq. Oyunlar zamanı şəxsi maşınlardan istifadə etmək əvəzinə, ictimai nəqliyyatdan istifadə etməyiniz tövsiyə olunur.

Oyunlar zamanı şəhərdə maşınımı sürmək üçün buraxılış almalıyam?

Şəhərdə Oyunlar zamanı şəxsi maşınları sürmək üçün heç bir buraxılışa ehtiyac yoxdur.

Oyunlar zamanı parkinq məhdudiyyətləri olacaqmı?

Sürücülər hər zaman qeyri-qanuni parklanmadan çəkinməlidirlər. Oyunlar zamanı müəyyən yarış obyektlərinin ətrafında Parklanmaya Nəzarət Zonaları mövcud olacaqdır və bu ərazilərdə parklanma qəti qadağandır. Ətraflı məlumat yaxın zamanlarda www.baku2017.com internet səhifəsində yerləşdiriləcəkdir.

Oyunlar zamanı yollarda əlavə nəqliyyat olacaqmı?

Oyunlar zamanı, şəhər yollarında əlavə olaraq Oyunların nəqliyyat vasitələri olacaqdır və buna görə də, ictimai nəqliyyatın iş saatları və hərəkət tezlikləri artırılacağı üçün sürücülərə şəxsi maşınlar əvəzinə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Yarış obyektlərində maşınımı harada saxlaya bilərəm?

Yarış obyektlərində və yarış obyektləri ətrafındakı yollarda parklanma qadağandır. Tamaşaçılar yarış obyektlərinə gediş-gəliş üçün ictimai nəqliyyatdan istifadə etməlidir.

İslam Oyunları zamanı xüsusi hərəkət zolaqları olacaqmı?

Bəli, İslam Oyunları zamanı bütün yarış və qeyri-yarış obyektlərini birləşdirəcək xüsusi təyin olunmuş Oyunların hərəkət zolaqları tətbiq ediləcəkdir. Oyunların hərəkət zolaqları yalnız Oyunların nəqliyyat vasitələri üçün istifadə ediləcəkdir və xüsusi nişanlarla təchiz olunacaqdır. Yalnız İslam Oyunlarının xüsusi buraxılışa malik olan nəqliyyat vasitələri bu zolaqlarla hərəkət edə biləcəklər. Başqa nəqliyyat vasitələrinin xüsusi zolaqlardan istifadə etmə məhdudiyyəti olacaq. Bu zolaqlar, gün ərzində fasiləsiz olaraq fəaliyyət göstərəcək və zolaqların nəzarəti CCTV kameraları və polis əməkdaşlarının nəzarəti altında olacaq. Müvafiq qanunvericiliyə əsasən Oyunların hərəkət zolaqları üzrə qaydaları pozan sürücülərə cərimələr tətbiq olunacaqdır. Oyunların hərəkət zolaqları 1-25 may, 2017-ci il müddətində etibarlı olacaq

Açılış və Bağlanma Mərasimlərində Olimpiya Stadionuna gedən nəqliyyat

Açılış və Bağlanma Mərasimlərində Olimpiya Stadionuna necə gedə bilərəm?

Olimpiya Stadionuna getmək və geri dönmək üçün tamaşaçılar YALNIZ Metro və Ekspres Avtobuslardan istifadə etməli olacaqlar. Yarış məkanının ərazisində və ətrafında tamaşaçı avtomobilləri üçün parkinqə icazə verilməyəcəkdir. Eyni zamanda taksilərə Stadiona yaxınlaşmaq qadağan olunacaqdır. Açılış və Bağlanma Mərasimləri günləri xüsusi nəqliyyat tədbirləri (yolların bağlanması və s.) görüləcəkdir. Olimpiya Stadionuna ən yaxın metro stansiyası Koroğlu stansiyasıdır. 12 may Açılış və 22 may Bağlanma Mərasimləri günü bileti olan tamaşaçılar üçün metro pulsuz olacaqdır. Metro səhər saat 06:00-dan saat 02:00-dək fəaliyyət göstərəcəkdir. Olimpiya Stadionuna piyada təxminən 20 dəqiqəyə getmək olar. Açılış və Bağlanma Mərasimləri günü Olimpiya Stadionuna bileti olan tamaşaçıların çatdırılması üçün şəhərin bir neçə tərəfindən Ekspres avtobuslar təşkil ediləcəkdir. Ekspres Avtobus Terminalı Olimpiya Stadionundan 5 dəqiqəlik məsafədədir. Xahiş edirik, ictimai nəqliyyatdan (metro və ekspres avtobuslar) istifadə etmək üçün biletinizi və ya Biletin Alışının Təsdiqi sənədini təqdim edəsiniz.
Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png